Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1630/2025 11.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1989-cu il tarixdə Masallı rayonu, Məmmədrzaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 8 yaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Məmmədrzaküçə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 11 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Rəcəbov X2 Rayon Məhkəməsinin e-2(050)-3280/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-914/2025 nömrəli, 13 mart 2025-ci il tarixli və Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-4977 nömrəli 27 mart 2025-ci il tarixli icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin e-2(050)-3280/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 1611,20 manat əsas borc, 244,19 manat faiz borcu, cəmi 1855,39 manat borc və 38,55 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-914/2025 nömrəli, 13 mart 2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixli 264/23 saylı allqı-satqı müqaviləsinə əsasən 452,34 (dörd yüz əlli iki manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində dəbbə pulu və çəkilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Mətanət-A” şirkətinə ödənilməlidir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisin 8İ-4977 nömrəli 27 mart 2025-ci il tarixli icra qeydinə əsasən Zərərçəkmiş şəxs xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 19000 manat tutulmalıdır. 07 iyul 2025-ci il tarixli qərarla Rəcəbov X2 Rayon Məhkəməsinin e-2(050)-3280/2024 nömrəli, 28 oktyabr 2024cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-914/2025 nömrəli, 13 mart 2025-ci il tarixli və Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-4977 nömrəli 27 mart 2025-ci il tarixli icra sənədlər ümumi icraata birləşdirmişdir. Borclu şöbəyə dəvət olunmuş izahatında imkanı olmadığı üçün borcu ödəyə bilmədiyini bildirmişdir. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, borcunu ödəmədiyi halda əvvəl inzibati, sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə icra məmuru ona xəbərdarlıq etmişdir. O, santexnik malların satışı ilə məşğul olur, əvvələr qazancı yaxşı olmuş, lakin indi sadəcə icarə haqqını ödəməyə imkanı olur. 2025-ci ilin sonundan hissə-hissə ödəməyə başlayacaq. İlin sonunadək vaxtın verilməsini xahiş edir. Əgər həbs olunsa işi olmayacaq. Məhkəmədən ona cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə borcunu ödəmədiyi halda Şəxs həbs olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı Rayon Məhkəməsinin e-2(050)-3280/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 1611,20 manat əsas borc, 244,19 manat faiz borcu, cəmi 1855,39 manat borc və 38.55 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-914/2025 nömrəli, 13 mart 2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2023-cü il tarixli 264/23 saylı allqı-satqı müqaviləsinə əsasən 452,34 (dörd yüz əlli iki manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində dəbbə pulu və çəkilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Mətanət-A” şirkətinə ödənilməlidir. - Masallı Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-4977 nömrəli 27 mart 2025-ci il tarixli icra qeydindən görünür ki, Zərərçəkmiş şəxs xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 19000 manat tutulmalıdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 28 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin e-2(050)-3280/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 05 may 2025-ci il tarixli qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-914/2025 nömrəli, 13 mart 2025-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 04 aprel 2025-ci il tarixli qərarından görünür ki, Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-4977 nömrəli 27 mart 2025-ci il tarixli icra qeydi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin 07 iyul 2025-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin e-2(050)-3280/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-914/2025 nömrəli, 13 mart 2025-ci il tarixli və Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisin 8İ-4977 nömrəli 27 mart 2025-ci il tarixli icra sənədləri ümumi icraata birləşdirilmişdir. - Şəxs 07 iyul 2025-ci il tarixli izahatından görünür ki, Masallı Rayon Məhkəməsinin e-2(050)-3280/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-914/2025 nömrəli, 13 mart 2025-ci il tarixli və Masallı Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-4977 nömrəli 27 mart 2025-ci il tarixli icra sənədləri barədə xəbəri vardır, icra sənədi üzrə borcu ödəməyə heç bir maddi imkanı yoxdur, barəsində əvvəl inzibati, sonradan cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. - Şəxs 11 iyul 2025-ci il tarixli izahatından görünür ki, Masallı Rayon Məhkəməsinin e-2(050)-3280/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-914/2025 nömrəli, 13 mart 2025-ci il tarixli və Masallı Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-4977 nömrəli 27 mart 2025-ci il tarixli icra sənədləri barədə xəbəri vardır, icra sənədi üzrə borcu ödəməyə heç bir maddi imkanı yoxdur, barəsində əvvəl inzibati, sonradan cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlini etiraf etməsini və səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, halhazırda işləyərək ödəniş etmək istəməsini nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1630/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1630/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver