Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1631/2025 11.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində Masallı şəhərində küçədə ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 11 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutulan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində Masallı Rayon Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkilləri, polis kapitanı Nüsrət Nüsrətbəyli, polis leytenantı Ramil Qasımov, polis leytenantı Cavidan Əhədli və polis baş leytenantı İbrahim Qurbanov birlikdə Masallı şəhəri ərazisində baş vermiş oğurluq hadisələrini törətmiş şəxslərin müəyyən edilməsi üçün, eyni zamanda da qabaqlayıcı-profilaktiki tədbirlər həyat keçirmişlər. Bu zaman Bəşirov X7 şəhəri M.F.Axundov küçəsində onlara yaxınlaşaraq xidməti fəaliyyətlərinə maneə olmuşdur. Şəxs uca səslə nalayiq ifadələr işlətmiş, ətrafdakı insanların diqqətini üzərinə çəkmişdir. Polis əməkdaşları dəfələrlə etdiyi əməlin hüquqazidd davranış olduğunu bildirərək onu nizamintizama dəvət etmişlər. Buna baxmayaraq Şəxs polis əməkdaşlarına məhəl qoymamış, öz hüquqazidd davranışlarını davam etdirmişdir. Etdiyi hüquqzidd əməllərinə görə Bəşirov X7 Rayon Polis şöbəsinə gətirilmiş, əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan barəsində protokol tərtib edilərək, məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı şəhər, R.Axundov küçəsində 4 nəfər tanımadığı kənar şəxsləri görmüş, onlara yaxınlaşmışdır. Həmin şəxslərə küçədə nə ilə məşğul olduqlarını soruşmuş, onlardan biri polis əməkdaşları olduqlarını bildirmişdir. O, polis əməkdaşlarına küçələrində niyə durduqlarını, “kimisə tutmağa gəlmələrini” bildirmişdir. Aralarında mübahisə yaranmış, o söyüş söyməyə başlamışdır. Həmin vaxt ətrafda kişilər və qadınlar olmuşdur. Onların diqqətini üzərinə çəkmişdir. Polisin qanuni əmrinə tabe olmamışdır. Əməlindən peşmandır. Bir daha belə səhvlərə yol verməyəcəkdir. Vətən müharibəsi iştirakçısıdır, medalları vardır. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili polis leytenantı X4 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 14:30 radələrində Masallı Rayon Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkilləri, polis kapitanı Nüsrət Nüsrətbəyli, polis leytenantı Ramil Qasımov və polis baş leytenantı İbrahim Qurbanovla birlikdə Masallı şəhəri ərazisində baş vermiş oğurluq hadisələrini törətmiş şəxslərin müəyyən edilməsi üçün, eyni zamanda qabaqlayıcı-profilaktiki tədbirlər həyat keçirmişlər. Bu zaman Bəşirov X7 şəhəri M.F.Axundov küçəsində onlara yaxınlaşaraq niyə küçədə dayandıqlarını soruşmuşdur. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirən zaman Araz onlara küçədən getmələrini bildirmişdir. Onlar polis əməkdaşları olduqlarını, bu cür hərəkətlərini yığışdırımasını tələb etmişlər. Lakin Şəxs kobudluq etmiş, burada “kimisə yükləməyə gəlmisiz” demiş və onlara qarşı kobud ifadələr işlətmişdir. Əməliyyat müvəkkili N.Nüsrətbəyli Şəxs etdiyi hüquqazidd davranışına son qoymasını tələb etmiş, lakin Şəxs təxminən 10-15 dəqiqə hüquqazidd davranışlarını davam etdirmişdir. Bu səbəbdən o, polis şöbəsinə gətirilmiş və törətdiyi əmələ görə aidiyyəti üzrə məruzə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili polis leytenantı X3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 14:30 radələrində Masallı Rayon Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkilləri, polis kapitanı Nüsrət Nüsrətbəyli, polis leytenantı Ramil Qasımov və polis leytenantı Cavidan Əhədli birlikdə Masallı şəhəri ərazisində baş vermiş oğurluq hadisələrini törətmiş şəxslərin müəyyən edilməsi və eyni zamanda qabaqlayıcı-profilaktiki tədbirlər həyat keçirmişlər. Bu zaman Bəşirov X7 şəhəri M.F.Axundov küçəsində onlara yaxınlaşaraq kim olduqlarını və niyə küçədə dayandıqlarını soruşmuşdur. Onlar polis əməkdaşları olduqlarını bildirmişlər. Şəxs isə “oğrunu başqa yerdə axtarın” “kimisə yükləyəcəksiz” ifadəsini işlətmişdir. Araza gedib işi ilə məşğul olması bildirilmiş, o, bundan sonra uca səslə nalayiq ifadələr işlətmişdir. Onlar Şəxs etdiyi hüquqazidd davranışına son qoymasını tələb etmiş, lakin Şəxs təxminən 10-15 dəqiqə hüquqazidd davranışlarını davam etdirmişdir. Bu səbəbdən o, polis şöbəsinə gətirilmiş və törətdiyi əmələ görə aidiyyəti üzrə məruzə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili polis kapitanı X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində Masallı Rayon Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkilləri, polis leytenantı Ramil Qasımov, polis leytenantı Cavidan Əhədli və polis baş leytenantı İbrahim Qurbanovla birlikdə Masallı şəhəri ərazisində baş vermiş oğurluq hadisələrini törətmiş şəxslərin müəyyən edilməsi ilə yanaşı eyni zamanda qabaqlayıcı-profilaktiki tədbirlər həyat keçirmişlər. Onlar mülki geyimdə olduqları üçün həmin şəxs onlardan kim olduqlarını soruşduqda ona polis əməkdaşları olduqlarını bildirmişlər. Lakin Şəxs “gedin oğrunu başqa yerdə axtarın”, “kimisə yenə yükələməyə gəlmisiniz” şəklində ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs etdiyi hüquqazidd davranışına son qoymasını tələb etmiş, lakin Şəxs təxminən 10-15 dəqiqə hüquqazidd davranışlarını davam etdirmişdir. Bu səbəbdən o, polis şöbəsinə gətirilmiş və törətdiyi əmələ görə aidiyyəti üzrə məruzə edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində 11 iyul 2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Elektron çıxarışdan görünür ki, Şəxs vətən müharibəsində iştirakına görə 80 manat müavinət alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri protokolu tərtib etmiş səlahiyətli şəxsin izahatı, özünün etirafı, habelə işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisə qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs kənar şəxslərin eşidəcəyi tərzdə uca səslə ünvansız nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bundan başqa onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını və vətən müharibəsi iştirakçısı olması məsuliyyətini yüngülləşdirən halları kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xətanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallarını, ağırlaşdıran hallarının olmamasını və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azəraycan Respublikası İXM-nın 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati həbs etmənin əvvəli 11 iyul 2025-ci il tarixdən saat 18:36-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Bəşirov X7 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1631/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1631/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver