Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1642/2023 23.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1987-ci ildə Masallı rayonu, Yeddioymaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, 2 azyaşlı uşağı olan, İİ dərəcəli əlil, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 29 avqust 2023-cü il tarixdə saat 13 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin sahə rəisi, X2 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə RPŞ-yə ərizə ilə müraciət edərək, Şəxs tərəfindən döyüldüyünü göstərmişdir. Aparılmış araşdrmsa zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Masallı rayonu, Birinci Yeddioymaq kəndində yaşayan Şəxs, Şahid2 qonşusu Zərərçəkmiş şəxs ilə aralarında mülklə bağlı mübahisə yaranmışdır. Mübahisə zaman Zərərçəkmiş şəxs qonşusu Şahid2 sağ çiyin nahiyədinə bel ilə ilə qəsdən vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Eyni zamanda Şəxs qonşusu Zərərçəkmiş şəxs sağ bazu nahiyəsinə bel ilə ilə qəsdən vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Araşdırmanın nəticəsində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsindən ötrü protokollar tərtib edilərək, məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, Zərərçəkmiş şəxs qonşuluqda yaşayır. Onun Zərərçəkmiş şəxs ilə aralarında ədavəti və düşmənçiliyi olmamışdır. O, yaşadığı Masallı rayonu, İ Yeddioymaq kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus olan yaşadığı evin həyətyanı torpaq sahəsinə bitişik olan ərazidən rəsmi olaraq 0,4 ha sot torpaq sahəsini dövlətdən almışdır. Həmin torpaq sahəsinə onun sənədləri olsa da, Zərərçəkmiş şəxs onun və digər ailə üzvləri ilə mütəmadi mübahisələr yaratdmışdır. Bu səbəbdən uzun müddətdir narazılıqları davam etməkdədir. xx.xx.2023-cü il tarixdə özünə məxsus olan həyətyanı torpaq sahəsində dəmir hasar çədiyi vaxtda onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ona məxsus olan torpaq sahəsinə gəlmiş, mübahisə edərək, hasar çəkmək istədiyi vaxtda Zərərçəkmiş şəxs onunla sözlə mübahisə edərək, ona məxsus olan torpaq sahəsinə hasar çəkməyini icazə verməyəcəyini bildirmişdir. Həmin vaxt aralarında sözlə mübahisə yaranmışdır. Aralarında yaranmış mübahisə zamanı o, Zərərçəkmiş şəxs döyməmişdir. Zərərçəkmiş şəxs RPŞ-yə ərizə ilə müraciət edərək, döyüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs onun barəsində etdiyi müraciət şər və böhtan xarakterlidir. Baş vermiş mübahisə zamanı orada Şahid2, Şahid1, Şahid3 olmuş, mübahisə vaxtı Zərərçəkmiş şəxs qardaşı Şahid2 döyüb xəsarət yetirmişdir. Aralarında yaranmış mübahisə 3-5 dəqiqə davm etmişdir. Sonda Şəxs heç bir inzibati xəta törətmədiyini, bildirib barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Masallı rayonu, İ Yeddioymaq kəndi ərazisində yerləşən özünə məxsus olan fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Şahid2 və Şəxs onunla qonşuluqda yaşayır. Onun Şahid2 və qardaşı Şəxs ilə aralarında ədavəti və düşmənçiliyi olmamışdır. Şahid2 və qardaşı Şəxs ilə aralarında mülklə bağlı mübahisə olmuşdur. Masallı rayonu, Birinci Yeddioymaq kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə qonşuluqda boş torpaq sahəsi var. Həmin torpaq sahəsi ilə bağlı qonşusu Şahid2lə bir neçə dəfə mübahisələri olmuşdur. xx.xx.2023cü il tarixdə saat 13 radələrində yaşadığı kəndin ərazisində yerləşən ona məxsus olan həyətinə bitişik olan ərazini Şahid2 sənədləşdirmək istədikdə aralarında mülklə bağlı mübahisə yaranmışdır. Aralarında yaranmış mübahisə zamanı Şəxs əlindəki bel ilə onun baş nahiyəsinə bir dəfə qəsdən vurmuşdur. Həmin vaxt Şahid2 isə onun sağ qolundan tutaraq itələmişdir. Aralarında yaranmış mübahisə 3-5 dəqiqə davam etmişdir. Sonda Zərərçəkmiş şəxs Şəxs müvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında gstərdi ki, Şəxs qardaşı, Zərərçəkmiş şəxs isə qonşusudur. Zərərçəkmiş şəxs ilə aralarında uzun müddətdir ki, torpaq sahəsi ilə mübahisləri var. xx.xx.2023-cü il tarixdə 11 radələrində yaşadığı Masallı rayonu, 1-ci Yeddioymaq kəndi ərazisində qardaşı Şəxs adına olan 0,04 ha torpaq sahəsini qardaşı Şəxslə birlikdə hasara alınması qərarına gəlmişlər. Həmin vaxt qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ona və qardaşı Şəxs yaxınlaşaraq onlarla mülklə bağlı mübahisə etmişdir. Həmin vaxt aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlindəki bel ilə onun sağ çiyin nahiyəsinə zərbə ilə bir dəfə vurmuşdur. Həmin vaxt qardaşı Şəxs onlara yaxınlaşaraq onları sakitləşdirmişdir. Sadət Qasımovanı mübahisə vaxtı heç kim vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında göstərdi ki, Şəxs bacısı əri, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. Anarla Səadət arasında torpaq sahəsi ilə bağlı mübahisə var. xx.xx.2023-cü il tarixdə o, Anarın özünə məxsus olan həyətyanı torpaq sahəsində dəmir hasar çədiyi üçün onlara kömək etmək üçün getmişdir. Torpaq sahəsini çəpərə aldıqları vaxt qonşuluqda yaşayan Zərərçəkmiş şəxs torpaq sahəsinə gələrək Anar və onun qardaşı Ruslanla mübahisə etməyə başlamış, mübahisə zamanı Zərərçəkmiş şəxs əlindəki bellə Ruslanın çiyin nahiyəsindən vurmuş, Şəxs mübahisəni sakitləşdirmşdir. Hadisə yerində Zərərçəkmiş şəxs heç kim vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni mızmunlu izahat verərək Şahid3 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X3” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 830 saylı rəydə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs sağ bazu nahiyəsinin qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 29 avqust 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 21 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in polis mayoru Rəhim İbrahimov tərəfindən 25 sentyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs Zərərçəkmiş şəxs döyməsi və sair zorakı hərəkətlərlə qəsdən ona fiziki ağrı yetirməsi sübuta yetirlməmişdir. Bunu yalnız zərərçəkmiş şəxs iddia edir. İşdə olan sübutlarla və işin araşdırılması zamanı isə həmin hal təsdiqini tapmır. Zərərçəkmiş şəxs hadisədən sonra sağlamlığa zərərvurmayan xəsarət olması o, demək deyil ki, bu Şəxs əməli nəticəsində yaranmışdır. Beləliklə məhkəmə inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə gəlinmiş nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1642/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1642/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver