Məhkəmə qərarları › İş №3(050)-1645/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1645/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1645/2023 24.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs- Masallı rayonu Qəzvinoba kəndində yerləşən (hüquqi ünvan) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş 13 sentyabr 2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Masallı rayonu Qəzvinoba kəndində yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət rentgenologi (vizioqraf) və cərrahi işə aid alətlərin və sertfikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı 13 sentyabr 2023cü il tarixdə aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 izahatında bildirdi ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X4” X10 tərfindən planlı yoxlama aparılsada, yoxlanılmanın aparılması barədə ona heç bir bildiriş təqdim edilməmişdir. O, Şəxs MMC barəsində yazılan protokolla razı deyil. Hesab edir ki,iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İşə əlavə olunmuş 13 sentyabr 2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Səhiyyə Nazirliyi “X4” X7 baş mütəxəssisi X5 hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş xəta törətməsinə görə barəsində protokol tərtib edilmişdir.Həmçinin tərtib olunmuş protkoldan görünür ki, Şəxs MMC-nin qanuni nümayəndəsi X2 izahatında göstərilən nöqsanlarla razı olduğunu və aradan qaldırılacağını söz vermiş və protokolu tərtib edən şəxslə birlikdə imzalamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 tərəfindən plandankənar (növbəti) yoxlamanın keçirilməsi haqqında qərardan görünür ki, Şəxs MMC-nin fəaliyyətinin yoxlanması məqsədi ilə xx.xx.2023-cü il tarixdə plandankənar yoxlamanın aparılması qərara alımışdır. Şəxs MMC-yə ünvalanmış plan üzrə yoxlamanın keçirilməsi barədə bildirişdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin aidiyyəti sturukturları tərəfindən Şəxs MMC-nin fəaliyyət ünvanı Masallı Rayon, Qəzvinoba kəndində yerləşən obyektə xx.xx.2023-xx.xx.2023-cü il il tarixləri arası plan üzrə yoxlama keçiriləcəyi barədə məlumat verilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan məlum olur ki, xx.xx.2023-xx.xx.2023-ci il tarixlərdə Masallı rayonu Qəzvinoba kəndində yerləşən Şəxs MMC Tibb mərkəzinin fəaliyyəti yoxlanılmışdır. Yoxlama suallarının siyahısından məlum olur ki, yoxlama zamanı Şəxs MMC-də ona verilmiş lisenziyanın şərtlərinə qismən riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb olunmaması və lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməməsi müəyyən edilmişdir. Plandan kənar yoxlama aktından məlum olur ki, Masallı rayonu Qəzvinoba kəndində yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində aparılan plandankənar yoxlama aparılarkən yoxlamanın “Lisenziyanın şərtlərinə riayət olunurmu?” sualı üzrə qeyd edilir ki, Şəxs MMC-yə məxsus stomotoloji klinikada tibbi qeydiyyat sənədləri formalar üzrə mövcud olsada doldurulmur. Tibbi statistik hesabatlar aparılmır. Calışan həkimlərin sənədləri yoxlamaya təqdim edilməmişdir. Təxirəsalınmaz İlkin tibbi yardım və anafilaktik şok əlehinə təşkil edilmiş dolabın tərkib siyahısı və təlimatı tərtib edilməyib. Tibb fəaliyyəti üçün istifadə olunan avadanlıqların normativ texniki uyğunluq haqda (metrologiya) sənədləri natamamdır. Bakterisid lampalar quraşdırılsada işləməsi barədə nəzarət qeydiyyat işləri aparılmır. Streliziyasiya sahəsinin təyinati dəyişdirilərək (Renteloji iş aid vizioqrraf və digər əşyalar yerləşdirilmişdir. Heyət otağına köçürülmüşdür. Hazırda yaradılmış strelizasiya şəraiti qaydalara cavab vermir, həmin heyət otağına təsərrüfat otağının və həyətdən içəriyə qapılar açılır. “Avtoklav” çıhazının iş prinsipinə müvafiq və dezinfeksiya edici işçi məhlularının hazırlanmasına dair təlimatlar tərtib edilməyib. Dezinfeksiyaedici işçi məhlul və alətlər əlavə edilmiş konteyner üzərində qeydlər edilmir. Avtoklov və konteyner, elcədə stolun üzərində işlədilmiş və işlənməyə hazırlanmış cərrahi stomatoloji işə aid alətlər (kəlbətinlər və elevatorlar) aşkarlanmışdır. Renteloji işə aid sənədləri (xususi icazə və radioloji gigiyenik pasort) yoxlamaya təqdim edilməmiş, “Tibbi tullantıların idarə olunmasına dair tələblərə müvafiq olaraq aidiyyəti üzrə müqavilə və icra aktı sənədi zərərsizləşdirmə ilə bağlı yoxlamaya təqdim edilməmişdir. Sterilisasiya işinin qeydiyyatları aparılmır. “Özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərini sertifikasiyaya cəlb edirmi?” sualı üzrə qeyd edilmişdir ki, Şəxs MMC-yə məxsus stomotoloji klinikada sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyətlə ilə məşöul olma faktı aşkar edilmiş: X3-həkim stomatoloq. “Lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirirmi?” sualı üzrə Şəxs MMC-yə məxsus klinikada lisenziyadan kənar (“renteloji” işə aid vizioqraf cihazıvə cərrahi stomotoloji işə aid işlənmiş və işə hazırlanmış alətlər) iş və fəaliyyət aşkarlanmışdır. Aktın doğruluğu yoxlamanı aparanlar Rəna Süleymanova, Bəhruz Mirzəyev, Xəyalə Əliyeva və sahibkar Şəxs MMC-nin qanuni təmsilçisi Əsədullayev Ə.X tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Göründüyü kimi işə baxılarkən müəyyən edilən hallara görə hüquqi şəxs “X-DENT MMC Azərbaycan Respublikası “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələblərini pozmuş, inzibati xətanın törədilməsində təqsirlidir və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4.-cü maddəsində göstərilən inzibati xəta əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavədə “Özəl Tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısının 2.27.1-ci bəndinə əsasən rentgenoloji fəaliyyət özəl tibbi fəaliyyət hesab edilir. Azərbaycan Respublikası “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49- 1.-ci maddəsinə əsasən Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Odur ki, hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmaqla barəsində inzibati tənbeh cəzası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş iznibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3.-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxsə istinad olunmuş inzibati xəta hərəkəti sübuta yetmişdir, inzibati material üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmiş, inzibati protokol aidiyyəti səlahiyyətli şəxs tərəfindən və törədilmiş inzibati xətaya görə maddi normalar düzgün tətbiq edilmişdir. Məhkəmə törədilmiş inzibati xətaların xarakteri, törədilmə hallarını və hüquqi şəxsin əmlak və maliyyə vəziyyətini nəzərə alaraq,, hüquqi şəxs Şəxs MMC haqqına inzibati tənbeh tədbiri tətbiq edilərkən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4.-cü maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş minimum həddə cərimə inzibati tənbeh tədbiri təyin edilməsini qanuni hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi olaraq təqdim edildiyi gündən 10 (on) gün müddətinə Şirvan Apelaysiya Məhkəməsinə bilavasitə və ya Masallı rayon məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar