Məhkəmə qərarları › İş №3(050)-1647/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1647/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1647/2023 28.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1967-ci ildə Masallı rayonu 2-ci Yeddioymaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, Masallı rayonu, 2-ci Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23 iyun 2023-cü il tarixdə Masallı rayonu Qızılağac kəndində qudası X3 döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Rohanə bacısı Firuzəyə (Məlahət) zeng edib Şəhanədən şikayət edərək bildirmişdir ki, sözünə baxmır, cavab qaytarır, telefonla başqa şəxslə danışır və təcili Masallı rayonu Qızılağac kəndinə gəlsinlər. Ona görə də o, bacısı Firuzə (Məlahət) və Əliməmmədlə birgə Masallı rayonuna getmişlər. Həmin gün saat 23.30 radələrində Masallıya çatmış və evə daxil olarkən Şəhanənin bədənində xəsarət izlərinin olduğunu görmüşdür. Bu zaman Rohanə onların üstünə hücum edərək, Şəhanədən şikayət etmişdir. Sonra Rohanə telefonla DİN-nin 102 xidmətinə zəng edərək yalnış məlumat verərək guya tərəfindən döyülməsini bildirmişdir. Lakin o, Rohanəni vurmamış, ona hər hansı bir xəsarət yetirməmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olduğu zaman Əliməmməd Məleykə və Məlahət onun yaşadığı evə gəlmişlər. O, Əliməmmədə “qızın Şəhanə mobil telefonla kiminləsə danışır, Şəhanə mənə desin ki, danışdığı şəxs kimdir, mənim evimdə mənim çörəyimi yeyir, amma başqa şəxslə mobil telefonla danışır” demişdir. Həmin vaxt Əliməmməd qızı Şəhanəni danlamış, eyni zamanda Məlahətdə Şəhanəni danlamışdır. Lakin Məleykə onun üzərinə gələrək, ona “sən mənim qızım Şəhanəni şərləyirsən Şəhanə heç kimlə mobil telefonda danışmayıb” demişdir. Məleykənin dediyi sözlərdən sonra mübahisə yaranmışdır. Mübahisə zamanı Məleykə əli ilə saç nahiyəsindən turaraq, yumruq ilə bel nayiyəsinə vurmuşdur. Həmin vaxt Məlahət əlləri ilə bel nahiyəsindən tutub Məleykənin onu döyməməsi üçün kənara çəkmişdir. Bundan sonra yaşadığı evdən həyətə düşmüş və DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Eyni zamanda döyülməsi barədə Masallı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmədən qanunauyğun ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 582 saylı rəydə qeyd edilmişdir ki, vət. X2 başın ənsə nahiyəsinin və sağ süd vəzisinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 23 iyun 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 22 iyul 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Əli Axundzadə tərəfindən 28 sentyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar