Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1604/2024 12.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə 12 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2024-cü il tarixdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir.. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 12 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X10 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində X2 ilə oğlu Qasımov X9 rayon Xırmandalı kəndində şifahi razılaşma yolu ilə icarəyə götürüb əkin əkdiyi torpaq sahəsinə Masallı rayon Xırmandalı kənd sakinlərinin heyvanlarının daxil olaraq əkin sahələrinə ziyan vurmasını iddia edərək Masallı RİHB-nın Xırmanadlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə gəlmişlər. Həmin vaxt Nəzakət Salmanova ilə Masallı RİHB-nın Xırmanadlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X4 arasında sözlə mübahisə olmuş, mübahisə zamanı X7 Yusifovu qəsdən vuraraq ona “döş qəfəsinin sağ və sol yarısının ön hissəsinin sıyrıqları” ilə nəticələnən sağlamlığa zərərvurmayan dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Nəzakət Salmanovnın əməlində İXMnin 157-ci maddəsinin tərkibi olmuş və barəsində qanunamüvafiq tədbir görülmüşdür. Bundan başqa həmin vaxt Şəxs ucadan hay-küy salaraq uca səslə nalayiq ifadələr işlədərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi ilə bağlı icraatına təhqiqat materialı daxil olmuşdur. Buna görədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı rayon Xırmandalı kəndində yolu ilə ailə üzvləri ilə birlikdə icarəyə götürdükləri torpaq sahəsinə Masallı rayon Xırmandalı kənd sakinlərinin heyvanlarının daxil olaraq əkin sahələrinə ziyan vurmuşdur. O, bununla bağlı şikayətini Masallı RİHB-nın Xırmandalı kənd ərazi nümayəndəsi M.Yusifova şikayətini bildirmişdir. O, isə şikayəti ilə bağlı tədbir görmək əvəzinə “rədd ol” burdan ifadəsini işlətmişdir. Bundan sonra DİN 102- xidmətinə zəng edərək həmkəndlilərinin mal-qarasının əkin sahəsinə salınması ilə bağlı şikayətini bildirmişdir. Daha sonra o, inəkləri digər kənd sakinləri ilə birlikdə ərazi nümayəndəliyinin həyətinə salmışdır ki, ərazi nümayəndəsi tədbir görsün. Ərazi nümayəndəsi bunu görüb onaların üzərinə gəlmiş söyüş-söyməyə başlamışdır. Həmin vaxt anası Y.Məmmədovun yaxasını tutub özünə tərəf çəkərək çırmışdır. Daha sonra Y.Məmmədov anasına söyüş söydüyü üçün o da onun ünvanına söyüş söymüşdür. Hazırda Y.Məmmədovla barışmamış, məhkəmədən onun ailə vəziyyətini nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdən Masallı RİHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində işdə olarkən Nəzakət Salmanova otağına daxil olaraq bildirmişdir ki, Masallı rayon Xırmandalı kəndində yemiş əkdiyi torpaq sahəm kənd sakinlərinə məxsus heyvanlar daxil olaraq yemiş sahəmi yararsız hala salıblar. Heyvan sahiblərin tapın cərimə edin. O, Nəzakət Salmanovaya bildirmişdir ki, həmin heyvan sahiblərinin adlarını müəyyən edib ona versin, o, bu barədə ərazə ilə polis sahə rəisinə yazılı müraciət etsin. Polis həmin şəxsləri məsuliyyətə cəlb etsin. Nəzakət onunla razılaşmayıb onu sözlə hədələyib getmişdir. O, təxminən 10-15 dəqiqə sonra Nəzakəti oğlu Şəxsla birlikdə kənd sakinlərinə məxsus heyvanları Masallı RİHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həyətinə daxil etməsini görmüşdür. O, idarənin həyətinə gəlib onlara etdiklərinin qanunsuz olmasını izah etmişdir. Həmin vaxt Nəzakət Salmanova onu təhqir etmiş, oğlu Şəxs isə onu davaya sövq etmişdir. Orada olan şəxslər onları ayırmışdır. O, öz iş otağına gəlmişdir. Buna baxmayaraq Nəzakət və oğlu otağına gəlib onu təhqir edib bildirmişlər ki, səni burda işləməyə qoymayacayıq. Sonra da otağı tərk etmişlər. Lakin, Nəzakət və oğlu Nurəli sakitləşməyib yenidən otağına daxil olaraq üzərinə hücum etmişlər. Həmin vaxt Nəzakət əliylə onun əynindəki köynəyin yaxasını dartıb çıranda boyun nahiyəsinə qəsdən xəsarət yetirmişdir. Orada olan polislər onları sakitləşdirmişdir. Nəzakət və Nurəli oradan getmişdir. Bir qədər sonra Şəxs yenidən idarəyə gəlib onu nalayiq küçə söyüşləri ilə təhqir edib davaya sövq etmişdir. Hazırda Şəxsla aralarında barışıq əldə edilməşdir. Göstərilənləri nəzərə alaraq barəsində qanunamüvafiq qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, o, 2016-cı ilin oktaybr ayından Masallı RİHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə işdə olarkən Nəzakət Salmanova və oğlu Nurəli Masallı RİHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X3 otağına daxil olaraq heç bir əsaslı səbəb olmadan onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etdilər. Lakin, Məhəmməd Yusifov onlara heç bir söz deməmişdir. Buna baxmayaraq həmin tarixdə, saat 12 radələrində Nəzakət və Nurəli yenidən Məhəmməd Yusifovun otağına daxil olaraq onu təhqir etdilər. Həmin vaxt X7 Yusifovun əliylə Məhəmmədin əynindəki köynəyin yaxasını dartıb çıranda onun boyun nahiyəsinə qəsdən xəsarət yetirmişdir. Orada olan polislər onları sakitləşdirdi. Bir qədər sonra Şəxs yenidən idarəyə gəlib Məhəmmədi nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, Masallı RİHB-nın Xırmandalı kənd Bələdiyyə sədri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində Xırmandalı ərazi nümayəndəliyinin həyətində olan zaman Nurəli və anası həmkəndlilərin heyvanlarını ərazi nümayəndəliyinin həyətinə salan zaman ərazi nümayəndəsi Yusif Məmmədov onlara etirazını bildirmişdir. Bu zaman Nurəli və anası Y.Məmmədovun ünvanına nalayiq ifadələr işlətmişlər. Hadisə vaxtı onlar tərəfləri ayrımışlar. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İş materillarında olan elektron çıxarışdan görünür ki, X4 3-cü dərəcəli əlildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsin şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi nəzərdə tutulan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcələnin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti az ağırlaşdırən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən halı yoxdur. Məhkəmə Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onun 3-cü dərəcəli əlil olmasını məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində bir azyaşlı uşağın olması və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halları kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halını və ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Qasımov X5 Xətalar Məcəlləsinin 510-cu maddəsi təqsirli bilinib, barəsində inzibati qaydada cərimə cəzası tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 53, 89.4,105, 114, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1604/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1604/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver