Məhkəmə qərarları › İş №3(050)-1643/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1643/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1643/2023 27.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1965-ci ildə Masallı rayonun doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 29 avqust 2023-cü il tarixdə saat 13 radələrində X1 çiyin nahiyəsinə bel ilə vuraraq ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Masallı rayonu Yeddioymaq kəndi ərazisində yaşayan X8 və Zərərçəkmiş şəxs Evyaz oğlu onun qonşularıdır. X12 və qardaşı Zərərçəkmiş şəxs ilə aralarında ədavətləri və düşmənçilikləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində yaşadığı Yeddioymaq kəndi ərazisndə yerləşən özünə məxsus olan həyətinə bitşik olan ərazini Ruslan Ağayev sənədləşdirmək istədikdə aralarında bununla bağlı mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs onu nalayiq söyüşlər ilə söyüb təhqir etmişdir. Həmçinin Zərərçəkmiş şəxs qardaşı Ruslan Ağayev əlindəki bel ilə onun baş nahiyəsinə bir dəfə qəsdən vurmuşdur. Eyni zamanda həmin vaxt Zərərçəkmiş şəxs onun sağ qolundan tutarq onu itələmişdir. Lakin mübahisə zamanı o, heç kimi vurmamış, heç kimə xəsarət yetirməmişdir. Aralarında baş vermiş mübahisə 3-5 dəqiqə davam etmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X8 izahat verərək bildirdi ki, Masallı rayonu Yeddioymaq kənd sakini Şəxs, əri X3 və oğlu X5 onunla qonşuluqda yaşayırlar. Onun Şəxs, əri X3 və oğlu X5 ilə aralarında ədavətləri və düşmənçilikləri olmamışdır. xx.xx.2023-cü il tarixdə 11 radələrində yaşadığı Masallı rayonu 1-ci Yeddioymaq kəndi ərazisində qardaşı Zərərçəkmiş şəxs adına olan 0,4 ha torpaq sahəsinə qardaşı Zərərçəkmiş şəxslə birlikdə həmin həyətin hasara alınması üçün qərara gəlmişlər. Həmin vaxt qonşuluqda yaşayan Şəxs ona və qardaşı Zərərçəkmiş şəxs yaxınlaşaraq onlarla mülklə bağlı mübahisə etmişdir. Həmin vaxt aralarında yaranmış mübahisə zamanı Şəxs əlindəki bel ilə onun sağ çiyin nahiyəsinə zərbə ilə bir dəfə vurmuşdur. Həmin vaxt qardaşı Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq onları sakitləşdirmişdir. Məhkəmədən qanunauyğun ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 827 saylı rəydə qeyd edilmişdir ki, vət. X2 çiyin nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 29 avqust 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 21 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in polis mayoru Rəhim İbrahimov tərəfindən 25 sentyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar