Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1664/2025 17.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1982-ci il tarixdə Masallı rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Masallı rayonu, Təzəkənd ərazi dairəsi, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 17 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Masallı Rayon Məhkəməsinin 16(050)-159/2024 nömrəli, 06 dekabr 2024-cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X6 izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 16(050)-159/2024 nömrəli, 06 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən mülki iş üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 19 yanvar 2015-ci il təvəllüdlü X3 və 19 aprel 2016-cı il təvəllüdlü X1 üçün 06 dekabr 2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulmalıdır. İcraata başlama haqqında qərar ilə bildiriş borclu Şəxs tərəfindən qəbul edilmişdir. Borclu icra sənədini icra etməkdən boyun qaçırmış, bununla bağlı borclunun məcburi gətirilməsi barədə məhkəməyə təqdimat verilmiş, Masallı Rayon Məhkəməsinin 8(050)-190/2025 nömrəli 02 iyun 2025-ci il tarixli qərardadına əsasən Masallı Rayon Məhkəməsinin 16(050)-159/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olan borclu Şəxs Masallı rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Borclu 06 yanvar 2025-ci il tarixdə 300 manat aliment ödəsə də, sonrakı aylar ödəniş etməmiş və icra sənədi üzrə cəmi 1800 manat məbləğində borcu yaranmışdır. Borclu öz hərəkətləri ilə icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, hər iki böyrəyində daş olduğundan və nevroz xəstəliyindən əziyyət çəkdiyindən heç bir yerdə işləyə bilmir. Maddi cəhətdən imkanı olmadığından alimenti ödəyə bilmir. Barəsində hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı Rayon Məhkəməsinin 16(050)-159/2024 nömrəli, 06 dekabr 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, mülki iş üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 19 yanvar 2015-ci il təvəllüdlü X3 və 19 aprel 2016-cı il təvəllüdlü X1 üçün 06 dekabr 2024-cü il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulmalıdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 12 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 16(050)-159/2024 nömrəli, 06 dekabr 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında 12 dekabr 2024-cü il tarixli bildirişindən görünür ki, Masallı Rayon Məhkəməsinin 16(050)-159/2024 nömrəli, 06 dekabr 2024-cü il tarixli icra sənədi üzrə tələbin borclu Şəxs könüllü qaydada icrası tələb olunmuş, bildirişə borclu öz imzası ilə qəbul etmişdir. - Masallı Rayon Məhkəməsinin 8(050)-190/2025 nömrəli 02 iyun 2025-ci il tarixli qərardadından görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olan borclu Şəxs Masallı rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. - Şəxs 29 yanvar 2025-ci il tarixli izahatından görünür ki, 16(050)-159/2024 nömrəli, 06 dekabr 2024-cü il tarixli icra sənədi barədə xəbəri vardır, maddi vəziyyətinin aşağı olması və hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Bununla əlaqədar əvvəl inzibati sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona məlumat verilmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun 17 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Masallı Rayon Məhkəməsinin 16(050)-159/2024 nömrəli, 06 dekabr 2024-cü il tarixli icra sənədi üzrə tələbin icrası ilə əlaqədar borclu Şəxs könüllü qaydada icrası tələb olunmuşdur. Bununla əlaqədar əvvəl inzibati sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona məlumat verilmişdir. - Şəxs 17 iyul 2025-ci il tarixli izahatından görünür ki, 16(050)-159/2024 nömrəli, 06 dekabr 2024-cü il tarixli icra sənədi barədə xəbəri vardır, maddi vəziyyətinin aşağı olması və işsiz olduğundan ödəniş edə bilmir. Bununla əlaqədar əvvəl inzibati sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona məlumat verilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və xəstəliyini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, xəstəliyini nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərar edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1664/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1664/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver