Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1598/2024 09.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Masallı rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 04 iyul 2017-ci il tarixli, 2(050)-2606/2017 saylı icra sənədinə əsasən 17 yanvar 2010-cu il təvəllüdlü X5 və 13 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-893/2014 saylı, 01 oktyabr 2014-cü il tarixli qətnaməsi əsasında tutulan 80 (səksən) manat alimentin məbləği artırılaraq, hər ay bir uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat müəyyən edilməklə hənim pul vəsaiti qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan X4 tutulub Zərərçəkmiş şəxs Orucəii qızına verilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 04 iyul 2017-ci il tarixli, 2(050)-2606/2017 saylı icra sənədi xx.xx.2018-ci il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcun ödənilməsi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə qətnaməsini icra etmədiyindən Masallı Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 07 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq, həmin vaxtdan Şəxs aliment öhdəliyini ümumiyyətlə icra etməmiş, hazırda icra sənədi üzrə 17150 manat ödənilməmiş aliment borcu qalmışdır. Tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin 04 iyul 2017-ci il tarixli, 2(050)-2606/2017 saylı icra sənədindən məlumatlıdır. Lakin uzun müddətdir ki, məhkəmə qətnaməsinə əsasən azyaşlı uşaqları ilə ünsiyyət hüququ təmin edilsə də, lakin tələbkar tərəf uşaqların onunla ünsiyyət saxlamasına maneçilik törətmiş, bu səbəbdən ünsiyyət hüququna dair icra sənədi hazırki vaxta kimi təmin olunmadığından o, da aliment ödənilməsini dayandırmışdır. Maddi imkanı olduğu halda borcunu hissə-hissə ödəyəcəkdir. İcra sənədi üzrə ödənilməmiş 17150 manat borcunu birdəfəlik ödəmək iqtidarında deyildir. Hazırda heç bir yerdə işləmədiyindən borcundan 500 manat ödəniş edə bilər. Lakin borcundan tam şəkildə ödəniş edə bilməyəcəyini göstərmişdir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs bildirdi ki, borclu indiyədək icra sənədi üzrə borcunu ödəniş etməmişdir. 2017-ci ildən ildən bu günə kimi icra sənədi üzrə 17150 manat borcu yaranmış, hazırda həmin borcun tam şəkildə tələb edir. Borlcu borc məbləğini ya tam şəkildə ödəsin, ya da ödəmədiyi təqdirdə həbs edilsin. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin 04 iyul 2017-ci il tarixli, 2(050)-2606/2017 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 09 avqust 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Talıbov X7 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1598/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1598/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver