Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1635/2023 26.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2002-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı şəhəri, Hakimiyyət küçəsi, ev 5-də yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 26 sentyabr 2023-cü il tarixdə ucadan ünvansız söyüş söyməklə ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə Masallı RPŞ-in əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq idarə etdiyi avtomobil müvəqqəti mühafizə olunan duracağa yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə gedərək avtomaşınının duracağa yerləşdirilməsi ilə bağlı polis əməkdaşları ilə mübahisə etmişdir. Mübahisə zamanı əsəbləşdiyindən ucadan nalayiq söyüşlər söymüşdür. Bu zaman polis əməkdaşları etdiyi hərəkətlərin ictimai qaydanın pozulmasına səbəb olduğunu bildirərək onu sakitləşdirməyə çalışmışlar və nizam-intizama dəvət etmişlər. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Hazırda tutduğu əməldən peşmandır. Etdiyi əmələ görə üzür istəyir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:50-də, Masallı şəhəri Bakı prospektində, şəhid dəfni tədbiri zamanı, VAZ 21013 markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü görünməni məhdud edən qara rəngli kustar üsulla hazırlanmış örtük quraşdıraraq və texniki nasaz vəziyyətdə avtomaşını idarə edərək tədbirin qarşısında hərəkət edib maneəçilik etdiyi üçün saxlanılaraq RPŞ-nin müvəqqəti mühafisə olunan duracağına yerləşdirilmişdir. Sürücü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 342.2.4 və 342.5 maddələri ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 09:50-də Şəxs RPŞ-nin inzibati binasına gələrək həyətyanı sahəsində ona yaxınlaşıb avtomaşını müvəqqəti mühafizə olunan duracağına yerləşdirməsinin səbəbindən onu və Masallı RPŞnin DYPB- nin YPX-nin inspektoru polis baş serjantı Azər Rəcəblini uca səslə nəlayiq küçə söyüşləri ilə təhqir edərək içtimayyətin diqqətini özünə cəlb edib onların haqlı narazılığına səbəb olmağa başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsələr də o, onların qanuni tələblərinə məhəl qoymayaq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X2 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Ramil Mirzəyev tərəfindən 26 sentyabr 2023-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə və qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 112, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 26 sentyabr 2023-cü il tarixdən, saat 17:55dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Eyvazov X1 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1635/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1635/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver