Məhkəmə qərarları › İş №3(050)-1644/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1644/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1644/2023 10.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə iştirakı ilə, Masallı şəhəri, H.Əliyev prospektində 3 mərtəbəli qeyri-yaşayış binası ünvanında fəaliyyət göstərən, Masallı rayonu Ərkivan qəsəbəsi hüquqi ünvanı olan Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında 13 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, 13 sentyabr 2023-cü il tarixdə saat 11:00 radələrində Masallı şəhəri, H.Əliyev prospektində 3 mərtəbəli qeyri-yaşayış binası ünvanında yerləşən Şəxs MMC-yə məxsus “OZON” klinikadasında keçirilən aparılan planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (onkoloji, terapevt və s.) və setifikatsız özəl tibbi praktiki fəaliyyətlə məşğul olma aşkar edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, aparılan planlı yoxlama zamanı klinikada sertifikatsız işləyən işçilər olduğu aşkar edilmiş və bu səbədən klinika barəsində inzibati protokol tərtib edilmişdir. Lakin o, protokol ilə razı deyildir. Belə ki, qeyd edilən lisenziya və sertifikatlarla bağlı Səhiyyə Nazirliyinə müraciət edilmiş və cavab gözləmişlər. Bu barədə yoxlama aparan əməkdaşlara məlumat verilməsinə baxmayaraq əməkdaşlar buna məhəl qoymayaraq protokol tərtib edilmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin inzibati xətanı törətməsində təqsiri işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Analitik X16 Nəzarət Şöbəsinin mütəxəssisi X22 tərəfindən tərtib edilmiş 13 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 13 sentyabr 2023-cü il tarixdə saat 11:00 radələrində Masallı şəhəri, H.Əliyev prospektində 3 mərtəbəli qeyri-yaşayış binası ünvanında yerləşən Şəxs MMC-yə məxsus “OZON” klinikasında keçirilən aparılan planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (onkoloji, terapevt və s.) və setifikatsız özəl tibbi praktiki fəaliyyətlə məşğul olma aşkar edilmişdir. İş materiallarında olan Plan üzrə (növbəti) yoxlamanın keçiriləcəyi barədə bildirişdən görünür ki, Şəxs MMC-yə Masallı şəhəri, H.Əliyev prospektində 3 mərtəbəli qeyri-yaşayış binasında yerləşən obyektində xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə plan üzrə (növbəti) yoxlamanın keçirilməsi barədə əvvəlcədən məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə (növbəti) yoxlamanın keçirilməsi haqqında 29 avqust 2023-cü il tarixli, 1028 nömrəli qərardan görünür ki, Şəxs MMC-yə məxsus Masallı şəhəri, H.Əliyev prospektində 3 mərtəbəli qeyri-yaşayış binasında fəaliyyət göstərən “OZON” klinikasının fəaliyyətinin yoxlanılması məqsədi ilə, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə AEM-nin Tibbi Nəzatər şöbəsinin baş mütəxəssisi X17, AEM-nin Tibbi Nəzatər şöbəsinin baş mütəxəssisi X22, AEM-nin Tibbi Nəzatər şöbəsinin mütəxəssisi X30 tərəfindən həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Şəxs MMC-nin 2023-cü ilin avqust ayı üçün hesablanmış əmək haqqı cədvəlindən görünür ki, vəzifəsi direktor olan Nümayəndə vəzifə maaşı 364 manat (sıra 1), vəzifəsi həkim olan X8 vəzifə maaşı 304.70 manat (sıra 2), vəzifəsi həkim olan X27 vəzifə maaşı 263.54 manat (sıra 3), vəzifəsi həkim-terapevt olan X2 vəzifə maaşı 95.91 manat (sıra 4), vəzifəsi həkim-terapevt olan X9 vəzifə maaşı 0.00 manat (sıra 5), vəzifəsi həkim olan X10 vəzifə maaşı 122.52 manat (sıra 6), vəzifəsi həkimgenekoloq olan X14 vəzifə maaşı 72.45 manat (sıra 7), vəzifəsi həkim-laborant olan X15 vəzifə maaşı 72.45 manat (sıra 8), vəzifəsi həkim olan X11 vəzifə maaşı 315.88 manat (sıra 9), vəzifəsi tibb bacısı olan X12 vəzifə maaşı 315.88 manat (sıra 10), vəzifəsi tibb bacısı olan X23 vəzifə maaşı 315.88 manat (sıra 11), vəzifəsi tibb bacısı olan X5 vəzifə maaşı 315.88 manat (sıra 12), vəzifəsi mühasib olan X6 vəzifə maaşı 120.75 manat (sıra 13), vəzifəsi xadimə olan X4 vəzifə maaşı 315.88 manat (sıra 14), vəzifəsi xadimə olan X1 vəzifə maaşı 315.88 manat (sıra 15) əmək haqqı alırlar. İş materiallarında olan Şəxs MMC-nin 2023-cü ilin avqust ayı üçün iş vaxtı uçotu tabelindən görünür ki, vəzifəsi direktor olan Nümayəndə (sıra 1), vəzifəsi həkim olan X18 (sıra 2), vəzifəsi həkim olan X40 (sıra 3), vəzifəsi həkim-terapevt olan X13 (sıra 4), vəzifəsi həkim olan X19 (sıra 5), vəzifəsi həkim-terapevt olan Ağayev Ağahüseyn (sıra 6), vəzifəsi həkim-genekoloq olan Həşimova Nüşabə (sıra 7), vəzifəsi həkim-laborant olan X28 (sıra 8), vəzifəsi baş həkim olan X20 (sıra 9), vəzifəsi tibb bacısı olan Məmmədova Nərmin (sıra 10), vəzifəsi tibb bacısı olan Cəbrayılova Vüsalə (sıra 11), vəzifəsi tibb bacısı olan X33 (sıra 12), vəzifəsi ref.qəb.ş olan Əliyeva Təranə (sıra 13), vəzifəsi mühasib olan Şahverdiyev Sədyar (sıra 14), vəzifəsi xadimə olan X7 (sıra 15), vəzifəsi xadimə olan X3 (sıra 16) dair işə giriş və çıxış saatları qeyd edilmişdir. İş materiallarında olan AH 029318 nömrəli praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, X40 03 may 2018-ci il tarixdə Həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Terapiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Şəhadətnamənin rəsmiləşdirildiyi tarix xx.xx.2018-ci il, etibarlılıq müddəti isə xx.xx.2023-cü il tarixədək olduğu qeyd edilmişdir. İş materiallarında olan AH 032648 nömrəli praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, X18 31 yanvar 2019-cu il tarixdə Həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Urologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Şəhadətnamənin rəsmiləşdirildiyi tarix xx.xx.2019-cu il, etibarlılıq müddəti isə xx.xx.2024-cü il tarixədək olduğu qeyd edilmişdir. İş materiallarında olan AH 044647 nömrəli praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, X20 13 aprel 2022-ci il tarixdə Həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Terapiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Şəhadətnamənin rəsmiləşdirildiyi tarix xx.xx.2022-ci il, etibarlılıq müddəti isə xx.xx.2027-ci il tarixədək olduğu qeyd edilmişdir. İş materiallarında olan AH 023959 nömrəli praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, X20 13 mart 2017-ci il tarixdə Həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Terapiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Şəhadətnamənin rəsmiləşdirildiyi tarix xx.xx.2017-ci il, etibarlılıq müddəti isə xx.xx.2022-ci il tarixədək olduğu qeyd edilmişdir. İş materiallarında olan AH 006052 nömrəli praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, X24 22 oktyabr 2012-ci il tarixdə Həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Mamalıq-ginekologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarında olan AH 032919 nömrəli praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, X19 12 fevral 2019-cu il tarixdə Həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Mamalıq-ginekologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Şəhadətnamənin rəsmiləşdirildiyi tarix xx.xx.2019-cu il, etibarlılıq müddəti isə xx.xx.2024-cü il tarixədək olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görəfiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə-vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin sanksiyası həddində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 6000 (altı min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar