Məhkəmə qərarları › İş №3(050)-1638/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1638/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1638/2024 05.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən Nəvəfov (Namazov) Təhmasib İlqar oğlu barədə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Nəvəfov (Namazov) Təhmasib İlqar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmiş ona görə ki, 12 avqust 2024-cü il tarixdə “HYUNDAİ AZERA” minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddənin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəvəfov (Namazov) Təhmasib İlqar oğluna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında işitirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə inzibati xəta törədən şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o, hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Azərbaycan Respublikası DİN BDYPİ-nin Yol-Patrul Xidməti Alayına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, Nəvəfov (Namazov) Təhmasib İlqar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin adı 12 avqust 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda və iş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsində Nəvəfov (Namazov) Təhmasib İlqar oğlu göstərilsə də, həmin şəxsin fərdi məlumatlarında onun adı Nəvəfov (Namazov) Təhmasib İlqar oğlu kimi qeyd edilmişdir. Həmin şəxsin soyadının dəqiq Nəvəfov və ya Namazov olması ilə bağlı iş materiallarına hər hansı bir sənəd qoyulmamışdır. Qeyd edilən ziddiyyətlər səbəbindən hazırda inzibati xəta haqqında materiala baxmaq mümkün deyil, təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün məhkəmə hesab edir ki, Nəvəfov (Namazov) Təhmasib İlqar oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Odur ki, Nəvəfov (Namazov) Təhmasib İlqar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə olan inzibati protokol və protokola əlavə edilmiş sənədlər Masallı Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Nəvəfov (Namazov) Təhmasib İlqar oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar