Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1614/2024 14.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Şəxs haqqında Masallı Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Masallı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayınını YPX-in Xİ tağımın inspektoru tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2 və 327.8-ci maddələri ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Masallı rayonu, Bala Təklə kəndinin ərazisində “Kia Cerato” minik markalı, ** GX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.8-ci maddələrində nəzərədə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, Şəxs inzibati xətanı hansı tarixdə törətməsi müəyyən etmək mümkün deyildir. Belə ki, xx.xx.2024-cü il tarixli İXP serilayı ******* saylı protokolda inzibati xətanın törədilmə tarixi və vaxtı kimi xx.xx.2024-cü il, saat 20:00 qeyd edilmiş, Masallı RPŞ-nin Təhqiqat Şöbəsinin, rəisi Zaur Talıbov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportda və təhqiqatçı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarda X1 izahatında xətanın baş verdiyi tarix xx.xx.2024-cü il tarix, Şəxs izahatında isə xx.xx.2024-cü il tarix kimi qeyd edilmişdir. Eyni zamanda cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarda istinad edilmiş MTE və PA birliyinin Masallı rayon Şöbəsinin 670 nömrəli ekspert rəyində X2 bədəni üzərində müəyyən olunan xəsarətlərin avtomobil qəzası nəticəsində yaranması, müddətinin isə qərarda qeyd olunan tarixdə xx.xx.2024-cü il tarixə uyğun gəlməsi, sağlamlığa qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid olması göstərilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi əsasına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolun barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxslə tanış edilməsi və protokolun surətinin şəxsə təqdim edilməsi müəyyən edilməmiş, əgər protokol təqdim edilmişdirsə, nə Şəxs həmin protokolun surətini alması barədə imza etməmiş, nə də şəxsin protokolu almaqdan imtinası barədə protokolu tərtib etmiş səlahiyətli şəxs tərəfindən müvafiq qeydiyyat aparılmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə məsuliyyət nəzərdə tutur. Yəni, 327.8-ci maddədə nəzərdə tutulan inzibati xətanın törədilməsi üçün 327.1 - 327.6, 328 və 330-cu maddələrdə nəzərdə tutulan xətaların törədilməsi nəticəsində yüngül zərər vurulmanı nəzərdə tutur. Buna baxmayaraq, səlahiyyətli orqan tərəfindən protokol tərtib edilərkən şəxs tərəfindən 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı qeydlər aparılmışdır. Bununla da, protokolda İXM-nin 327.2-ci maddənin qeyd edilməsi düzgün olmamışdır. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Müəyyən edilmişdir ki, inzibati xəta ilə bağlı təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 135.3-ci maddəsinə əsasən ittiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olmaqla baxılması mümkün olmadığından material geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106,109 və 128-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1614/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1614/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver