Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1636/2024 15.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Hakim köməkçisi Rzayev Azər Şəmsəddin oğlunun katibliyi, Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Masallı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Şəxs Masallı Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(050)-196/2024 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclası zamanı Masallı rayon İcra və Probasiya Şöbəsinin məmuru X7 izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(050)- 196/2024 saylı icra sənədinə əsasən Şəxs 27 oktyabr 2023-cü il tarixdən başlayaraq 17 iyun 2011-ci il təvəllüdlü X3, 04 aprel 2014-cü il təvəllüdlü X1 və 15 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 100 (bir yüz) manat, üç uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qərara alınmışdır. Qeyd olunan icra vərəqəsi Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. Borclu Şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməyib məhkəmə qərarının icrasını təmin etməyərək üzərində olan borcunu ödəməmişdir. Həmçinin Şəxs çağırışlara gəlmədiyi üçün barəsində axtarış qərarı qəbul edilmiş və o, bu gün tapılaraq onlara təhvil verilmişdir. Hal-hazıradək borclu tərəfindən tələbkarın xeyrinə 3000 manat aliment borcundan 300 manat ödənilmişdir. Göründüyü kimi borclu icra vərəqəsinin icrasını təmin etməyərək icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, maddi imkanı olmadığına görə hal-hazıradək aliment borcunu tam ödəyə bilməmişdir. Lakin, buna baxmayaraq uşaqlarının digər maddi təlabatını ödəmişdir. Ona vaxt verilərsə borcunun bir qismini ödəyəcəkdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 15 avqust 2024-cü il tarixli MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 15 avqust 2024-cü il tarixdən saat 11:50-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-1636/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1636/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver