Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1603/2024 12.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyini inzibati binasında ərazi nümayəndəsi Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X9 məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 09:03də Masallı rayon Xırmandalı kənd sakini X8 DİN-nin 102 xidmətinə zəng edərək, həmkəndlisinin mal-qaranı onun əkin sahəsinə saldığını bildirmişdir. Eyni zamanda Şəxs təkrar DİN-nin 102 xidmətinə zəng edərək oğlu Nurəlinin döyülməsini bildirmişdir. xx.xx.2024-cü il tarixdə, X1 RPŞ-yə ərizə ilə müraciət edərək göstərmişdir ki, əkin sahəsinə kənd sakinlərinə məxsus heyvanlar girib ziyan vurmuşdur. O, heyvan sahiblərini müəyyən etmək üçün heyvanları Masallı RİHB-nın Xırmandalı İƏDÜ-nümayəndəliyinin həyətinə gətirmişdir. Bu zaman onu döyən olmamışdır. Lakin, Məhəmməd adlı şəxs onu söyüb təhqir etmişdir. xx.xx.2024-cü il tarixdə, Masallı rayonu, Xırmandalı kənd sakini Şəxs Masallı RPŞnə ərizə ilə müraciət edərək göstərmişdir ki, həmin tarixdə Masallı rayon Xırmandalı kəndində icarəyə götürüb əkin əkdiyi torpaq sahəsinə Masallı rayon Xırmandalı kənd sakinlərinə məxsus heyvanlar daxil olub bostan məhsullarını yeyərək əkin sahəsini yararsız hala salmışdır. Masallı rayonu, Xırmandalı kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024cü il tarixdə, Masallı RPŞ-nə ərizə ilə müraciət edərək göstərmişdir kı, həmin tarixdə, saat 12 radələrində Masallı RİHB-nın Xırmandalı İƏDÜ-nümayəndəsinin xidməti otağında Nəzakət adlı şəxs onu döyərək dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, Nəzakətin oğlu Nurəli Qasımov isə onu təhqir etmişdir. Göstərlənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, lakin Şəxs Zərərçəkmiş şəxs döyərək ona qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi təsdiq edildiyindən əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayon Xırmandalı kənd ərazisində icarəyə götürdüyü torpaq sahəsində yemiş və digər bostan məhsulları əkmişdir. Sözügedən torpaq sahəsinin ətrafı açıqdır və gözətçisi yoxdur. Həmin bostan məhullarını kənd sakinlərinin heyvanları yeyərək yararsız hala salmışlar. O, xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində Masallı RİHB-nin Xırmanadalı kənd ərazi dairəsi üzrə nümayəndəliyinə gəlib onlara bu barədə demişdir. Həmin vaxt Masallı RİHB-nın Xırmanadlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd və müavini Vidadi ona bildirmişlər ki, əkin sahənə daxil olan heyvaları idarənin həyətinə gətir, həmin heyvanların sahiblərini müəyyən edək. O, oğlu Nurəli ilə birlikdə heyvanları idarənin həyətinə toplamışdır. Sonra ora polislər gəlmişlər. O və oğlu Nurəli polislərlə birlikdə Məhəmmədin otağına daxil olmuşlar. Həmin vaxt onların aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı Məhəmməd onu təhqir etmişdir. O əsəbləşib Məhəmmədin üzərinə gəlib əynində olan köynəyin yaxasından tutub dartanda ola bilsin ki, əli Məhəmmədin boynuna dəyərək cızmışdır. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdən Masallı RİHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Şəxs və oğlu Nurəli Qasımovla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində işdə olarkən Şəxs otağına daxil olaraq bildirmişdir ki, Masallı rayon Xırmandalı kəndində yemiş əkdiyi torpaq sahəsinə kənd sakinlərinə məxsus heyvanlar daxıl olaraq yararsız hala salmışlar. Heyvan sahiblərini tapıb cərimə etsinlər. O, Şəxs bildirmişdir ki, həmin heyvan sahiblərinin adlarını müəyyən edib ona versin, o da bu barədə ərazinin polis sahə rəisinə yazılı müraciət etsin, polis də həmin şəxsləri məsuliyyətə cəlb etsin. Nəzakət onla razılaşmamış, onu hədələyib getmişdir. Təxminən 10-15 dəqiqə sonra Nəzakəti oğlu Nurəli Qasımovla birlikdə kənd sakinlərinə məxsus təxminən 100 baş mal-qaranı Masallı RİHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həyətinə daxil etməsini görmüşdür. O, idarənin həyətinə gəlib onlara etdiklərinin qanunsuz olmasını izah etmişdir. Həmin vaxt Şəxs onu təhqir etmiş, oğlu Nurəli Qasımov isə onu davaya sövq etmişdir. Söhbət etdikləri zaman Nəzakət və oğlu Nurəli sakitləşməyib yenidən otağına daxil olaraq üzərinə hücum etmiş, həmin vaxt Nəzakət əli ilə əynindəki köynəyin yaxasını tutub dartdığı zaman boyun nahiyəsinə də qəsdən xəsarət yetirmişdir. Nurəli isə onu söyüb təhqir etmişdir. Hazırda Şəxs ilə barışmaq istəmir, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RİHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X10 həmin xüsusatları təsdiq edərək Zərərçəkmiş şəxs ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cinayət işinin rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməsi, X4 barəsində İXM-nin 510-cu maddəsi ilə Şəxs isə əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barələrində həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X5 X12 məhkəmə tibbi ekspertinin xx.xx.2024-cü il tarixli, 664 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “döş qəfəsinin sağ və sol yarısının ön hissəsinin sıyrıqları” müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 22 iyul 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Masallı rayonu, Xırmandalı kənd İƏDÜ nümayəndəsinin inzibati binasında Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin və şahidlərin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, Şəxs xx.xx.1959-cu il təvəllüdlü olduğundan barəsində törətdiyi xətanın sanksiyasında nəzərdə tutulmuş ağır tənbeh növü olan inzibati həbsin seçilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, onun ahıl yaşda qadın olmasını və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1603/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1603/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver