Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1602/2024 12.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1984-cü ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olanolmaqla həmin kənndə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X8 vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 12 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X5 məhkəmə iclasında bildirdi ki, xx.xx.2024-cu il tarixdə X1 rayonu, Qızlağac kəndi ərazisində küçədə olduğu vaxt həmkəndlisi Şəxs ilə aralarında şəxsi münaibətləri zəmnində mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Şəxs onunla qonşuluqda yaşayan X4 qulaq seyvanının və boyunun sol yan hissəsinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirərək Xəyalə Səfərovanı döymüşdür. Araşdırma zamanı toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Lakin, Şəxs X8 döyərək ona qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi təsdiq edildiyindən əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXMin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Xəyalə Səfərova keçmiş əri Raminin ikinci həyat yoldaşıdır. O, Ramin Səfərovla 17 ildir ki boşanmışdır. Təxminən 15 ildir X17 Səfərova ilə evlidir. Keçmiş həyat yoldaşı Ramin uşağın saxlanılması üçün alimenti vaxtı-vaxtında vermədiyi üçün barəsində qanuna müvafiq tədbirlər görülmüşdür. Xəyalə Səfərova onun heyfini çıxmaq istəyir. O, Xəyaləni döyməmiş, dedikləri şər və böhtandır. Xəyalə onu görmüş və heç bir səbəb olmadan söymüşdür. Xəyalə onu söydüyü üçün DİN-in 102 zəng xidmətinə müraciət etmişdir. Xəyalədə onun DİN-in 102 zəng xidmətinə müraciət etməyini görüb ona şər və böhtan atmaq üçün DİN-in 102 zəng xidmətinə müraciət etmişdir. Onun heç bir günahı yoxdur. Barəsində olan şikayətlər tam əsassızdır. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında göstərdi ki, xx.xx.2024-cu il tarixdə saat təxminən 15 radələrində o, və azyaşlı övladı kənd ərazisində qəbirstanlıqdan evə gedən zaman Xoşqədəmin onun ünvanına əxlaqsız ifadələr işlətdiyini eşitmişdir. Xoşqədəmə onun bu sözlərinə görə polisə müraciət edərək barəsində tədbir görüləcəyini demişdir. Şəxs onun saç nahiyəsindən tutub dartmış, həmin vaxt sol qulağında olan 1 ədəd qızıl sırğa yerə düşmüşdür. Xoşqədəm yenidən onu nalayiq ifadələrlə təhqir edərək oradan uzaqlaşmışdır. Evə gələn zaman qulaq nahiyəsindən qan axmasını görmüşdür. Qulağına baxdıqda sol qulağında 1 ədəd sırğanın olmamasını aşkar etmişdir. Mübahisədən təxminən 5 dəqiqə sonra geri qayıdaraq sırğanı axtarsa da tapa bilməmişdir. Həmin sırğanın qiymətini dəqiq bilməmişdir. Mübahisə zamanı yanında oğlu X15 yanında olmuşdur. Oğlu onun qulağından qan gədiyini ona bildirmişdir. Hadisə zamanı o, Xoşqədəmin sol qulağındakı sırğanı dartması nəticəsində sol qulaq nahiyəsindən, əli ilə cırması nəticəsində boyun nahiyəsindən xəsarət almışdır. Hazırda Xoşqədəmlə barışmaq istəmir və məhkəmədən ona ağır cəza verilməsini xahiş edir. Cinayət işinin rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati icraatın açılmasında ötrü material üzrə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş X15 ibtidai Masallı Rayon Polis Şöbəsində izahatında göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində o, kəndlərində qəbirstanlıqdan evə anası Xəyalə Sədərova ilə birlikdə gəlirmiş. Həmin vaxt Xoşqədəm nalayiq ifadələr işlədərək anasının çiyin nahiyəsindən tutaraq bu sözləri anasına dediyini bildirmişdir. Anası Xoşqədəmə onun bu sözlərinə görə polisə müraciət edərək barəsində tədbir görüləcəyini demişdir. Bu zaman Şəxs anasının saç nahiyəsindən tutub dartmışdır. Bu zaman anasının sol qulağında olan 1 ədəd qızıl sırğanı dartmış və onun qulağı qanamışdır. O, yenidən ansını nalayiq ifadələrlə təhqir edərək oradan uzaqlaşmışdır. Daha sonra anası DİN-in 102 xidmətinə məlumat vermişdir. Həmin vaxt anasının sırğasının harada düşməsini bilməmişdir. Hadisə zamanı orada o və anası olmuşdur. X20 həmin vaxt otlaq sahəsində mal-qara otarmış, nənəsi Zəhra Səfərova isə qəbristanlıqda olmuşdur. Baş vermiş mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X14 X18 məhkəmə tibbi ekspertinin xx.xx.2024-cü il tarixli, 294 nömrəli rəyindən görünür ki, X2 qulaq seyvanının ve boyunun sol yan hissəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 09 aprel 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(050)- 198/2022 saylı qərarından görünür ki, Şəxs X8 qəsədən döyərək xəsarət yetirdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibati xəta haqqında iş üzrə sübut edilməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli zərərçəkmiş X6 məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini əvvəllər eyni xarakterli hərkətə görə barəsində inzibati tənbeh tədbirinin görülməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati qaydada cərimə cəzası tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1602/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1602/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver