Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-164/2025 30.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı rayon Yol patrul xidməti inspektoru polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1990-cı ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 10 yanvar 2025-ci il tarixdə saat 22:37 radələrində Masallı rayonu Böyük Xocavar kəndi ərazisində idarə etdiyi “Mercedes benz E230 minik” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılmış bu zaman sürücü sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibbi müayinəyə aparılmış, lakin o tibbi müayinədən keçməkdən imtina etmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, dayısı gilə getmişdir. Dayısı gildə olduğu zaman xalası oğluna bildirmişdir ki, əliboş qonaq gəlmələri ayıbdır, gedib bir neçə şey alsın. Dayısıgilin evinin pilləkənlərində xalası oğlunu gözlədiyi zaman özünə məxsus olan avtomobilin gurultu ilə dayandığını, tıppıltı səsini eşitmiş və polis maşınının işıqlarının yandığını görmüşdür. Bu zaman polis əməkdaşlarından biri həyətə daxil olmuşdur. Əgər o, qaçası olmuş olsaydı o zaman polis əməkdaşlarının üzərinə getməzdi. O, polis əməkdaşını görüb nə olduğunu soruşmuş, bu zaman polis əməkdaşı ona yaxın gəl deyib onun yaxasından tutaraq dartaraq çölə çıxarmış və ona “içkilisən niyə maşın sürüb qaçırsan” demişdir. Oda cavabında “əgər içkiliyəmsə göstər mənə, əgər mənəmsə hara deyirsən getək, amma mən deyiləm” demişdir. Həmin polis əməkdaşının yanında olan digər bir Emin adında olan polis əməkdaşı ona demişdir ki, gəl avtomobilin sağ ön oturacağında otur demişdir. O, keçib polis maşınının ön oturacağında oturmuş bu zaman polis əməkdaşı ondan 200 manat pul istəmişdir. Həmin vaxt cibində 150 manat pul olmuş və o, həmin 150 manat pulu polis maşınında qoyub maşından düşmüşdür. Maşından düşdüyü zaman isə oraya başqa bir polis maşınının gəldiyini görmüşdür. Bu zaman Emin adlı polis əməkdaşı ona pul götürməsini, avtomobili idarə edən şəxsin onun olduğunu və onu polis şöbəsinə aparacağını bildirmişdir. O, isə polis əməkdaşlarına avtomobili onun idarə etmədiyini, avtomobili idarə edən şəxsin qaçdığını bildirmişdir. Lakin polis əməkdaşları onu dinləməmişlər. Bundan sonra polis əməkdaşları onu məcburi şəkildə polis maşınına oturtmuşlar. Həmin vaxt boynunda olan sep qırılıb düşmüş, və ona məxsus sep itmişdir. Polis əməkdaşları onun sepini axtarıb tapmamışlar belə. Polis əməkdaşları onu maşına mindirdikdən sonra rayon polis şöbəsinə gətirmişlər. Şöbədə olduğu zaman Azər adlı polis əməkdaşı ona dostlarına zəng edib 50 manatda gətizdirməsini və alkotestr müayinəsindən keçməsini bildirmişdir. O, isə Azərə “nəyə görə müayinədən keçim, içkili mənə, məni görmüsüz, əgər mənəmsə ufurum alkotestrə” demişdir. Daha sonra o, polis əməkdaşlarına həkimə getməyi təklif etmiş və polis maşınının qapısını açıb maşına əyləşmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə Lənkəran rayonunda yerləşən xəstəxanaya gəlmişlər. Xəstəxanaya çatdıqları zaman bir nəfər şəxsin qara rəngli paltarda pilləkənləri düşərək onlara tərəf gəldiyini görmüş və həmin şəxs onlara çatdığı zaman o, həmin şəxsdən həkim olduğunu soruşmuş, həmin şəxsdə həkim olduğunu bildirmişdir. O, isə həmin şəxsə əynində ağ xalatının olmadığı, həkimdirsə vəsiqəsini göstərməsini bildirmiş və hansı əsasa ondan müayinə götürdüyünü soruşmuşdur. Daha sonra otaqda ona qarşı təziq göstərmişlər. Sonra isə onu otaqdan karidora çıxarmışlar. Özləri isə həkim adlandırdıqları şəxslə otaqda qalmışlar. O, özünə qarşı təziqlər olduğunu görüb xəstəxanadan qaçmışdır. Mobil telefonu ona səhəri gün axşam verilmişdir. O, həmin günü sərxoş olmamış və sərxoş halda avtomobil idarə etməmiş, ümumiyyətlə həmin vaxt avtomobili o, idarə etməmişdir. Əgər bununla bağlı görüntülər varsa təqdim olunmasını tələb edir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı rayon Yol patrul xidməti inspektoru polis serjantı X2 məhkəmə iclasında göstərdi ki, onlar Şəxs Lənkəran rayonunda yerləşən narkoloji xəstəxanaya aparmışlar, lakin Bəhruz orada alkotestr müayinəsindən keçməkdən imtina etmişdir. Özünündə dediyi kimi xəstəxanada olan həkimə “sən hardan gəlmisən, sənəd təqdim elə” demişdir. Onlar Bəhruzdan pul istəməmişlər, onlar ona maşının arxa oturacağında oturmasını bildirmişlər, lakin o, ön sərnişin oturacağında oturacağını bildirmişdir. Daha sonra Şəxs əvvəlcə cibindən 50 manat çıxarıb maşına qoymuş, daha sonra 20 manat, sonda isə guya üzərində olan pulların hamısını çıxarırmış 84 manat sayıb maşında qoymuşdur. Onlar isə onu alkotestr müayinəsindən keçirməyə çalışmışlar. Alkotestr müayinəsindən keçməmişdir. Daha sonra həmin şəxsi xəstəxanaya aparmışlar, lakin oradada etiraz edərək müayinədən keçməmişdir. Oki, qaldı Şəxs saxlanılma məqsədinə o olmuşdur ki, sürücü ötmə əməliyyatının qadağan olduğu ərazisə ötmə əməliyyatı etmişdir. Bu səbəbdən də ona dayanması üçün işarə edib onu saxlamışlar. Sürücü maşını saxladıqdan sonra maşının sol tərəfindən sürücü oturan hissədən bir nəfər şəxs düşüm qaçaraq darvazadan həyətə daxil olmuşdur. O, bunu vizual şəkildə görmüşdür. Eləcədə Şəxs sükan arxasındada görmüşdür. Sürücü düşüb qaçdıqdan sonra oda düşüb sürücünün ardınca qaçmışdır ki, qapını açsın, görmüşdür ki, qapını açan kimi Bəhruz özü gəlir, o isə darvazadan içəri girməmişdir. Sürücü darvazadan çıxdıqdan sonra onlar onu mobil telefon vasitəsi ilə kameraya çəkmişlər və həmin vaxt sürücü bildirir ki, dayısı xəstə olduğu üçün bura gəlmişdir. Lakin Bəhruz ifadə verdiyi zaman qeyd etmişdir ki, o, dayısı gildə olmuş və mağazadan müəyyən şeylər alması üçün xalası oğlunu göndərmiş, xalası oğluda onun avtomobilini idarə etmişdir. Eləcədə Bəhruz özü onlara təklif etmişdir ki, işini yoluna qoysunlar. İşə əlavə olunmuş Masallı rayon Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib olunmuş 10 yanvar 2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs 10 yanvar 2025-ci il tarixdə saat 22:37 radələrində Masallı rayonu Böyük Xocavar kəndi ərazisində idarə etdiyi “Mercedes benz E230 minik” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılmış bu zaman sürücü sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibbi müayinəyə aparılmış, lakin o tibbi müayinədən keçməkdən imtina etmişdir. İşə əlavə olunmuş 10 yanvar 2025-ci il tarixli, 000067 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Şəxs tibbi müyinədən imtina etmişdir. İşə əlavə olunmuş Masallı rayon Yol patrul xidmətinin əməkdaşları tərəfindən təqdim olunmuş mobil telefon vasitəsi ilə aparılmış video çəkilişdən görünür ki, Şəxs dayısı xəstə olduğundan, şəkəri qalxdığı üçün dayısı gilə gəldiyini, qaçmadığını, anasının zəng vuraraq dayısına nəsə olduğunu bildirdiyini, çox içmədiyini, içki içdiyini, qaçmadığını, anası zəng edib dayısına nəsə olduğunu dediyi üçün dayısı gilə gəldiyini bildirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətmiş olduğu əməli etiraf etməsə də, onun həmin əməli törətməsi iş üzrə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla, təqdim olunmuş video görüntülər, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-164/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-164/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver