Məhkəmə qərarları › İş №3(050)-161/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-161/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-161/2023 26.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə 07 avqust 1986-cı ildə Masallı rayonu, Gəyəçöl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Masallı rayonu, Gəyəçöl kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 26 yanvar 2023-cü il tarixdə, saat 12:30 radələrində Masallı şəhəri, 20 yanvar küçəsində X2 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu nalayiq söyüşlərlə söyərək ictimai qaydanı pozmuşdur.. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 26 yanvar 2023-cü il tarixdə, saat 12:30 radələrində Masallı şəhəri, 20 yanvar küçəsində, yəni bazar ərazisində olan zaman sonradan adını bildiyi X2 ilə çiyin-çiyinə dəymiş, sonuncunun ona toxunmasından əsəbləşib Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söymüşdür. Həmin vaxt orada xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib etdiyi əməlin inzibati xəta olduğunu deyərək onu intizama dəvət etmişlər. Daha sonra onları Masallı RPŞ-nə dəvət edib barəsində sözü gedən protokol tərtib olunmuşdur. Hazırda səhvini başa düşür və gələcəkdə bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclası zamanı zərərçəkmiş qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Masallı rayonu, Yeyənkənd kəndində yaşayır. 26 yanvar 2023-cü il tarixdə, saat 12:30 radələrində Masallı şəhəri, 20 yanvar küçəsi ərazisində olan zaman sonradan adını bildiyi Şəxs ilə çiyin-çiyinə dəymiş, bundan sonra Şəxs onun üstünə gələrək uca səslə nalayiq küçə söyüşləri ilə söymuşdür. O, Vücaddan üzr istəsə də, sonuncu onu söyməyə davam etmişdir. Həmin vaxt orada xidmətdə olan polis əməkdaşları onlara yaxınlaşaraq Masallı RPŞ-nə dəvət etmişlər. Hazırda Şəxsla barışmadığından məhkəmədən barəsində ciddi tədbir görülməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin polis kiçik serijantı X3 ifadəsində göstərdi ki, 26 yanvar 2023-cü il tarixdə, saat 12:30 radələrində, Masallı şəhəri, 20 yanvar küçəsində xidmətdə olan zaman sonradan adını bildiyi Şəxs özündən yaşça böyük olan Zülfüqar Hacıyevi uca səslə nalayiq küçə söyüşləri ilə söydüyünü görmüşdür. Bundan sonra həmin şəxslərə yaxınlaşıb özünü təqdim edərək Şəxs etdiyi əməlin inzibati xəta olduğunu bildirib onu intizama dəvət etmişdir. Daha sonra isə hər iki şəxsi Masallı RPŞ-nə dəvət etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında 26 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.2-maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Masallı Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, əvvəli 15 yanvar 2023-cü il tarixdən hesablanmaqla 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar yoxdur. Onun eyni inzibati xətanı il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmamasını, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 26 yanvar 2023-cü il tarixdən, saat 17:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar