Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1614/2025 07.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1975-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Müharibə veteranı, Masallı şəhəri, X3 küçəsi ev 7 ünvanında qeydiyyatda olan, Masallı şəhəri, Seybətin küçəsi nömrəsiz fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli 25 iyun 2025-ci il tarixli protokola əsasən Şəxs 25 iyun 2025-ci il tarixdə, saat 23:15-də “VAZ 21063” minik markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobili nəqliyyat vasitəni idarə etmək üçün sürücülük hüququ olmadan və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 25 iyun 2025-ci il tarixdə oğlunun hərbi xidmətə yola salınması ilə bağlı təşkil olunan yığıncaqda 1 stəkan pivə içmişdir. Bundan sonra sürücülük hüququ olmadan idarə etdiyi, arvadı Nümayəndə məxsus “VAZ 21063” minik markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobil ilə tədbirdən qayıtdığı zaman Yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı avtomaşını sərxoş vəziyyətdə idarə edilməsi şübhəsi yarandığı üçün alkotesterdən keçmək təklif edilmişdir. Alkotesterin nəticəsində sərxoş olduğu müəyyən edilmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu, asma xəstəliyindən əziyyət çəkdiyini, ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Masallı rayon Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, müharibə veteranı olmasını, asma xəstəliyindən əziyyət çəkdiyini və ailəyə qazanc gətirən yeganə şəxs olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 25 iyun 2025-ci il tarixli, 05322 protokol nömrəli alkotesterin nəticəsindən görünür ki, Şəxs alkoqolun miqdarı 4.177 promildir. - 26 iyun 2025-ci il tarixli arayışdan görünür ki, Masallı şəhəri, M.Ə.Sabir küçəsi ev 7-də yaşayan Şəxs Azərbaycan Respublikasının DİN-nin BDYPİ-nin MİS-dən aldıqları məlumata əsasən sürücülük vəsiqəsi yoxdur. - 27 iyun 2025-ci il tarixli iltizamdan görünür ki, X1 BC dərəcəli 365294 nömrəli sürücülük vəsiqəsi vardır. İltizam verilir ondan ötrü ki, Şəxs idarə etdiyi “VAZ 21063” minik markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobili onun yaşadığı ünvana sürüb aparacağına söz verir. Yolda baş verə biləcək hər hansı hadisəyə məsuliyyət daşıyır. - AZEMİS elektron sistem məlumatlarına əsasən Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxs kimi 80 manat məbləğində pensiya aldığı qeyd edilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1614/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1614/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver