Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1626/2025 10.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik şöbəsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1966-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 10 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokola və iş materiallarına əsasən 14 may 2025-ci il tarixdə Şəxs yoldaşı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin tərkibi yarandığından Masallı rayon Polis şöbəsinin təhqiqatçısı Şahin Mehrabov tərəfindən 13 iyun 2025-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X2 tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, zərərçəkmiş şəxs 14 may 2025-ci il tarixdə Masallı rayonu, Səmidxan kəndində yaşayan Zərərçəkmiş şəxs qızı Nigar Aslanova DİN-nin 102 xidmətinə zəng edərək, atası Şəxs anası Zərərçəkmiş şəxs döyməsi barədə məlumat vermiş və həmin gün Zərərçəkmiş şəxs Masallı RPŞ-yə ərizə ilə müraciət edərək həmin tarixdə əri Şəxs onu döyməsini göstərmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Şəxs arvadını və uşaqları döyməsi ilə bağlı mütəmadi olaraq şikayətlər daxil olduğundan onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır, onunla düşmənçilik və ədavəti yoxdur. Vüsalə ilə əvvəllərdə aralarında ailə-məişət zəminində mübahisələr olmuşdur. Sonuncu dəfə 14 may 2025-ci il tarixdə səhər saatlarında işdə olan vaxt Səmidxan kənd tam orta məktəbindən Azər müəllim ona zəng edərək oğlu Əlinin məktəbə getmədiyini bildirərək onu məktəbə göndərməyini tələb etmişdir. O, evə getmiş və Əlinin evdə olmadığını görmüşdür. Küçəyə çıxdıqdan sonra qonşu uşaqlardan Əlinin harda olduğunu soruşduqda uşaqlar ona bir saat əvvəl yolda gördüklərini bildirmişlər. O, Əlini tapa bilmədikdə işə qayıtmışdır. Həmin gün axşam saatlarında işdən çıxdıqdan sonra bir az spirtli içki qəbul edərək evə getmişdir. Evə çatdıqda Əlinin evdə olduğunu görmüş və nə üçün məktəbə getmədiyini soruşduqda Əli məktəbdə olduğunu bildirmişdir. O isə ona yalan danışdığı üçün yüksək səslə onu danlamağa başlamışdır. Həmin vaxt evdə olan qızı Nigar və arvadı Vüsalə onun Əlini döyəcəyini zənn edərək qarşına keçərək onunla mübahisə etməyə başlamışdır. O, onların ona olan belə rəftarından əsəbiləşərək əli ilə Vüsalənin sol qolunu sıxıb kənara itələmiş və evdən getmişdir. Sonradan məlum olmuşdur ki, Vüsalə onun brəsində Masallı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Etdiyi əməldən səmimi peşmandır, bir daha bu kimi əməllərə yol verməyib ailə üzvləri ilə daha mehriban rəftar edəcəkdir. Məhkəmədən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun əridir. Şəxs ilə təxminən 20 ildir ki evlidirlər və iki övladları var. Şəxsla əvvəllərdə aralarında mübahisələr olmuşdur. Buna səbəb Bəylərin spirtli içki aludəçisi və narkotik vasitə istifadəçisi olması, dəfələrlə evə sərxoş vəziyyətdə gələrək onun barəsində əxlaqsız fikirlər səsləndirməsi olmuşdur. Bəylər mütəmadi olaraq sərxoş vəziyyətdə gəlib evdə mübahisə yaratdığı üçün ali məktəbə hazırlaşan qızı Nigar Aslanovanın da, dərslərini oxumasına çətinlik yaradır. Sonuncu dəfə 14 may 2025-ci il tarixdə saat 20 radələrində evdə olan vaxt Bəylər sərxoş vəziyyətdə evə gələrək onun ünvanına nalayiq ifadələr işlədərək haqqında əxlaqsız fikirlər səsləndirdiyi üçün aralarında yaranan mübahisə zamanı yumruqla sol qoluna vurmuşdur. Həmin vaxt oğlu Əli onu sakitləşdirmək üçün araya girmişdir. Qızı Nigar isə DİN-in 102 xidmətinə zəng etdiyi üçün Bəylər evdən qaçıb getmişdir. Hadisə zamanı orada kənar şəxslər olmamışdır. Bəylər mütəmadi olaraq evdə dava salır, çılpaq vəziyyətdə qızının üzərinə gedərək, onları hədələyərək qorxu altında saxlayır. Tutulacağı halda isə onları öldürməklə hədələyir. Dəfələrlə əri barəsində şikayət etsə də, kənar təsirlər nəticəsində məcbur olub şikayəti geri götürmüşdür. Lakin o və uşaqları artıq Bəylərin təhdidlərindən, daimi qorxu altında olmaqdan yorulmuşlar. Onu törətdiyi əmələ görə bağışlamır. Ona görə də, barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin Masallı rayon şöbəsinin 15 may 2025-ci il tarixli 358 nömrəli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs sol bazu nahiyəsinin qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 14 may 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Masallı rayon Polis şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında göstərilən qaydada üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar və İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmiş şəxsi mütəmadi olaraq döyməsini, yetkinlik yaşına çatmayan övladlarını narahat etməsini, spirtli içki aludəçisi olmasını, hazırda özünün də, bildirdiyi kimi işləməməsini, işləmədiyi üçün də, cərimə ödəmək iqtidarında olmadığını nəzərə alaraq, İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 10 iyul 2025-ci il tarixdən, saat 12:20-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 10 iyul 2025-ci il tarixdən, saat 12:50-dən hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1626/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1626/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver