Məhkəmə qərarları › İş №3(050)-161/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-161/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-161/2025 15.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Masallı rayonu, Kalinovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2025-ci il tarixdə Masallı Rayon Polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 15 yanvar 2025ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Qızılağac kənd sakini Şəxs Masallı RPŞ-nin rəisi və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyinə, habelə DİN-in 102 Xidməti Zəng Mərkəzini lazımsız məşğul etməsi ilə əlaqədar Masallı RPŞ-yə dəvət olunmuş, bununla əlaqədar RPŞ-nin Xidmət üzrə baş inspektoru Cəlal Əbülfəzli və RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 ilə birlikdə Şəxs RPŞ-nin ƏİÜ rəis müavini Şahid1 xidməti otağında olan zaman ona Masallı RPŞ-nin rəisi və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyinə görə irad bildirilmiş, buna baxmayaraq Şəxs Masallı RPŞ-nin rəisi və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmədiyinə görə peşman olmadığını bildirərək, yenidən inzibati binanın daxilində uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları Şəxs dəfələrlə nizamintizama dəvət etsələr də o uca səslə nalayiq ifadələr işlətməyə davam edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, tək yaşadığından və spirtli içki aludəçisi olduğundan özünü idarə etməsini itirmiş, buna görə Masallı RPŞ-nin rəisinin və digər polis əməkdaşlarının ünvanına söyüşlər söymüş, sonra isə DİN-nin 102 xidmətinə bir neçə dəfə lüzumsuz zəng edərək şikayətlər etmişdir. Bu səbəbdən 15 yanvar 2025-ci il tarixdə sahə rəisi 102 xidmətinə şikayəti ilə əlaqədar onu Masallı RPŞ-yə dəvət etmişdir. Masallı RPŞ-yə gəldikdən sonra polis əməkdaşları onu RPŞ-nin ƏİÜ rəis müavini Şahid1 xidməti otağına aparmışlar. Xidməti otaqda Şahid1 ona etdiyi hərəkətlərə və polis əməkdaşlarının ünvanına söyüşlər söyüdüyünə görə iradını bildirdikdə, yenidən əsəbiləşərək özündən asılı olmayan səbəblərə ünvansız söyüşlər söyməyə başlamış, bu zaman xidməti otaqda olan polis əməkdaşları ictimai qaydanı pozduğunu, inzibati binanın daxilində söyüşlər söyməsinin inzibati xəta olduğunu bildirib onu nizam-intizama dəvət etsələr də, öz qanunsuz hərəkətlərini davam etdirib, ictimai qaydanı pozduğuna və polis əməkdaşının qanuni tələblərinə məhəl qoymadığına görə barəsində protokol tərtib edilmişdir. Əməlindən səmimi peşmandır. Qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin Əməliyyat işləri üzrə müavini Şahid1 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Qızılağac kənd sakini Şəxs Masallı RPŞ-nin rəisi və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsi ilə əlaqədar onu xidməti otağına dəvət etmiş, baş inspektor Cəlal Əbülfəzli, RPŞnin İTB-nin polis sahə rəisi Emin Cavadov və RPŞ-nin İTB-nin sahənin polis nəfəri Şahid2 iştirakı ilə tərəfindən qəbul edilmişdir. Şəxs Masallı RPŞ-nin rəisi və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyinə görə irad bildirdikdə, Şəxs uca səslə Masallı RPŞ-nin rəisi və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyinə görə peşman olmadığını deyərək nalayiq ifadələr işlətməyə davam etmişdir. Polis əməkdaşları ilə birlikdə Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, sonuncu uca səslə nalayiq ifadələr işlətməyə davam edərək polis əməkdaşlarının qanuni tələbərlərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin polis nəfəri polis serjantı Şahid2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Masallı rayonu Qızılağac kənd sakini Şəxs Masallı RPŞ-nin rəisi və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyinə və DİN-in 102 Xidməti Zəng Mərkəzini lüzumsuz məşğul etməsi ilə əlaqədar Masallı RPŞ-nə dəvət olunmuşdur. Bununla əlaqədar olaraq baş inspektoru Cəlal Əbülfəzli və RPŞ-nin İTB-nin polis sahə rəisi Emin Cavadov ilə birlikdə Şəxs RPŞ-nin ƏİÜ rəis müavini Şahid1 xidməti otağında olan zaman sonuncu Şəxs Masallı RPŞ-nin rəisi və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyinə görə irad bildirdikdə sonuncu Masallı RPŞ-nin rəisi və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsinə görə peşman olmadığını deyərək, uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları ilə birlikdə Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də o uca səslə nalayiq ifadələr işlətməyə davam edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İş materillarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(050)- 2095/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs xırda xuliqanlıq növündə xətanı törətməsi və polisin qanuni tələblərinə tabe olmamasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 25 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri protokolu tərtib etmiş səlahiyətli şəxsin və şahidlərin izahatı, özünün səmimi etirafı, habelə işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisə qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs polisin inzibati binasında kənarda olan şəxslərin rahatlığını pozacaq formada uca səslə nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bundan başqa onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs eyni inzibati xətanı törətdiyinə görə sonuncu dəfə barəsində inzibati tənbeh tətbiq edilməsi ilə bağlı məhkəmənin qərarı qüvvəyə mindikdən sonra bir il ərzində yenidən təkrar törətdiyindən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ağırlaşdıran halı, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi inzibati tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 15 yanvar 2025-ci il tarixdən saat 17:45-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar