Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1662/2025 01.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X15 və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 nümayəndəsi Nümayəndə iştirakları ilə, X5 Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin X2 inzibati tənbeh vermə haqqında 26 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 Masallı Rayon Məhkəməsinə şikayətlə müraciət edərək barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 əməkdaşları tərəfindən tərtib edilmiş 26 noyabr 2024-cü il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsi və inzibati işə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Masallı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Özünə məxsus ticarət obyektinə İran İslam Respublikasından qida məhsulları gətirib satırlar, həmin məhsullar tam keyfiyyətli və istifadə müddəti olan mallardır. Qida Təhlükəsizliyinin işçiləri onun ticarət obyektinə gələrək araşdırma aparmışlar, heçnə tapa bilməmişlər, sonra satışa verilmiş kraker məhsulunun yoxlaması zamanı uyğunsuzluq olduğunu demişlər və buna görə ona 26 noyabr 2024-cü ildə inzibati qərar çıxararaq onun 4000 manat cərimə etmişlər. Lakin barəsində qəbul edilmiş qərar ona göndərilməmiş, o, həmin qərardan icra şöbəsindən ona zəng gələndən sonra məlumatı olmuşdur. Bundan sonra o, icraya ərizə yazaraq həmin qərarları alıb şikayət vermişdir. Belə ki, iş üzrə Qida Təhlükəsizliyi onun obyektində yoxlama aparandan sonra işin araşdırılması üçün Korrupsiya idarəsinə materialları göndərmişdir, lakin korrupsiya prokurorluğunda aparılan araşdırmanın nəticəsindən məlumatı daha olmamışdır. Hazırda barəsində qəbul edilmiş inzibati qərar qanunsuz və ədalətsizdir. Qəbul edilmiş qərarın araşdırılmasını və əsassız olduğundan ləğv edilməlidir. Odur ki, barəsində tərtib edilmiş MN-0010853 saylı xx.xx.2024-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi, inzibati icraat materialına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. X8 məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, o 4000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərara etiraz edir, qərar heç bir sistemdə görünmür, sadəcə agentliyin verdiyi kodla görünür. Amma agentliyi hesabında varki bir manatda agentliyə borcu olsa həmin sistemdə bağlanır. Amma yazdıqları cərimə görsənmir. Poçtalyon qərarı ona verməmişdir. Lakin agentlik verildiyini bildirir. Poçta gedib qərarı istəmiş poçtdan ona poçtalyonun olmadığını gətirib təqdim etmədiyini bildirmişlər. Məhkəmədən şikayətinin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, X23 qida məhsullarının Azərbaycan Respublikasına idxalı ilə məşğuldur. xx.xx.2024-cü il tarixində düşür, müraciəti ilə xx.xx.2024-cü il tarixlidir. Kraker məhsullarının ölkəyə idxalı ilə bağlı X11 müraciət daxil olub. 824.64 kq Nadi əmtəə nişanlı Kraker məhsulları ölkəmişə idxal olunmuşdur. Budakı risk dəhlizinə uyğun olaraq agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək labaratoriya təqdim olunmuşdur. Məhsulların tərkibində GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) aşkar edilmişdir. GMO-da Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq GMO-lu məhsulların idxalı ölkəmizə qadağandır. Mövcud uyğunsuzluqlarla bağlı onların labaratoriyanın, AQTİ (Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu) X18 Laboratoriyasının sınaq protokolu vardır. 24 oktyabr 2024-cü il tarixli, “İD**********-001” nömrəli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” haqqında qərar qəbul edilmişdir. Qərar sahibkara göndərilmiş və çatdırılmışdır. Sahibkar qərarı icra etməmişdir. İcra etməməsinin səbəbidə məhsulların satılması olmuşdur. Agentliyi əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə sahibkara məxsus anbara baxış keçirilmiş və orada sahibkar X15 iştirakı ilə akt tərtib olunmuşdur. Məhsulların satıldığı və satılma səbəbindən AQTA-nın müvafiq qərarının icra edilməsinin mümkünsüz olduğu ortaya çıxmışdır və İXM-nin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X9 özü imza çəkmiş və onun bir surəti X16 təqdim edilmişdir. 26 noyabr 2024cü il tarixli MN № ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərar qəbul edilmiş, 26 noyabr 2024-cü il tarixli, 3-44-8/2-Y-3105/2024 nömrəli məktub SX037314489AZ poçt izlənmə kodu ilə 05 dekabr 2024-cü il tarixdə X16 çatdırılmışdır. Qərar çatandan sonra 10 gün müddəti gözləmişlər sahibkara ikinci bir məktub göndərmişlər. Qərarın qəbul olunmasında və qüvvəyə minməsindən artıq 7-8 ay keçməsinə baxmayaraq indi şikayət vermişdir. xx.xx.2024-cü il tarixdə sahibkara şərti qərarın qüvvəyə minməsi ilə bağlı məktub göndərmişlər. Qərardan məhkəməyə şikayət verilərkən İXM-nin 130-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar vətəndaşa çatdırıldığı vaxtdan 10 gün ərzində şikayət verilə bilərdi. X23 bu müddəti ötürmüşdür. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 №İD**********-002 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarının təsdiq olunmuş surətindən görünür ki, İran İslam Respublikasından idxal olunmuş, “X25 Maddələri Sənaye” şirkətinin istehsalı olan xx.xx.2024-ci il istehsal tarixli, xx.xx.2025-ci il son istifadə tarixli, 270 partiya nömrəli, ümumi çəkisi 824.64 kiloqram olan “Nadi” əmtəə nişanlı kraker məhsulu partiyasında xx.xx.2024-cü il tarixli, AZ- 21060186/LAB16-24094-T-094 saylı tədqiq (sınaq) nəticələrinə dair protokola əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəriciləri normativ standartın tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Ona görə də, X15 xx.xx.2024-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında İran İslam Respublikasından idxal olunmuş, “X25 Maddələri Sənaye” şirkətinin istehsalı olan xx.xx.2024-ci il istehsal tarixli, xx.xx.2025-ci il son istifadə tarixli, 270 partiya nömrəli, ümumi çəkisi 824.64 kiloqram olan “Nadi" əmtəə nişanlı kraker məhsulu partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilməsi, həmin məhsul partiyasının qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyasının Agentlik əməkdaşlarının iştirakı ilə 10 (on) gün müddətində məhv edilməsi, bu qərarın surətinin 2 (iki) iş günü müddətində sahibkar X16 göndərilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 № İD-G-002 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarının təsdiq olunmuş surətindən görünür ki, vəzifəli şəxs X23 tərəfindən idxal olunan qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar üçün idxal sağlamlıq aktının verilməsi üçün xx.xx.2024-cü il tarixli İD********** nömrəli müraciət daxil olmuşdur. Müraciət “Lisenziya və İcazələr haqqında Azərbaycan Respublikasının Qanununa və Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq qaydada icraata götürülmüşdür. xx.xx.2024-cü il tarixli, İD********** nömrəli müraciət əsasında İran İslam Respublikasından idxal edilmiş 824.64 kq “Nadi" əmtəə nişanlı kraker məhsulu partiyasından götürülən nümunələrin tədqiq (sınaq) nəticələrinə dair protokola əsasən tədqiq edilmiş nümunələrdə GMO (35 S promotor) aşkar edilmişdir. Azərbaycan Respublikasının Qida X1-X14 əməkdaşlarının iştirakı ilə X16 məxsus anbara baxış keçirilmiş İD********** nömrəli müraciət əsasında idxal olunmuş kraker məhsullarının sertifikatlaşdırılmadan satışı aşkar edilmiş, xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Bu səbəbdən məhsul partiyası ilə bağlı qəbul edilmiş xx.xx.2024-cü il tarixli İD**********-002 saylı “Qıda və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” Qərarın icrası mümkün olmamışdır. X23 tərəfindən xx.xx.2024-cü il tarixli İD********** nömrəli müraciət əsasında İran İslam Respublikasından idxal edilmiş 824.64 kq “Nadi” əmtəə nişanlı kraker məhsul partiyasının dövriyyəsinin dayandırılması, X23 tərəfindən xx.xx.2024-cü il tarixli İD********** nömrəli müraciət əsasında idxal edilmiş 824.64 kq “Nadi" əmtəə nişanlı kraker məhsulu partiyasının 10 (on) gün müddətində ticarət şəbəkələrindən geri çağırılması və bu bənddə göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə Agentliyin Lənkəran- Astara regional bölməsinə məlumat verilməsi, ticarət şəbəkələrindən geri çağırılmış qida məhsulları Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin məhsullar haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerdə saxlanılması qərara alınmışdır. Poçt göndərişlərinin izlənməsinin surətindən görünür ki, MN seriyalı ******* nömrəli 26 noyabr 2024-cü il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərar 26 noyabr 2024-cü il tarixli, 3-44-8/2-Y-3104/2024 nömrəli məktubla göndərilmiş və SX037314489AZ poçt izlənmə kodu ilə 05 dekabr 2024-cü il tarixdə X16 çatdırılmışdır. 09 iyul 2025-ci il tarixli ərizənin surətindən görünür ki, X23 MN seriyalı ******* nömrəli 26 noyabr 2024-cü il tarixli qərarın surətini almaq üçün Masallı rayon İcra və probasiya şöbəsinə müraciət etmiş və həmin tarixdə qərarları almışdır. Azərbaycan Respublikasının Qida X6-Astara regional bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 15 noyabr 2024-cü il tarixli protokolun təsdiq olunmuş surətindən görünür ki, X23 tərəfindən İran İslam Respublikasından idxal edilmiş “Nadi” ə/n kraker (İD********** nömrəli, çəkisi 824.64 kq) məhsulları (sınaq nəticəsi uyğunsuz çıxmış) barədə qəbul edilmiş “İD**********-002” nömrəli qərarın icra edilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xətanı törədən şəxs X23 15 noyabr 2024-cü il tarixdə imza edərək protokolun surətini qəbul etmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi X13 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 26 noyabr 2024cü il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki, X23 tərəfindən İran İslam Respublikasından idxal edilmiş “Nadi” ə/n kraker (İD********** nömrəli, çəkisi 824.64 kq) məhsulları (sınaq nəticəsi uyğunsuz çıxmış) barədə qəbul edilmiş “İD**********-002” nömrəli qərarın icrası icra edilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən 4000 manat məbləğində şərti olaraq cərimə edilmişdir və 10 (on) gün vaxt verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallaına əsasən müəyyən olunur ki, X23 tərəfindən İran İslam Respublikasından xx.xx.2024-cü il tarixli, İD********** nömrəli müraciət əsasında idxal edilmiş ümumi çəkisi 824.64 kq olan “Nadi” əmtəə nişanlı kraker məhsullarında AQTİ (Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu)-nun X18 Laboratoriyasının xx.xx.2024-cü il tarixli, AZ- 21060186/LAB16-24094-T-094 nömrıli sınaq protokoluna əsasən GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) aşkar edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 №İD**********-002 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarına əsasən həmin məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilərək qərar qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyasının Agentlik əməkdaşlarının iştirakı ilə 10 (on) gün müddətində məhv edilməsi qərara alınmışdır. Lakin “Qıda və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” xx.xx.2024-cü il tarixli İD**********-002 saylı qərarın icrası mümkün olmadığından İD-G-002 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarla məhsul partiyasının 10 (on) gün müddətində ticarət şəbəkələrindən geri çağırılması, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin məhsullar haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerdə saxlanılması qərara alınmışdır. X23 tərəfindən İran İslam Respublikasından idxal edilmiş “Nadi” ə/n kraker (İD********** nömrəli, çəkisi 824.64 kq) məhsulları (sınaq nəticəsi uyğunsuz çıxmış) barədə qəbul edilmiş “İD**********-002” nömrəli qərar icra edilmədiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan MN seriyalı ******* nömrəli 15 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi X13 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 26 noyabr 2024-cü il tarixli qərara əsasən X10 Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində şərti olaraq cərimə edilmişdir və 10 (on) gün vaxt verilmişdir. Həmin qərar SX037314489AZ poçt izlənmə kodu ilə 05 dekabr 2024-cü il tarixdə X16 çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarınsurətibu Məcəllənin57-ci maddəsindənəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdanon gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayətvə ya protestverilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayətvə ya protestverən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X10 tənbeh vermə haqqında qərarı 05 dekabr 2024-cü il tarixdə qəbul etmiş, qərardan şikayət isə 16 iyul 2025-ci il tarixdə verilmişdir. Qərardan şikayət etmək üçün nəzərdə tutulmuş 10 (on) gün müddət ötürülməsinə baxmayaraq X23 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət təqdim olunmamışdır. Bundan başqa inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X15 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 26 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1662/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1662/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver