Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1627/2025 22.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, qərardan şikayət verən şəxs X2 iştirakı ilə X2 Masallı rayon Polis şöbəsinin Dövlət Yol polisi bölməsinin Yol patrul xidmətinin rəisi X8 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 02 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə müraciət edərək Masallı rayon Polis şöbəsinin Yol patrul xidmətinin polis mayoru X6 tərtib etdiyi TP seriyalı ******* nömrəli, 02 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs X4 şikayəti onunla əsaslandırmışdır ki, istifadəsində olan “VAZ 21214” minik markalı **-TH-*** dövlət qeydiyyat nömrəli avtomobili “RENT A CAR” avtomobillərin icarəyə verən şirkətdən götürmüşdür. İstifadə müddəti 19 iyun 2025-ci il tarixdən saat 19:00-dan 21 iyun 2025-ci il tarixədək saat 19:00-dək ona verilmişdir. Masallı rayonu H.Əliyev prospektində hərəkətdə olduğu zaman qırıq-qırıq xətt zolağından istifadə edərək dönmə manevrini etmiş və “Bazarstore” adlı mağazanın qabağında avtomobili saxladığı zaman arxasınca yol polisi xidməti maşını gəlmişdir. Maşından enmiş yol polisi əməkdaşı ona yol hərəkəti qaydalarının pozulması barədə xəbərdarlıq edərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Heç bir təqsiri olmadan ona belə qərar yazılmışdır. Odur ki, hesab edir ki, həmin əsassız olan qərar ləğv edilməlidir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X4 şikayəti müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Masallı rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndə göndərməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Masallı rayon Polis şöbəsinin nümayəndəsinini iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə işdə qərardan şikayət verən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı rayon Polis şöbəsinin Dövlət Yol polisi bölməsinin Yol patrul xidmətinin rəisi, polis mayoru X8 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 02 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 20 iyun 2025-ci il tarixdə, saat 15:12-də “VAZ 21214” minik markalı, **-TH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. - 027 nömrəli “RENT A CAR” şirkətinin yol vərəqəsindən görünür ki, “VAZ 21214” minik markalı, **-TH-*** dövlət nömrə nişanlı avtomobil sürücü X3 19 iyun 2025-ci il tarixdən saat 19:00-dan 21 iyun 2025-ci il tarixədək saat 19:00-dək Azərbaycan Respublikası ərazisində idarə edilməsi üçün verilmişdir. Məhkəmə X2 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün istinad etdiyi dəlillərini DVD diskdə olan görüntülərə və iş materiallarına əsasən həqiqətə uyğun olmayan və inzibati məsuliyyətdən boyun qaçırması üçün verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, DVD diskdə olan görüntüyə məhkəmə iclasında qərardan şikayət verən şəxsin iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, X4 “VAZ 21214” minik markalı **-TH-*** dövlət nömrəli qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu H.Əliyev prospektində hərəkətdə olduğu zaman irəlidə manevr edə bilmək üçün qırıq-qırıq xətt olmasına baxmayaraq üfüqi nişanlanma xəttinin tələbinə riayət etməyərək geriyə dönmə qaydasını pozmuşdur. Bununla bağlı X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair İXP seriyalı ******* nömrəli 20 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Masallı rayon Polis şöbəsinin polis mayoru X8 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 02 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. X1 TP seriyalı ******* nömrəli 02 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan 10 iyul 2025-ci il tarixdə şikayət verdiyindən qərardan şikayət vermə müddəti ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Masallı rayon Polis şöbəsinin Dövlət Yol polisi bölməsinin Yol patrul xidmətinin rəisi X8 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 02 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti təmin edilməsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1627/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1627/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver