Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1597/2024 09.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Masallı rayonu, Qızılavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin inzibati binasının qarşısında xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 09 avqust 2024cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş serjantı X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Masallı RPŞ-in PPXB-nin polis nəfəri, polis serjantı Vasif Xanmədov digər polis əməkdaşı, polis serjantı Şahid2la birlikdə 1 nömrəli postda xidmət apardıqları vaxt, bir nəfər şəxsin uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini görüb, ona yaxınlaşmış, vətəndaşa özlərini təqdim etdikdən sonra, ictimai yerdə nalayiq ifadələr işlətməyin inzibati xəta olduğunu bildirib, dəfələrlə nizam-intizama dəvət etsələr də lakin o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini təxminən 5-10 dəqiqə davam etdirmişdir. Bu səbəbdən şəxsiyyəti sonradan məlum olan Masallı rayonu, Qızılavar kənd sakini Qəniyev X2 RPŞ-in inzibati binasına gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. Bundan sonra Şəxs inzibati qaydada tutulmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayonu Türkoba kənd sakini Şahid1 iribuynuzlu mal-qara alsa da, lakin onun pulunu vermədiyindən barəsində şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə Şahid1 Sədaət oğlunun barəsində etdiyi müraciətlə əlaqədar olaraq Masallı rayon polis şöbəsinə dəvət edilmişdir. Həmin tarixdə saat 16 radələrində Masallı rayon polis şöbəsinin giriş qapısının yaxınlığında olduğu vaxt Şahid1 görmüş, həmin vaxt Şahid1 ona pulumu niyə geri qaytarmırsan, nə vaxt pulumu verəcəksən deyib irad bildirdiyi üçün, əsəbləşib ünvansız nalayiq ifadələr işlətmişdir. Bu vaxt yaxınlıqda olan polis əməkdaşları ona yaxnlaşmış, özlərini təqdim edib, sakitləşməsini və ictimai qaydanı pozduğunu bildirmişlər. Polis əməkdaşlarına qarşı müqavimət və tabesizlik göstərməmiş, ünvansız söyüşlər söydüyünə görə polis əməkdaşları onu Masallı rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Şahid1lə hazırda barışmış, ona olan borcundan bir qismini ödəmiş, qalan borcun ödənilməsi ilə bağlı razılaşmışlar. Ünvansız söyüşlər söydüyünə görə əməlindən peşman olduğunu bildirmişdir. Lakin, polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Bir daha belə səhvə yol verməyəcəyinə söz verdiyini nəzərə alaraq barəsində ədalərli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, uzun müddətdir ki, Şəxs tanıyır, aralarında heç bir ədavət və düşmənçlilikləri olmamışdır. Şəxs mal-qara alveri ilə məşğul olduğundan ona mal-qara satmış, lakin uzun müddət keçməsinə baxmayaraq Şəxs pulunu vermədiyindən polis şöbəsinə onun barəsində müraciət etmişdir. Müraciəti əsasında xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə dəvət olunmuş, saat 16 radələrində inzibati binaın giriş qapısının yaxınlığında Şəxslə rastlaşmış, ona olan borcunu nə vaxt qaytaracağını deyərək iradını bildirmiş, Şəxs əsəbi halda ünvansız söyüşlər söyməyə başlamışdır, bu vaxt 1 saylı postda xidmətdə olan polis əməkdaşları Şəxs yaxınlaşmış, onu nizam-intizama dəvət edərək inzibati binanın qarşısında söyüş söyməsiin inzibati xəta olduğunu bildirib, onu Masallı RPŞ-yə dəvət etmişlər. Şəxs də polis əməkdaşlarına etirazını bildirməmiş, onlarla birlikdə Masallı RPŞ-nin inzibati binasına daxil olmuşdur. Hazırda Şəxs borcundan bir qismini ödəmiş, qalan borcun qaytarılması ilə bağlı aralarında razılıq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-in PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 izahatında göstərdi ki, Masallı RPŞ-in PPXB-nin polis nəfəri, polis serjantı Vasif Xanmədovla birlikdə 1 nömrəli postda xidmət apardıqları vaxt, bir nəfər şəxsin uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini görüb, ona yaxınlaşmışlar. Vətəndaşa özlərini təqdim etdikdən sonra, ictimai yerdə nalayiq ifadələr işlətməyin inzibati xəta olduğunu bildirib, onu nizam-intizama dəvət etdikdən sonra onu Masallı RPŞ-in inzibati binasına dəvət edib növbətçi hissəyə təhvil vermişlər. Şöbədə həmin şəxsin Masallı rayonu, Qızılavar kənd sakini Şəxs olmasını müəyyən etmişlər. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08.08. 2024cü il tarixdə saat 17:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iş üzrə materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək qərara gəlir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati xəta məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iclasında şahidlərin hər ikisi Şəxs Masall RPŞ-nin İnzibati binasının qarşısında ünvansız söyüşlər söydüyünü bildirmiş, polis əməkdaşları Şəxs Polis Şöbəsinə dəvət etdikdə, o, heç bir etiraz etməmişdir. Məhkəmə belə vəziyyətdə Şəxs əməlini polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi kimi qiymətləndirmir. Belə ki, o, polis şöbəsinin inzibati binasının qarşısında Şahid1lə aralarında olan borc pulla bağlı əsəbiləşərək ünvansız söyüşlər söydüyünü bildirmişdir. Bütün bu hallar göstərir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olmamışdır. İXM-nın 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi tam təsdiq olunduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs kənar şəxslərin xidmətdə olan polis əməkdaşları və ətrafda olan şəxslərin eşidəcəyi tərzdə uca səslə ünvansız nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Şəxs özü izahatında əməlini etiraf etmişdir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti az ağırləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halı kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə növündə inzibati tənbehin təyin edilməsi məqsədəuyğun və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 53, 89.4,105, 114, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Qərarın icrası Masal rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1597/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1597/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver