Məhkəmə qərarları › İş №3(050)-1661/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1661/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1661/2025 01.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi X5-nun katibliyi, qərardan şikayət verən şəxs X6, qərarından şikayət verilən Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin nümayəndəsi Nümayəndə iştirakları ilə X6 Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin MN seriyalı ******* nömrəli 26 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsi tərəfindən 26 noyabr 2024-cü il tarixdə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, o, Masallı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Özünə məxsus ticarət obyektinə İran İslam Respublikasından qida məhsulları gətirib satır, həmin məhsullar tam keyfiyyətli və istifadə müddəti olan mallardır. Qida Təhlükəsizliyinin işçiləri onun ticarət obyektinə gələrək araşdırma aparmışlar, heçnə tapa bilməmişlər, sonra satışa verilmiş hazır sup məhsulunun yoxlaması zamanı uyğunsuzluq olduğunu bildirmişlər və buna görə 26 noyabr 2024-cü ildə inzibati qərar çıxararaq 4000 manat cərimə edilmişdir. Lakin barəsində qəbul edilmiş qərar ona göndərilməmiş, o, həmin qərardan icra şöbəsindən ona zəng gələndən sonra məlumatı olmuşdur. Bundan sonra o, icraya ərizə yazaraq həmin qərarları alıb şikayət vermişdir. Belə ki, iş üzrə Qida Təhlükəsizliyi onun obyektində yoxlama aparandan sonra işin araşdırılması üçün Korrupsiya idarəsinə materialları göndərmişdir, lakin korrupsiya prokurorluğunda aparılan araşdırmanın nəticəsindən məlumatı daha olmamışdır. Hazırda barəsində qəbul edilmiş inzibati qərar qanunsuz və ədalətsizdir. Qəbul edilmiş qərar araşdırılmalı və əsassız olduğundan ləğv edilməlidir. Odur ki, barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli 26 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi, inzibati icraat materialına xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında etiraz ərizəsini təqdim edərək bildirmişdir ki, X11 tərəfindən İran İslam Respublikasından 15 iyul 2024-cü il tarixli, İD********** nömrəli müraciət əsasında idxal edilmiş ümumi çəkisi 10400 kq olan “Elit” əmtəə nişanlı makaron supu məhsullarında AQTİ (Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu)-nun X9 Laboratoriyasının 11 oktyabr 2024-cü il tarixli, AZ-21060186/LAB16- 24091-T-091 nömrıli sınaq protokoluna əsasən GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) aşkar edilmişdir. Məhsul partiyası ilə bağlı 24 oktyabr 2024-cü il tarixli, “İD**********-001” nömrəli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” haqqında qərar qəbul edilmişdir. Məhsullar satıldığı üçün qərar idxalçı tərəfindən icra edilməmişdir. 15 noyabr 2024-cü il tarixdə sahibkara məxsus anbara baxış keçirilmiş və müvafiq qərar icra edilmədiyi üçün (15 noyabr 2024-cü il tarixli akt tərtib edilmişdir) İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. 26 noyabr 2024-cü il tarixli MN № ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərar qəbul edilmiş, 26 noyabr 2024-cü il tarixli, 3-44-8/2- Y-3105/2024 nömrəli məktub SX037314489AZ poçt izlənmə kodu ilə 05 dekabr 2024-cü il tarixdə X7 çatdırılmışdır. Qərardan məhkəməyə şikayət verilərkən İXM-nin 130-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar vətəndaşa çatdırıldığı vaxtdan 10 gün ərzində şikayət verilə bilər. X11 bu müddəti gözləməmişdir. Məhkəmə iclasında şikayətçi X11 şikayəti müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, sahibkarlıqla məşğuldur və ona əsassız olaraq cərimə yazılmışdır. Həmin cərimə ilə bağlı alıb-almamasını dəqiq bilmir, ola bilsin ki, poçt işçisi gec gətirmiş həmin məktubu, amma ona həmin məktub gəlib çıxmamışdır. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikasının Qida X2- Astara regional bölməsinin nümayəndəsi Nümayəndə şikayəti qəbul etməyərək MN seriyalı ******* nömrəli 26 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin №İD**********-001 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarının təsdiq olunmuş surətindən görünür ki, İran İslam Respublikasından idxal olunmuş, “Amadeh Laziz” şirkətinin istehsalı olan xx.xx.2024-ci il istehsal tarixli, xx.xx.2025-ci il son istifadə tarixli, 0142 partiya nömrəli, ümumi çəkisi 10400 kiloqram olan “Elit” əmtəə nişanlı hazır sup (makaron supu) məhsulu partiyasında xx.xx.2024-cü il tarixli, AZ- 21060186/LAB16-24091-T-091 saylı tədqiq (sınaq) nəticələrinə dair protokola əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəriciləri normativ standartın tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Ona görə də, X6 xx.xx.2024-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında İran İslam Respublikasından idxal olunmuş, "Amadeh Laziz" şirkətinin istehsalı olan xx.xx.2024-ci il istehsal tarixli, xx.xx.2025-cı il son istifadə tarixli, 0142 partiya nömrəli, ümumi çəkisi 10400 kiloqram olan “Elit" əmtəə nişanlı hazır sup (makaron supu) məhsulu partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilməsi, həmin məhsul partiyasının qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyasının Agentlik əməkdaşlarının iştirakı ilə 10 (on) gün müddətində məhv edilməsi, bu qərarın surətinin 2 (iki) iş günü müddətində sahibkar X7 göndərilməsinin təmin edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin № İD-G-001 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarının təsdiq olunmuş surətindən görünür ki, vəzifəli şəxs X11 tərəfindən idxal olunan qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar üçün idxal sağlamlıq aktının verilməsi üçün xx.xx.2024-cıı il tarixli İD********** nömrəli müraciət daxil olmuşdur. Müraciət “Lisenziya və İcazələr haqqında Azərbaycan Respublikasının Qanununa və Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq qaydada icraata götürülmüşdür. xx.xx.2024-cü il tarixli, İD********** nömrəli müraciət əsasında İran İslam Respublikasından idxal edilmiş 10400 kq “Elit" əmtəə nişanlı hazır sup məhsulu partiyasından götürülən nümunələrin tədqiq (sınaq) nəticələrinə dair protokola əsasən tədqiq edilmiş nümunələrdə GMO (35 S promotor) aşkar edilmişdir. Azərbaycan Respublikasının Qida X1-Astara regional bölməsinin əməkdaşlarının iştirakı ilə X7 məxsus anbara baxış keçirilmiş İD********** nömrəli müraciət əsasında idxal olunmuş hazır sup məhsullarının sertifikatlaşdırılmadan satışı aşkar edilmiş, xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Bu səbəbdən məhsul partiyası ilə bağlı qəbul edilmiş xx.xx.2024-cü il tarixli İD**********-001 saylı “Qıda və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” Qərarın icrası mümkün olmamışdır. X11 tərəfindən xx.xx.2024-cü il tarixli İD********** nömrəli müraciət əsasında idxal edilmiş 10400 kq “Elit” əmtəə nişanlı hazır sup məhsul partiyasının dövriyyəsinin dayandırılması, X11 tərəfindən xx.xx.2024-cü il tarixli İD********** nömrəli müraciət əsasında idxal edilmiş 10400 kq “Elit" əmtəə nişanlı hazır sup məhsulu partiyasının 10 (on) gün müddətində ticarət şəbəkələrindən geri çağırılması və bu bənddə göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə Agentliyin Lənkəran-Astara regional bölməsinə məlumat verilməsi, ticarət şəbəkələrindən geri çağırılmış qida məhsulları Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin məhsullar haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerdə saxlanılması qərara alınmışdır. - Poçt göndərişlərinin izlənməsinin surətindən görünür ki, MN seriyalı ******* nömrəli 26 noyabr 2024-cü il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərar 26 noyabr 2024-cü il tarixli, 3-44-8/2-Y-3105/2024 nömrəli məktubla göndərilmiş və SX037314489AZ poçt izlənmə kodu ilə 05 dekabr 2024-cü il tarixdə X7 çatdırılmışdır. - 09 iyul 2025-ci il tarixli ərizənin surətindən görünür ki, X11 MN seriyalı ******* nömrəli 26 noyabr 2024-cü il tarixli qərarın surətini almaq üçün Masallı rayon İcra və probasiya şöbəsinə müraciət etmiş və həmin tarixdə qərarları almışdır. - Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 15 noyabr 2024-cü il tarixli protokolun təsdiq olunmuş surətindən görünür ki, X11 tərəfindən İran İslam Respublikasından idxal edilmiş “Elit” ə/n hazır sup (İD********** nömrəli, çəkisi 10400 kq) məhsulları (sınaq nəticəsi uyğunsuz çıxmış) barədə qəbul edilmiş “ “İD**********-001” nömrəli qərarın icra edilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xətanı törədən şəxs X11 15 noyabr 2024-cü il tarixdə imza edərək protokolun surətini qəbul etmişdir. - Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 26 noyabr 2024cü il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki, X11 tərəfindən İran İslam Respublikasından idxal edilmiş “Elit” ə/n hazır sup (İD********** nömrəli, çəkisi 10400 kq) məhsulları (sınaq nəticəsi uyğunsuz çıxmış) barədə qəbul edilmiş “ “İD**********-001” nömrəli qərarın icrası icra edilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən 4000 manat məbləğində şərti olaraq cərimə edilmişdir və 10 (on) gün vaxt verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallaına əsasən müəyyən olunur ki, X11 tərəfindən İran İslam Respublikasından 15 iyul 2024-cü il tarixli, İD********** nömrəli müraciət əsasında idxal edilmiş ümumi çəkisi 10400 kq olan “Elit” əmtəə nişanlı makaron supu məhsullarında AQTİ (Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu)-nun X9 Laboratoriyasının 11 oktyabr 2024-cü il tarixli, AZ-21060186/LAB16-24091-T-091 nömrıli sınaq protokoluna əsasən GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) aşkar edilmişdir. Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin №İD**********-001 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarına əsasən həmin məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilərək qərar qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyasının Agentlik əməkdaşlarının iştirakı ilə 10 (on) gün müddətində məhv edilməsi qərara alınmışdır. Lakin “Qıda və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” xx.xx.2024-cü il tarixli İD**********- 001 saylı qərarın icrası mümkün olmadığından İD-G-001 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarla məhsul partiyasının 10 (on) gün müddətində ticarət şəbəkələrindən geri çağırılması, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin məhsullar haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerdə saxlanılması qərara alınmışdır. X11 tərəfindən İran İslam Respublikasından idxal edilmiş “Elit” ə/n hazır sup (İD********** nömrəli, çəkisi 10400 kq) məhsulları (sınaq nəticəsi uyğunsuz çıxmış) barədə qəbul edilmiş “İD**********-001” nömrəli qərar icra edilmədiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan MN seriyalı ******* nömrəli 15 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 26 noyabr 2024-cü il tarixli qərara əsasən X3 Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində şərti olaraq cərimə edilmişdir və 10 (on) gün vaxt verilmişdir. Həmin qərar SX037314489AZ poçt izlənmə kodu ilə 05 dekabr 2024-cü il tarixdə X7 çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 tənbeh vermə haqqında qərarı 05 dekabr 2024-cü il tarixdə qəbul etmiş, qərardan şikayət isə 16 iyul 2025-ci il tarixdə verilmişdir. Qərardan şikayət etmək üçün nəzərdə tutulmuş 10 (on) gün müddət ötürülməsinə baxmayaraq X11 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət təqdim olunmamışdır. Bundan başqa inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikasının Qida X2-Astara regional bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 26 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti təmin edilməsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar