Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1609/2025 07.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Masallı rayonu Köçəkli kəbdində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, Masallı rayonu Köçəkli kəbdində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 06 iyul 2025-ci il tarixdə saat 00 radələrində Masallı rayonu Köçəkli kəbdində küçədə uca səslə nəlayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə Masallı RPŞ-in əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, kafelərin birində yeyib-içmişdir. Həmin vaxt kafedə olan qadınlar tərəfindən döyülmüşdür. Bu səbəbdən də DİN-nin 102 zəng xidmətinə zəng vuraraq döyülməsini bildirmişdir. Bir qədər sonra polis əməkdaşlarının gecikdiklərini görüb təkrar 102 xidmətinə zəng vurmuş və nəlayiq ifadələr işlətmişdir. Daha sonra polis əməkdaşlarının gəlmədiyini görüb taksi ilə yaşadığı kəndə getmişdir. Kəndin mərkəzi küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Sərxoş olduğu üçün uca səslə nəlayiq ifadələr işlətmiş, polisin qanunu tələblərinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Hazırda səhvini başa düşür, məhkəmədən barəsində iznzibati qaydada həbs tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Masallı RPŞ-nin əməliyat istintaq qrupunda xidmətdə olduğu zaman saat 23:30 radələrində DİN-nin 102 xidmətindən Köçəkli kəbd sakini Şəxs 102 xidməti operatorunun və polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətməsi barədə daxil olmuş məlumatla əlaqədar qeyd olunun ünvana getmişlər. Şəxs kəndin mərkəzi küçəsində yaxınlaşmışlar. Şəxs onları görən kimi nə üçün gəlmisiz deyib nəlayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt küçədə Aşura mərasimi ilə bağlı məsçiddən evlərinə qayıdan şəxslərdə olmuşdur. Onlar Əkbəri təxminən 30 dəqiqə ərzində nizam-intizama dəvət etsələr də o, sərxoş olduğu üçün onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hüquqazidd hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də onu RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X1 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Rəhim İbrahimov tərəfindən 06 iyul 2025-ci il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 022155 saylı protokoldan görünür ki, Şəxs 06 iyul 2025-ci il tarixdə saat 08:00-da inzibati qaydada tutulmuş, 07 iyul 2025-ci il tarixdə 10:30-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə və qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 112, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 06 iyul 2025-ci il tarixdən, saat 08:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1609/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1609/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver