Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1663/2025 17.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakları ilə, xx.xx.1984-cü ildə Masallı rayonu, Gəyəçöl kəndində doğulmuş, Masallı rayonu, Gəyəçöl kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-2404/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin 2(050)-1003/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu ildə anadan olmuş X5 və xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün müəyyən edilmiş bir uşağa görə 100 (yüz) manat, cəmi 200 manat miqdarı artırılaraq hər ay bir uşaq üçün 150 manat müəyyən olunmaqla Şəxs alınaraq X2 ödənilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-177/2019 saylı, 06 may 2019-cu il tarixli qətnaməsi ilə X4 müalicəsi ilə əlaqədar əlavə xərclərə görə 50 (əlli) manat sabil pul məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq 100 (yüz) manat müəyyən edilmiş və həmin məbləğ Şəxs alınaraq X2 ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2404/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin 2(050)-1003/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu ildə anadan olmuş X5 və xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün müəyyən edilmiş bir uşağa görə 100 (yüz) manat, cəmi 200 manat miqdarı artırılaraq hər ay bir uşaq üçün 150 manat müəyyən olunmaqla Şəxs alınaraq X2 ödənilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-177/2019 saylı, 06 may 2019-cu il tarixli qətnaməsi ilə X4 müalicəsi ilə əlaqədar əlavə xərclərə görə 50 (əlli) manat sabil pul məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq 100 (yüz) manat müəyyən edilmiş və həmin məbləğ Şəxs alınaraq X2 ödənilməsi qət edilmişdir. Borclunun hazırkı tarixədək 7500 manat ödənilməmiş borcunun yığıldığı müəyyən olunmuşdur. Tələbkarla əlaqə saxlanılmış və tələbkar 7500 manat borcdan borclunun ən azı 4000 manatını ödəməsini, qalan məbləğində ayda 700 manat olmaqla ödəməsini əks təqdirdə barəsində inzibati qaydada protokol tərtib olunaraq məhkəməyə verilməsini tələb edir. Borclu isə bu məbləği ödəyə bilməyəcəyini qeyd edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Rusiyada olduğu zaman yığılıb qalan borcdur, belə ki, o, Rusiyada yaşadığı zaman Ülkər Səfərova nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş onun isə bundan xəbəri olmamışdır. Rusiyadan qayıtdıqdan sonra alimentdən xəbəri olmuş və vaxtı-vaxtında borcunu ödəmişdir. Qalan 7500 manatda isə hazırda 1000 manatını ödəmək iqtidarındadır. Qalanını isə hər ay 500 manatdan ödəməyə imkanı çatır. Məhkəmədən ona kömək etməsini xahiş etdi. İş materialına əlavə edilmiş Kapital Bank kartına köçürmə qəbzdən görünür ki, ******4599 nömrəli kart hesabına 1000 manat ödəniş edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılmış şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd olunan inzibati xətanın obyekti ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurlarının qanuni tələblərini icra etməmədə ifadə olunur. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin həkərlərini davam etdirmiş olsun. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatından görünür ki, borclu icra sənədi üzrə yaranmış borcdan xəbərdar olduğunu, alment ödəməkdən yayınmaq fikrinin olmadığı, yaranmış borcundan bu gün 1000 manat ödədiyini, yaranmış qalan borcunu isə hər ay hissə-hissə ödəyəciyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, borclu Şəxs sözügedən iş üzrə yaranmış aliment borcundan 1000 manat ödəmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi borclu Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-2404/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələlərindən yayınmamış, işsiz olduğu üçün, yəni üzürlü səbələrdən izahatında aliment borcunu müvəqqəti olaraq tam olaraq ödəyə bilmədiyini, lakin yaxın müddət ərzində ödəyəcəyini bildirmiş, hətta ümumi borcundan 1000 manat ödəyərək icra sənədindəki tələbin bir hissəsini icra etmişdir. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, hazırkı iş üzrə borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1663/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1663/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver