Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1604/2023 09.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, Masallı rayonu, Qəzvinoba kəndində qeydiyyat ünvanı olan (VÖEN **********) Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında 12 sentyabr 2023-cü il tarixli 00100-02333/23 nömrəli protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin (VÖEN **********) ünvanına 42226902 nömrəli vaqonla daxil olmuş yüklərin **********0239 sorğu nömrəli 18.06 2023-cu i tarixli Gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük idarəsində bəyan edildiyi lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qisa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-020191/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına 42226902 nomrəli vaqonla ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan "avtomobil ilə daşınan mallara dair çıxarışdan görünür ki, 42226902 nömrəli vaqonla Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2023-cü il tarixdə saat 23:37 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Dövlət Gömrük Komitəsinin "Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 42226902 nömrəli vaqonla göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. **********4353 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə daxil oldqudan sonra gömrük orqanlarına göndərilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə məhkəmə iclasında ifadə verərək bildirdi ki, idxal olunan yüklərə dair qısa idxal bəyannaməsini həmişə vaxtında tərtib edərək gömrük orqanına elektron formada təqdim etmişdir. Əvvəllər 1 dəfə 2022-ci ildə eyni hal baş vermişdir. İdxal olunan yüklərə dair verilmiş **********8390 sorğu nömrəli qısa idxal bəyannaməsi vaxtında tərtib edilmişdir. Həmin qısa idxal bəyannaməsinə görə ödəniş də əvvəlcədən ödənilmiş rəsmiləşdirmək üçün də göndərilməsini tesdiq etmişdir. Lakin hansı səbəbdən onun gec baş verdiyini bilməmişdir. 2022-ci ildə qeyd olunan işlə bağlı həm Masallı rayon Məhkəməsi, həm də Şirvan Apellyasiya Məhkəməsi tərəfindən "Z1” MMC-nin xeyrinə qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən 18.06 2023-cu il tarixdə **********0239 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair **********4353 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar xx.xx.2023-cü il tarixdə gömrük sərhədini keçməmişdən əvvəl, yəni xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Ödəniş də xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. Həmçinin eyni zamanda ödəniş təsdiq edildikdən sonra rəsmiləşdirmək üçün göndərmiş və sonra kompüter ekranında asan imza ilə təsdiq olundu və rəsmiləşdirmək üçün göndərilməsi qəbul olundu bildirişi göstərilmişdir. O, da buna göra qısa idxal bəyannaməsinin rasmiləşdirilməməsindən məlumatsız olmuşdur. Lakin sonradan mallar sərhədi keçdikdən sonra mallara dair barkod verildikdə gömrük bəyannaməsini yazmağa başlayan zaman qısa idxal bəyannaməsinin sorgu nomrəsini qeyd edə bilməyəndə qısa idxal bəyannaməsinin arxivləşmədiyini başa düşmüşdür. Buna görə də yenidən rəsmiləşdirmək üçün göndərmişdir. Baş vermiş gecikmənin iradədən asılı olmayan səbəblərdən baş vermişdir. Odur ki, inzibati xəta hadisəsi olmadığı üçün başlanılmış inzibati icraata xitam verilməsini xahiş etdi. İşə əlavə olunmuş **********0239 nömrəli Gömrük bəyannaməsinin 40-cı qrafasından görünür ki, Şəxs MMC tərəfindən gətirilən mallar və nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsi təqdim edilmədiyi üçün qeyd edilən qrafada hər hansı qeyd aparılmamışdır. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli (saat 19:30:39) ********** nörməli mədaxil qəbzindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Şəxs MMC tərəfindən 5.40 manat məbləğində ödəniş edilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli (saat 19:30:39) ********** nörməli mədaxil qəbzindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Şəxs MMC tərəfindən 30 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Аzərbаycаn Rеspublikаsı İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, inzibati icraat başlanılmış maddənin dispozisiyasında qeyd edilən halın baş verməsi ilə nəticələnən inzibati xəta hadisəsi baş verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, qısa idxal bəyannaməsi üzrə xx.xx.2023-cü il tarixində lazmi qaydada ödəniş edilmiş və həmin tarixdə də bəyannamə gömrük orqanlarına göndərilmişdir. Lakin baş vermiş texniki nasazlıq səbəbindən göndərişin baza məlumatlarına yerləşməməsi sözügedən inzibati xəta hadisəsinin baş vermiş olduğunu deməyə əsas verə bilməz. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1604/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1604/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver