Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1621/2025 23.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Masallı rayonunda doğulmuş, Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən, Masallı şəhəri, Əlimərdan Topçubaşov küçəsi, ev 27-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 22 may 2025-ci il tarixdə saat 15:00 radələrində idarə etdiyi “TOYOTA LAND- CRUİSER-PRADO Minik” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masallı rayonu Banbaşı kəndində hərəkətdə olarkən ehtiyatsızlıqdan X2 bədən xəsarəti dəymişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildiridi ki, vətəndaş şikayət etmişdir ki, guya o, avtomobili ilə onu vurmuşdur. O, Rayon İcra nümayəndəliyinə və polis şöbəsinə müraciət etmişdir ki, o, həmin şəxsi avtomobili ilə vurmamışdır. İş üzrə ilkin rəy alınmışdır ki, yüngül toxumaların əzilməsi, müstəntiqdə onu izahat verməyə çağırmış o, müstəntiqə həmin şəxsi vurmadığını bu səbəbdən də izahat verməyəcəyini bildirmişdir, daha sonra iş üzrə yeni rəy verildiyi bildirilmişdir. O, polis şöbəsinə getmiş izahat vermiş, daha sonra iş prokurorluğa göndərilmiş və o, prokurorluğa getmiş onunda digər şəxsində izahatları alınmışdır. Sonra vətəndaşları qəbulu günü vətəndaş Rayon İcra Hakimiyyətinə gəlmiş və iclas zamanı icra başçısına “sizdən üzr istəyirəm o, mənə xəsarət yetirməyib, mən əsəbi olmuşam” bildirmiş və üzr istəyərək çıxıb getmişdir. Oda zənn etmişdir ki, müstəntiq işə ədalətli şəkildə baxıb şikayəti rədd edəcəkdir. Lakin sonradan ona məhkəmə bildiriş gəldiyi zaman anlamışdır ki, müstəntiq ədalətsizlik etmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Masallı RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsiri bilməsə də, onun əməli iş üzrə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1621/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1621/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver