Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1616/2024 11.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X1 rəis müavini X5, Şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 08 avqust 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 işlərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla da MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X1 rəis müavini X5 izahatında bildirdi ki, Şəxsndə işləyən X2 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə bağlı X4 məlumat daxil olmuşdur. Məlumat əsasında ilkin araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Şəxs MMC-yə məxsus "xxxx" yük markalı, **-AC-*** qeydiyyat nişanlı avtomobil 47 saylı yol istismar idarəsinə icarəyə verildiyi müddətdə sürücü X11 xx.xx.2024-cü il tarixdə, saat 14:05 radələrində Yardımlı rayonu, Horvar kənd ərazisində hərəkətdə olan zaman qəzaya uğramış, həmin hadisə nəticəsində sürücüyə ilkin tibbi yardım göstərilmiş, xəstəxanaya yerləşdirilmiş, hər hansı ciddi xəsarət almadığı üçün öz təkidi ilə xəstəxanadan buraxılmışdır. Eyni zamanda araşdırma zamanı məlum olmuşdur ki, Şəxs MMC ilə İ.Əmirov arasında xx.xx.2024-cü il tarixdə kağız üzərində əmək müqaviləsi bağlansa da həmin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X8 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 14:05 radələrində Şəxs MMC tərəfindən ona həvalə edilmiş işi icra edən zaman nəqliyyat vasitəsini aşırmış, bundan sonra Şəxs MMC tərəfindən onun müqaviləsi xx.xx.2024-cü il tarixdə 15:14 radələrində elektron sistemə daxil edilmişdir. Bu əsasla MMC barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, X11 xx.xx.2024-cü il tarixdə Şəxsnə müraciət edərək, sürücü olduğunu və bununla əlaqədar iş axtardığını bildirmişdir. Onun sənədləri yoxlanılmış, sürücü vəzifəsi üçün qoyulan tələblərə cavab verdiyi üçün İslam Əmirova işlə bağlı xəbər ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixdə İ.Əmirov Şəxsnə çağırılmış, onunla kağız üzərində müqavilə bağlanılaraq işə götürülmüş, MMC-yə məxsus nəqliyyat vasitəsinin idarə edilməsi üçün yol vərəqəsi verilmişdir. xx.xx.2024-cü il tarixdə İ.Əmirovla kağız üzərində müqavilə bağlandıqdan sonra həmin müqavilə elektron sistemə daxil edilsə də, texnikinasazlıq səbəbindən müqavilə vaxtında imza edilməmişdir. O, əmək müqaviləsinin sistemə daxil edilməsində gecikmələr olduğunu etiraf edir. Lakin 1 saat gecikmə olduğuna görə yüksək miqdarda cərimə nəzərdə tutulmasın nə dərəcədə doğru olduğunu sual edir. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 08 avqust 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla da MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X2 işə başlama tarixinin xx.xx.2024-cü il olaraq göstərilməsinə baxmayaraq, həmin bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmaqla sistemə daxil edilmişdir. Əmək müqaviləsi bildirişləri ilə bağlı elektron çıxarışlardan da görünür ki, Şəxs MMC ilə xx.xx.1976-cı il təvəllüdlü X8 ilə bağlanmış müqavilə xx.xx.2024-cü il tarixdə, saat 15:14 radələrində elektron sistemə daxil edilmiş və qüvvədədir. Kağız üzərində bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən Şəxs MMC-nin təsisçisi X9 ilə işçi X8 arasında xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılmış, işçi Asfalt Zavod, əsas, sürücü vəzifəsinə işə qəbul edilmiş və işçi xx.xx.2024-cü il tarixdə işə başlamışdır. Şəxs MMC-nin direktoru Nümayəndə tərəfindən verilmiş xx.xx.2024 tarixli, 32 saylı arayışdan görünür ki, Şəxs MMC müəssisəsinə məxsus "xxxx" markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı maşınları 47 saylı Yİ MMC-də icarədə olduğu vaxtı (sürücü X11) Yardımlı-Horavar-Zəngələ yolunda xx.xx.2024-cü il tarixində saat 14:55-də idarəetməni itirmiş və maşını aşırmışdır. Sürücüyə heç bir xəsarət dəyməmiş və ertəsi gündən öz işinə davam etmişdir. Bəhs edilən arayışa əlavə edilmiş yük avtonəqliyyat üçün yol vərəqindən görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlər aralığı üçün Ələt-Astara-Masallı-Yardımlı daxili yollarında X6 "xxxx" markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsinə icazə verilmişdir. Şəxs MMC-yə məxsus iş vaxtının qeydiyyat tabelindən görünür ki, sürücü Əmirov İslam xx.xx.2024-cü il tarixdə işdə olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Yardımlı RMX-dan Masallı rayonu, Məmmədrzaküçə kənd sakini X2 “qapalı kəllə beyin travması və başın ənsə” nahiyyəsinin kəsilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olması barədə toplanmış material üzrə cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bəhs edilən qərardan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdə saat 14:15 radlərində Yardımlı RMX PHŞ-nə “başın alın və ənsə nahiyəsində kəsilmiş-didilmiş yara (avto qəza) diaqnozu ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs tərəfindən X2 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yuxarıda qeyd olunan iş materialları ilə öz təsdiqini tapmışdır. İş materallarına əlavə edilmiş sənədlərdən və işdə iştirak etmiş şəxslərin izahatlarından görünür ki, X8 ilə Şəxs MMC arasında xx.xx.2024-cü il tarixdə kağız üzərində əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İ.Əmirov xx.xx.2024-cü il tarixdə ona həvalə olunmuş işlərin icrasına başlamış və xx.xx.2024-cü il tarixdə Şəxs MMC müəssisəsinə məxsus "xxxx" markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı maşınla hərəkətdə olan zaman xx.xx.2024-cü il tarixində idarə etməni itirmiş və maşını aşırmış və hadisə nəticəsində Sürücü İ.Əmirov xx.xx.2024-cü il tarixdə saat 14:15 radələrində Yardımlı RMX PHŞ-yə “başın alın və ənsə nahiyəsində kəsilmiş-didilmiş yara” (avto qəza) diaqnozu ilə müraciət etmişdir. Yalnız bundan sonra xx.xx.2024-cü il tarixdə, saat 15:14-də əmək müqaviləsi elektron informasiya sisteminə daxil edilmiş və imzlamışdır. Məhkəmə qeyd edir ki, işə götürənlə hər hansı şəxslə əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yarandığından, AR İXM-nin 192.1-ci maddəsinin tərkibinin yaranması üçün əsas şərtin isə məhz Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi olduğundan işçilərin işə cəlb edildiyi zaman əmək müqaviləsinin qeydiyyata alınmadığı və bununla da hələ tərəflər arasında əmək münasibətlərinin yaranmadığı halda həmin şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli hesab olunur və sonradan həmin müqavilənin qeydiyyata alınması MMC-nin əməlində inzibati xəta tərkibinin olmasını aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Göründüyü kimi qanunverici əmək müqaviləsinin bağlanmasını özü-özlüyündə həmin müqaviləni bağlanmış tərəflər əmək münasibətlərinin yaranması və həmin şəxsin işə cəlb edilməsi üçün kifayət hesab etməməklə mütləq qaydada həmin əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanılması ilə şərtləndirmiş və yalnız bundan sonra həmin şəxsin işçi statusuna malik olaraq işlərin yerinə yetirilməsinə cəlb edilməsini mümkün hesab etmişdir. Hazırki halda isə işçi X2 əmək müqaviləsi elektron sənəd formasında bağlanılmadan Şəxs MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilməsi işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və tərəflərin izahatları ilə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X8 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1616/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1616/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver