Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1615/2024 23.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş «Cinayət işi başlanmasının rədd edilməsi» barədə xx.xx.2024-cü il tarixli qərardan və xx.xx.2024-cü tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü tarixdə, saat 11 radələrində Masallı-Digah dörd yol ayrıcında Masallı rayonu, Şərəfə kəndi istiqamətində Zərərçəkmiş şəxs piyada qismində hərəkətdə olarkən həmin yol istiqamətində arxadan gələn Şəxs idarə etdiyi “Chevrolet Aveo” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Zərərçəkmiş şəxs vuraraq “sol çiyin nahiyəsinin və sol bud-çanaq oynağına müvafiq nahiyənin bayır hissəsinin yumşaq toxumalarının əzilməsi” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Chevrolet Aveo” Minik markalı, **-BU- *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə ilə edir. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində idarə etdiyi avtomaşınla Masallı rayonu, Şərəfə kəndi istiqamətində hərəkətdə olarkən həmin yolun Digah küçəsindən keçən hissəsində sağ hərəkət yol zolağı ilə hərəkətdə olarkən diqqəti dağınıq olduğundan yolda olan piyadanı görməmiş, nəticədə idarə etdiyi avtomaşının sağ güzgüsü piyadaya dəymişdir. O, dərhal idarə etdiyi avtomaşını saxlamış, adını sonradan bildiyi Zərərçəkmiş şəxs yaxınlaşaraq müalicə və müayinə olmaq üçün birlikdə RMXna getməyi və həkim dəvət etməyi təkif etmişdir. Lakin, Zərərçəkmiş şəxs onun təklifini qəbul etməyərək ona bildirmişdir ki, yaxşıdır, RMX-na getməyə ehtiyac yoxdur. O, da sonra yoluna davam etmişdir. Sonda Şəxs əməlindən peşman olduğunu bildirib barəsində ədalətli qərar edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Masallı şəhəri, Digah dörd yol ayrıcında Masallı rayonu, Şərəfə kəndi istiqamətində piyada hərəkətdə olarkən tanışı Elsəvərlə söhbət etdiyi vaxt arxadan gələn “Chevrolet” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomaşının sağ qanadı və sağ güzgüsü ona sol tərəfindən dəymişdir. O, avtomaşının zərbəsinin təsirindən həmin yolun ehtiyat hissəsinə yıxılmışdır. Bu zaman bədəni əzilmişdir. “Chevrolet” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən, adını sonradan bildiyi Şəxs avtomaşından düşmüşdür. Sürücüyə yavaş sürməsini irad tutmuş, cavabında sürücü Şəxs avtomaşını yavaş sürdüyünü, piyada qismində hərəkət zolağına çıxdığına görə onun özünə iradını bildirmiş, xəstəxanaya getməsini təklif etsə də, lakin həmin vaxt bədənində ağrılar olmadığından Şəxs təklifini qəbul etməmişdir. Şəxs maşını sürüb çıxıb getmişdir. Buna baxmayaraq, DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Sonra da bədənində ağrılar olduğundan müalicə və müayinə olunmaq üçün RMX-yə gəlmişdir. Masallı RMX-də ona tibbi yardım edilmiş, həkim tövsiyəsi ilə evinə buraxılmışdır. Müalicə olunmasına görə 200 manat xərcləmiş, ona dəymiş maddi ziyan ödənilməmişdir. Sonda Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirib barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi» barədə qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində cinayət tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Masallı RPŞ-nin DYPB-yə göndərilməsi qərar alınmışdır. xx.xx.2024-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi» barədə qərarda istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ET Birliyinin Masallı rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 657 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol çiyin nahiyəsinin və sol bud-çanaq oynağına müvafiq nahiyənin bayır hissəsinin yumşaq toxumalarının əzilməsi müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 15 iyul 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2024 tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hallar himayəsində 2 azyaşlı uşağının olması və əməlinən səmimi peşman olmasıdır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1615/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1615/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver