Məhkəmə qərarları › İş №3(050)-1653/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1653/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1653/2025 28.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1989-cu ildə Lənkəran rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olmaqla Lənkəran rayonu Xanbulan kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə 23:10 radələrində idarə etdiyi “Toyota Prius minik” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun 143 km-də hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Lənkəran rayonundan gəldiyi zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona avtomobilinin işıqlarının yanmadığını demişlər oda həmin yanmayan işığı düzəldəcəyini bildirmişdir. Sonra polis əməkdaşı ona gözünün birinin qızardığını demiş, oda gözündən əməliyyat olduğunu demişdir. Daha sonra polis əməkdaşı ondan narkotik vasitələrdən istifadə etdiyini soruşmuş, o, isə cavabında narkotik vasitələrdən istifadə etmədiyini, lakin marixuananın yağından bəhməz kimi həftədə iki dəfə istifadə etdiyini, eləcədə Orta Asiyada yaşayır “düşənnən-düşənə” narkotik vasitələrdən istifadə edir. Bundan sonra polis əməkdaşları ona analizə getməyi təklif etmişlər. o, isə polis əməkdaşlarına analizə getməyə ehtiyac olmadığını xəstə olduğuna görə imuniteti çox zəifdir həmin maddə onun orqanizimində 3 ayda qala bilər. Normal insanın orqanizimində həmin maddə 21 gün qalır, o, isə xəstə olduğuna görə onun qanında çıxacaqdır. Lakin polis əməkdaşları ona bir daha analizə getməyi demişlər, oda etiraz etməmişdir. Sonra onu xəstəxanaya aparmışlar və müayinə zamanı marixuana istifadə etdiyi müəyyən olunmuşdur. Ankoloji xəstə olmaqla ikinci qrup əlildir, 250 manat sosial müavinət alır. Aldığı müavinət onun maddi tələbatını ödəmir, maşın götürüb kuriyerlik edir, 30 manat kirayə pulu verir. Anası xəstədir, atası ölüb. Xəstəliyi ilə bağlı heç bir yerdə işləyə bilmir, sürücülük hüququndan məhrum olunacağı təqdirdə küriyerlik edə bilməz və qazanc əldə edə bilməz. Odur ki, məhkəmədən barəsində cərimə cəzası tətbiq edilməsini xahiş etdi. İşə əlavə edilmiş Xİ Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 23:10 radələrində idarə etdiyi “Toyota Prius minik” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ələt-Astara yolunun 143 km-də hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli 001042 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən narkotik vasitənin qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti müəyyən olmuşdur, Kannabinoid pozitiv. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri iş üzrə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edən protokoldan, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar