Məhkəmə qərarları › İş №3(050)-163/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-163/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-163/2023 09.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayonu, Gəyəçöl kəndində qeydiyyat ünvanı olan (VÖEN **********) Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında 18 yanvar 2023-cü il tarixli, 00100-00160/23 nömrəli inibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayonu, Gəyəçöl kəndi ünvanında qeydiyyatda olan Şəxs MMC kommersiya fəaliyyəti ilə əlaqədar Niderlandda fəaliyyət göstərən “X3’’ şirkəti ilə 2019-08 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə bağlayıb dekorativ məqsədlər üçün yarpaqlar yükünü 1864.50 avro, ABŞ valyutasına nisbətdə 2053.80 ABŞ dolları qiymətinə sataraq 12 oktyabr 2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5255 sorğu nömrəli, Niderlandda fəaliyyət göstərən “X3” şirkəti ilə 2019-08 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə bağlayıb dekorativ məqsədlər üçün yarpaqlar yükünü 952 avro, ABŞ valyutasına nisbətdə 1051.79 ABŞ dolları qiymətinə sataraq 08 noyabr 2019-cu il tarixdə Bakı Bas Gömrük İdarəsində **********3656 sorğu nömrəli və Rusiya Federasiyasında fəaliyyət göstərən OOO “Buket” şirkəti ilə 1-08/21 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə bağlayıb dekorativ məqsədlər üçün güllər, canlı bitkilər yükünü 216 avro, ABŞ valyutasına nisbətdə 252.43 ABŞ dolları qiymətinə sataraq 23 avqust 20121-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********7646 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirməklə, gömrük bəyannaməsinin 37-ci qrafasında malların ‘konsiqnasiya sazişləri üçün keçirilən mallar” keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından Niderlandda fəaliyyət göstərən “X3” və Rusiya Federasiyasında fəaliyyət göstərən OOO “Buket” şirkətlərinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda **********5255, **********3656 və **********7646 sorğu nömrəli gömrük bəyannamələri üzrə ümumilikdə milli valyutaya nisbətdə 5708.63 manat təşkil edən 3358.02 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin və inzibati xəta haqqında ptorokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; İnzibati xəta haqqında 18 yanvar 2023-cü il tarixli, 00100-00160/23 nömrəli protokoldan görünür ki, Masallı rayonu, Gəyəçöl kəndi ünvanında qeydiyyatda olan Şəxs MMC kommersiya fəaliyyəti ilə əlaqədar Niderlandda fəaliyyət göstərən “X3’’ şirkəti ilə 2019-08 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə bağlayıb dekorativ məqsədlər üçün yarpaqlar yükünü 1864.50 avro, ABŞ valyutasına nisbətdə 2053.80 ABŞ dolları qiymətinə sataraq 12 oktyabr 2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5255 sorğu nömrəli, Niderlandda fəaliyyət göstərən “X3” şirkəti ilə 2019-08 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə bağlayıb dekorativ məqsədlər üçün yarpaqlar yükünü 952 avro, ABŞ valyutasına nisbətdə 1051.79 ABŞ dolları qiymətinə sataraq 08 noyabr 2019-cu il tarixdə Bakı Bas Gömrük İdarəsində **********3656 sorğu nömrəli və Rusiya Federasiyasında fəaliyyət göstərən OOO “Buket” şirkəti ilə 1-08/21 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə bağlayıb dekorativ məqsədlər üçün güllər, canlı bitkilər yükünü 216 avro, ABŞ valyutasına nisbətdə 252.43 ABŞ dolları qiymətinə sataraq 23 avqust 20121-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********7646 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirməklə, gömrük bəyannaməsinin 37-ci qrafasında malların ‘konsiqnasiya sazişləri üçün keçirilən mallar” keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından Niderlandda fəaliyyət göstərən “X3” və Rusiya Federasiyasında fəaliyyət göstərən OOO “Buket” şirkətlərinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda **********5255, **********3656 və **********7646 sorğu nömrəli gömrük bəyannamələri üzrə ümumilikdə milli valyutaya nisbətdə 5708.63 manat təşkil edən 3358.02 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. İşdə olan **********5255, **********3656 və **********7646 gömrük bəyənnamələrindən görünür ki, Şəxs MMC-nin direktoru X1 fəaliyyəti ilə əlaqədar Niderlandda fəaliyyət göstərən “X3’’ şirkəti ilə 2019-08 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə bağlayıb dekorativ məqsədlər üçün yarpaqlar yükünü 1864.50 avro, ABŞ valyutasına nisbətdə 2053.80 ABŞ dolları qiymətinə sataraq 12 oktyabr 2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5255 sorğu nömrəli, Niderlandda fəaliyyət göstərən “X3” şirkəti ilə 2019-08 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə bağlayıb dekorativ məqsədlər üçün yarpaqlar yükünü 952 avro, ABŞ valyutasına nisbətdə 1051.79 ABŞ dolları qiymətinə sataraq 08 noyabr 2019-cu il tarixdə Bakı Bas Gömrük İdarəsində **********3656 sorğu nömrəli və Rusiya Federasiyasında fəaliyyət göstərən OOO “Buket” şirkəti ilə 1-08/21 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə bağlayıb dekorativ məqsədlər üçün güllər, canlı bitkilər yükünü 216 avro, ABŞ valyutasına nisbətdə 252.43 ABŞ dolları qiymətinə sataraq 23 avqust 20121-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********7646 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirmişdir. X2 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2022-ci il tarixdə alınmış məlumata əsasən "xxxx" MMC xx.xx.2017-ci il tarixdən 01.05 2022-ci il tarixə qədər rəsmiləşdirilən 3 gömrük bəyannaməsi üzrə 3358.02 ABŞ dolları məbləğində vəsait hesabatda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1 və 12.2-ci bəndlərinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan 3358,02 ABŞ dolları məbləğinin otuz faizi miqdarında, yəni 1007,4 ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar