Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1619/2025 23.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1963-cı ildə Masallı rayonu, Şərəfə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “X2 Xidməti” publik hüquqi şəxsin X3 Sistemlərinin İstismarı İdarəsinin Su təchizatı, yağış və tullantı su şəbəkəsinin istismarı sahəsinin sahə rəisi işləyən, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXMin 350.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 350.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Masallı RPŞ-nin DYPB-nin rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Masallı rayonu, Şərəfə kənd sakini xx.xx.1963-cü il təvəllüdlü Şəxs xx.xx.2025-ci il tarixdə 15:34-da Masallı şəhəri, H.Əliyev prospektində Azərbaycan Respublikası İXM-nin 350.1-ci maddəsində nəzərdə tutulmuş halara yol verməklə inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, 21 ildir ki, bu sahədə işləyir. Əvvəllər Bakı şəhərində işləmiş sonradan iş yeri dəyişdirilərək Masallı rayonuna göndərilmişdir. Həm Bakı şəhərində həmdə Masallı rayonunda işlədiyi müddət ərzində texniki şərtlərin icrası bilavasitə ona tapşırılmışdır. Əvvəllər texniki şərtlərin icrası zamanı müraciət edib idarə-təşkilatların hansından ki, icazə alınmalıdır rəsmi qaydada müraciət edib icazə almışlar. Sonradan yaxın zamanlarda elektron qaydada icazə sistemi tətbiq olunmuşdur. Cari ayın əvvəlində Arzu Əskərova məxsus texniki şərtin icrası vaxtı (6329 saylı texniki şərtin icrası vaxtı H.Əliyev prospektində) yol polisi gəlib işi dayandırmışlar. Bildirmişlər ki, Ekskavator cərimə meydançasına getməlidir. O, bunun səbəblərini soruşduğu zaman polis əməkdaşları qanunsuz qazıntı aparıldığını bildirmişlər. O, texniki şərti göstərərək həmin texniki şərti icra etdiyini bildirmişdir. Polis əməkdaşı isə icazə almadıqlarını bildirmişdir. O, polis əməkdaşına icazə alınan nazirliklərin siyahısı qeyd olunan sənədi göstərərək icazə alınmalı olanlardan icazə alındığını, DİN-dən icazə alınması ilə bağlı isə həmin sənəddə qeyd olunmadığını bildirmişdir. Hansı nazirliklərdən icazə alınmalıdırsa elektron qaydada icazə alınmışdır. Daha sonra polis şöbəsinə gəlmişlər və şöbədə ona İXM-nin 350-ci maddəsinin tələblərini pozduğunu bildirmişlər və bununla bağlı sənədləşmə işləri aparmışlar. O, izahat verərkəndə aparılmış sənədləşmənin düzgün olmadığını bildirmişdir. Ekskavator 3 gün şöbədə saxlanılmışdır, onlarda məcbur olub əl ilə qazıntı işlərini aparmışlar və texniki şərti icra etmişlər. Hansı müvafiq icra hakimiyyətindən icazə almaq lazımdırsa icazə alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 06 saylı arayışdan görünür ki, Şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “X2 Xidməti” publik hüquqi şəxsin X3 Sistemlərinin İstismarı İdarəsinin Su təchizatı, yağış və tullantı su şəbəkəsinin istismarı sahəsinin sahə rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 212.4-1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274-1, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334- 1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351- 1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538- 1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 602-4, 603, 605, 606.1, 606.3, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. 350.1-ci maddəsinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 350.1-ci maddəsi ilə vəzifəli şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola baxılma səlahiyyəti məhkəməyə aid deyildir. Belə ki, vəzifəli şəxs barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmək həmin şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana aiddir. İş materiallarından da göründüyü kimi inzibati xəta törətmiş şəxs vəzifəli şəxsdir və törədilmiş inzibati xətada birbaşa şəxsin vəzifə səlahiyyətləri ilə əlaqədardır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 350.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 115-ci maddələrinə əsasən, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 350.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Masallı Rayon Polis şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1619/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1619/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver