Məhkəmə qərarları › İş №3(050)-1605/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1605/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1605/2024 12.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Masallı rayonu, Binə Xocavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Binə Xocavar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-183/2024 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment X3 ödənilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ümumlikdə 1950 manat məbləğində aliment borcunu ödəməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-183/2024 saylı icra Şəxs ümumilikdə 1950 manat məbləğində borcu var. İcra sənədi icraata daxil olduqdan sonra borclu bu vaxta qədər 600 manat ödəniş etmişdir. Borcluya icra sənədi üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrasına dair bildiriş göndərilmiş, izahatı alınmış və icra tələbinin icra edilməsi barədə onunla söhbət aparılmışdır. Lakin borclu indiyədək icra sənədi üzrə alimenti tam şəkildə ödəməmişdir. Bundan başqa aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığı üçün barəsində axtarış elan edilmişdir.xx.xx.2024-cü il tarixdə borclu tapılaraq, barəsində axtarış işinə xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq icra sənədi tam icra edilmədiyi səbəbindən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-183/2024 tarixli icra sənədindən məlumatlıdır. Barəsinə tərtib edilmiş inzibati protokolla razıdır. Hal-hazırda borcunu ödəmək iqtidarında deyildir. Ona 5-10 gün vaxt verilsə, yaranmış borcdan 500 manat ödəyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən barəsində ədalətli qərar verilməsini xahiş edir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, istifadəsində olan mobil telefonla əlaqə saxlanılmaqla inzibati xəta haqqında işə baxılması barədə mövqeyi öyrənilərkən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Borclu Şəxs borcunu tam şəkildə tələb etdiyini, borcu tam şəkildə ödəmədiyi təqdirdə barəsində həbslə ələqədar inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-183/2024 tarixli icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. 12 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 183/2024 tarixli icra sənədini icra etmədiyi üçün barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-183/2024 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehin yüngülləşdirən hal və inzibati tənbehin ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə təyin olunacaq inzibati tənbeh növünü müzakirə edərək, qeyd edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını nəzərə alaraq, onun barəsində inzibati həbs tənbeh növünün tətbiq olunmasını qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 12 avqust 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar