Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1656/2025 15.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Ağsu rayonu, Sarvan kəndində doğulmuş, Ağsu rayonu, Ərəbsarvan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Deyska yolunda yaşayan, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:57 radələrində “Chevrolet Cobalt LTZ minik” markalı, ** YV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman saxlanılmış, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və narkoloji vasitənin təsiri altında idarə etdiyi aşkar edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, Cəlilabad rayonundan Lənkəran rayonuna getdiyi zaman yolda yol patrul xidmətinin əməkdaşı ona dayanma-durma işarəsi vermiş oda avtomobili saxlamışdır. Daha sonra polis əməkdaşları onu analiz verməyə aparmışlar və analizin nəticəsində onun narkotik vasitə istifadə etməsi aşkar olunmuşdur. Belə ki, narkotik tərkibli bitkidən istifadə etmişdir, lakin analizin nəticəsində onun metanfütamin istifadə etdiyi qeyd edilmişdir. Həmçinin avtomobil idarə etməsi ilə bağlı sürücülük hüququ olmamış və idarə etdiyi avtomobilidə etibarnamə olmadan idarə etmişdir. Əməlindən peşmandır, səhv etmişdir. Məhkəmədən barəsində cərimə cəzasının təyin edilməsini xahiş etdi. Şəxs barəsində Xİ tağım yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərəfindən xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli 001059 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında protokoldan görünür ki, Şəxs sidiyində metamfetamin aşkar olunmuş, metamfetamin – pozitiv, sərxoşluq vəziyyəti var. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə təyin edilməsini məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Ağsu rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1656/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1656/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver