Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1637/2024 15.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Masallı rayonu, Səmidxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, subay, orta təhsilli, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə barəsində tərtib edilmiş protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-593/2023 saylı icra sənədinə əsasən 03 dekabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddaçı Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X6 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-593/2023 saylı icra sənədi xx.xx.2023-cü il tarixdə icra və probasiya şöbəsiin icraatına daxil olmuş, borcun ödənilməsi ilə bağlı Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədi üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində İXM-nin 528.1-ci maddəsinə ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilsə də, lakin Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, bundan sonra Şəxs aybaay ödənişlər etməyə başlamışdır. Hazırda icra sənədi üzrə borclunun 1470 manat ödənilməmiş borcu qalmışdır. Tələbkar Zərərçəkmiş şəxs oğlu isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu icra sənədi üzrə borcun 570 manat məbləğini tələbkara ödəmək istəsə də, lakin tələbkar qeyd edilən pulu qəbul etməmiş, borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu icra şöbəsinə çağırıldıqdan sonra gələrək özünü təqdim etmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-593/2023 saylı icra sənədindən məlumatlıdır. Maddi imkanı olmadığı üçün icra sənədi üzrə yaranmış aliment borcunu birdəfəlik ödəyə bilməmişdir. İcra sənədinin icrasından yayınmamış, aybaay ödəniş etmişdir. Hazırda icra sənədi üzrə 1470 manat ödənilməmiş aliment borcu vardır. Həmin borcdan hazırda 570 manat tələbkara ödəmək iqtidarındadır, qalan borc məbləğini isə yaxın vaxtlarda ödəyə bilər. 570 manat aliment borcunu tələbkara təklif etsə də, lakin o, imtina etmiş, borcu tam şəkildə tələb etdiyinə görə icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhəkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 593/2023 saylı icra sənədi üzrə aliment borcunu hər ay ödəsə də, lakin tam şəkildə ödəniş etməmiş, mütəmadi gecikmələr etmişdir. Borcun tam şəkildə ödənilməsi üçün Şəxs maddi imkanı olsa da, lakin qərəzli olaraq uşağın alimetini ödəməkdən yayınır. Hazırda ona borcundan 570 manat ödənilməsi təklif edilsə də, lakin borclunun təklifini qəbul etməmiş, borcun tam şəkildə ödənilməsini istəyir. Borclu ya alimenti tam şəkildə ödəsin, ya da ödəmədiyi təqdirdə inzibati qaydada həbs olunsun. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-593/2023 saylı icra sənədinə əsasən 03 dekabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddaçı Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, borclu Şəxs icra sənədi üzrə üzrə aliment borcundan hər ay müəyyən məbləğlərdə ödəniş etmiş, lakin tam şəkildə ödəniş etməmişdir. Lakin hazırda icra sənədi üzrə üzrə borclu 1470 manat ödənilməmiş aliment borcundan 570 manatı icas zamanı ödəmək iqtidarında olduğunu, gələn aylardan isə hər ay artıqlaması ilə aliment borcunu ödəməyə söz vermişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin maddədə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz qərəzli olaraq icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuş, Şəxs isə aliment borcundan hər ay müəyyən məbləğdə ödəniş etməklə, hazırda 570 manatını tələbkara ödəmək istədiyini bildirməsi onu göstərir ki, Şəxs qərəzli formada məhkəmə qətnaməsini icra etməmək niyyəti olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən səbəblərdən məhkəmə araşdırması zamanı borclu X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1637/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1637/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver