Məhkəmə qərarları › İş №3(050)-1651/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1651/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1651/2025 14.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Masallı Rayon Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2008-ci ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Masallı Rayon Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 13-14 radələrində dostu İsmiəli ilə birlikdə “İsti Suya” getmək məqsədi ilə Ərkivan qəsəbəsində yerləşən stadionun yaxınlığında yerləşən avtomobil yolunun kənarında astaca piyada hərəkət etdikləri zaman Zərərçəkmiş şəxs idarə etdiyi traktorla onların yanına gəlib traktoru saxlayıb traktordan yerə enərək ona yaxınlaşıb şillə ilə onu vurmaq istəmiş, lakin o, onun zərbəsindən yayınmışdır. Belə ki, əvvəllər Laçınla ailəsi arasında qonşuluqda torpaq sahəsi ilə bağlı mübahisələri olmuşdur. Dostu ona “gəl gedək” demiş, oda dostu ilə getmək istədiyi zaman Laçın arxadan gələrək onu qucaqlamışdır. Bir müddət onu tutduqdan sonra yorulub qolları boşaldığı zaman o, Laçının qollarından çıxmışdır. Daha sonra yaşadığı evə tərəf getmişdir. Həmin vaxt o, Laçını vurmamışdır. Vəkilin fikri ilə razıdır, Laçına heç bir xəsarət yetirməmişdir. Məhkəmədən işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs onun qonşusudur. Onun İskəndərin ailəsi ilə aralarında mübahisələri vardır. Ayın neçəsi olduğunu xatırlamır, lakin günorta vaxt saat təxminən 13-13:30 radələrində olardı idarə etdiyi traktorun yük yerinə 120 ədəd ot bağlaması yükləyib gəldiyi zaman İskəndər telefonu ilə onun traktorunu kameraya çəkmişdir. Oğlu birinci qrup gözdən əlildir. İskəndər kamera ilə çəkiliş etməkdə məqsədi odur ki, ya o, yolu açsın, yada çəkdiyi çəkilişi nazirliyə göndərəcəkdirki oğlu pensiya almayacaqdır. O, İskəndərin telefonun kamerası ilə onları çəkdiyini görüb “bala yeri get, mən sənin tayın deyiləm” demişdir. Həmin vaxt İskəndərin yanında olan digər şəxs onu tutmuş İskəndərdə onu vurmuşdur. İskəndə onu vurmuş, sağ qaş nahiyyəsindən xəsarət almışdır, o, İskəndəri vurmamışdır. Barışmamışdır. Məhkəmədən haqq-ədalətlə qərar qəbul edilməsini xahiş etdi. Masallı Rayon Prokurorluğunun nümayəndəsinə işə baxılmasının yeri və müddəti barədə məlumat verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 433 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ qaş nahiyəsinin sıyrığı, sağ yanaq, boyun və sol bud nahiyəsinin, qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 28 may 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Simran Haxverdiyev tərəfindən 14 iyul 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar