Məhkəmə qərarları › İş №3(050)-1649/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1649/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1649/2023 24.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X3, Qərarından şikayət verilən şəxs Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə. X4 Aqrar Kredit və X8 və Qiymətləndirmə şöbəsinin müdiri tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Kredit və X8 və Qiymətləndirmə şöbəsinin müdiri tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X8 və Qiymətləndirmə Şöbəsinin 12 sentyabr 2023-cü il tarixli, MN № ******* saylı qərar ilə Azərbaycan Respublikası İXM-nin 411.2-ci maddəsinə əsasən 440 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, o, elektron kənd təsərrüfatı informasiya sisteminə arpa məhsulunun əkini ilə bağlı mənlumat daxil etmiş və buna görə mənə subsudiya ayrılmış, mülkiyyətində olan torpaq sahəsində arpa əkmişdir. İştirakı ilə sahəsinə heç kəs baxış keçirməmişdir. Torpaq sahəsində arpa biçilsə də, əraziyə baxış keçirildikdə orada arpa məhsulunun əkilməsi açıq-aşkar görünür. Ərazidən çəkilmiş fotoşəkilləri şikayətinə əlavə edir. Həmin şəkillərdən isə açıq-aydın görünür ki, ərazidə həqiqətən də arpa əkilmişdir. Bütün bunlar əməlində inzibati xəta tərkibinin olması barədə yanlış nəticəyə gəlinməsini göstərir. Təqsirsizlik prezumpsiyasına görə inzibati xətanın və tərkibin mövcudluğunu sübut etmə bununla bağlı protokolu tərtib edən şəxsin üzərinə düşür. Lakin mülkiyyətimdə olan torpaqda arpa məhsulunun əkilməməsinə dair hər hansı sübut yoxdur. Əksinə heç bir inzibati pozuntuya yol vermədyi halda, inzibati qaydada cərimə edilməsi qanunsuz və əsassız olmaqla inzibati xəta hadisəsi və tərkibi olmadığı halda, inzibati tənbehə məruz qalmışdır. Məhkəmə baxışı iclasında şikayət vermiş şəxs X6 şikayəti eyni əsaslarla əsaslandırmış, göstərdiyi hallara əsasən şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında qərarından şikayət verilən şəxs Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndəizahatında göstərdi ki, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5.1 -ci bəndinə uyğun olaraq ******* İD nömrəli bəyana əsasən 1 ha payızlıq bərk buğda əkini kimi bəyan edilən sahədə Aqrar Kredit və İnkişaf Agentliyi və X11 İnkişaf Mərkəzi əməkdaşları tərəfindən birgə keçirilmiş monitorinq zamanı uyğunsuzluq aşkar edilmişdir. Belə ki, keçirilmiş monitorinq nəticəsində 1 ha kimi bəyan edilən əkin sahəsinin 0.6 ha olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 5.2.4-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 50 faizdən çox olduqda əkin subsidiyası cari il və sonrakı il ərzində həmin fermerə ödənilmir. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən fermer tərəfindən “Elektron kənd təsərrüfatı informasiya sistemi”nə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə olunması nəzərdə tutulur. Digər tərəfdən, İnzibati Xətalar Məcəllənin 24.2-ci maddəsinə görə “xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir”. Nəzərə çatdırmaq lazımdır ki, iş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli məktubla X2 xəta nəticəsində vurmuş olduğu 220 manat məbləğində ziyanın (əldə edilmiş gəlirin) xx.xx.2023-cü il tarixinədək Agentliyə geri qaytarmalı olması nəzərinə çatdırılmış əks təqdirdə göstərilən məbləğin 2 misli miqdarında cərimə olunması ilə bağlı xəbərdar edilmişdir. Məktubu almasına baxmayaraq X6 tərəfindən heç bir ödəniş həyata keçirilməmiş, nəticədə 12 sentyabr 2023-cü il tarixində Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Təhmin Əsgərov tərəfindən inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərin nəzərə alınaraq şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Aqrar Kredit və X8 və Qiymətləndirmə şöbəsinin müdiri tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki X6 “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına görə xəbərdarlıq edildiyi halda, vurulmuş ziyanı tam olaraq ödəmədiyi üçün, Azərbaycan Respublikası İXM-nin 411-2-ci maddəsində təqsirli bilinmiş və ziyanın iki misli miqdarında (440 manat cərimə edilmişdir). Yerində müşahidə hesabatından görünür ki, Masallı RİHB-nın Xırmanadlı Ərazi nümayəndəsinin iştirakı ilə Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşı tərəfindən X5 məxsus ümumi sahəsi 1,55 hektar təşkil edən torpaq sahəsinə keçirilmiş monitorinq nəticəsində subdsidiya üçün 1 ha kimi bəyan edilən əkin sahəsinin, 0.6 ha əkildiyi müəyyən edilmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır: Həmin qanun 5.1.1-ci maddəsinə əsasən çarpaz–elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; Həmin qanun 5.1.2-ci maddəsinə əsasən yerüstü müşahidə–peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; Həmin qanun 5.1.3-ci maddəsinə əsasən yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi. Həmin qanun 5.6-ci maddəsinə əsasən Agentlik subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin edir. Həmin qanun 5.7-ci maddəsinə əsasən agentlik subsidiya mexanizminin tətbiqinə dair apardığı monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq ildə bir dəfə mövcud vəziyyət barədə hesabatını və təkmilləşdirici təkliflərini, o cümlədən növbəti il üçün kvota və bitkilər üzrə əmsalları Nazirliyə və Şuraya təqdim edir. Həmin qanunun 6.1-1-ci maddəsinə əsasən Bu Qaydanın 5.1-ci bəndi ilə müəyyən edilmiş qaydada aparılan monitorinqlər nəticəsində fermerin EKTİS-ə bilərəkdən yanlış məlumatlar daxil etməklə subsidiya alması və ya hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməsi aşkar edildikdə, fermer qanunda nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunur. Həmin qanunun 6.1-3-ci maddəsinə əsasən hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməyə görə inzibati məsuliyyətə cəlb edilmiş fermerlərə növbəti 2 (iki) il müddətinə subsidiya ödənilmir Həmin qanunun 6.2-ci maddəsinə əsasən bu qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Məhkəmə işdə iştirak edən şəxslərin dinəyib və iş materiallarında olan sənədləri tədqiq edərək müəyyən etmişdir ki, X6 payızlıq arpa üçün 1 ha torpaq sahəsi subsidyaya bəyan etmişdir. Lakin Masallı RİHB-nın Xırmanadlı Ərazi nümayəndəsinin iştirakı ilə Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşı tərəfindən baxış keçirilən zaman uyğunzusluq aşakar edilmiş, keçirilən monitoriq nəticəsində subsidiyaya bəyan edilmiş torpaq sahənin 1 ha deyil, 0,6 ha olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyətli şəxsinin inzibatı tənbeh vermə haqqında qərarı hadisənin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmişdir. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, inzibati xəta haqqında qərar qanuna uyğun olduğundan şikayət təmin edilməməlidir. Qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.1.-135.1.6.-cı maddələrində göstərilən əsaslar müəyyən edilməmişdir. Ona görə də şikayət verilmiş qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və İXM-in 133, 134, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Aqrar Kredit və X8 və Qiymətləndirmə şöbəsinin müdiri tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar