Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1665/2025 05.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan X2 iştirakları ilə X2 Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 11 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən 11 iyul 2025-ci il tarixdə, saat 16:30 radələrində Masallı rayonu Ələt-Astara-İran yolu ünvanında yerləşən “Məhəmmədoğlu mebel və aksesuarlar” adlı obyektin reklam yayıcısı X5 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş tam və vaxtında yerinə yetirilməmişdir. Bununla da, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X7 İdarəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, Masallı rayonu Ələt-Astara-İran yolu ünvanında yerləşən “Məhəmmədoğlu mebel və aksesuarlar” adlı obyektinin fərdi sahibkarı X5 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş yerinə yetirilməmişdir. X3 Masallı rayonu Ələt-Astara-İran yolu ünvanında yerləşən “Məhəmmədoğlu mebel və aksesuarlar” adlı obyektin üzərində (açıq məkanda) yayımladığı reklamlarla bağlı 5 (beş) gün müddətində müvafiq icazənin alınması üçün X7 İdarəsinə müraciət etməsi tələb olunmuş, əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş və sahibkar X3 qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazə sistemində, heç bir mövcüd reklamın yerləşdirilməsi barədə icazə müqaviləsi aşkar edilməmişdir. İcazə müqaviləsinin bağlanması üçün idarəyə müraciət etməmiş, həmçinin sahibkara əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmiş və 30 iyun 2025-ci il tarixli teleqrama əsasən X3 çatdırılmışdır. Bu əmələ görə X7 İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə işə baxılan zaman X3 pərakəndə reklamların yığışdırılması, vahid bir reklam yerləşdirilməsi təklif olunmuşdur. Turac Quliyev hər dəfə mövcud tələblərə əməl edəcəyini bildirsə də, qeyd olunun tələblərə əməl etməmişdir. Qeyd edilənlərə əsasən X2 barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X5 izahatında bildirmişdir ki, şəhid atası olduğu üçün X7 İdarəsi tərəfindən ona mağazanın açıq məkanda reklamı ilə bağlı 1 il möhlət verilmişdir. Sonra X7 İdarəsinin nümayəndələri gələrək reklamı ilə bağlı müqavilə bağlamağı tələb etmişlər. Eyni zamanda bununla bağlı onun ünvanına yazılı göstəriş göndərmişlər. Lakin göstərişdən sonra onun gedib müqavilə bağlaması üçün vaxtı olmamışdır. İşə məhkəmədə baxılan zaman X7 İdarəsi tərəfindən pərakəndə reklamların yığışdırılması təklif olunmuşdur. O, qeyd olunan tələbə əməl edəcəyinə vəd verdiyi üçün məhkəmədə tərəfindən bunun üçün ona vaxt verilmişdir, lakin o, qeyd olunan tələbi yerinə yetirməmişdir. Reklamların orada qalması üçün yuxarı orqanlara müraciə edəcəkdir. Belə ki, mağaza yoldan kənarda olduğu üçün reklamların orda qalmasını istəyir. Şəhid atası olduğu üçün nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən - müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 03 iyun 2025-ci il tarixli 01 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 Masallı rayonu Ələt-Astara-İran yolu ünvanında yerləşən “Məhəmmədoğlu mebel və aksesuarlar” adlı obyektin ətrafında “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla müvafiq icazə sənədi olmadan açıq məkanda ümumi ölçüsü 20 m2 olan digər fasad və ümumi ölçüsü 25 m2 olan ayrıca dayaqlı reklamlarının yayımlanması faktı aşkar edilmişdir. İs.adra.gov.az icazələr sistemində göstərilən reklamların yayımlanması ilə bağlı icazə sənədi aşkar edilmədi. - 03 iyun 2025-ci il tarixli, 11-3-6/2-732/2025 nömrəli yazılı göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən X3 Masallı rayonu Ələt-Astara-İran yolu ünvanında açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 5 (beş) gün müddətində X7 İdarəsinə müraciət etməsi tələb olunmuş, əks halda reklamın (reklamların) yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. - 21 iyun 2025-ci il tarixli, 11-3-6/2-825/2025 nömrəli bildirişdən görünür ki, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən sahibkar X3 qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazə sənədlərinin alınması və icazə müqaviləsinin bağlanması üçün idarəyə müraciət etməsi tələb olunmuş, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. - 11 iyul 2025-ci il tarixli 01 nömrəli baxış aktından görünür ki, Masallı rayonu Ələt- Astara-İran yolu ünvanında yerləşən “Məhəmmədoğlu mebel və aksesuarlar” adlı obyektində açıq məkanda qanunsuz reklam yayımının aşkar edilməsi haqqında tərtib edilmiş baxış aktını, inzibati xəta törədən şəxs kimi hüquq və vəzifələri barədə olan bildirişi, o cümlədən inzibati xəta haqqında protokolu X5 imza etməkdən və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatından görünür ki, X2 ********** nömrəli VÖEN-i vardır və 6 saylı Ərazi Vergilər Baş İdarəsində uçota vergi ödəyicisi kimi uçota alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 saylı Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Məhkəmə X7 İdarəsinin nümayəndəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan reklam yayımı hallarını müəyyən etdikdə icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etmək hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur. X7 İdarəsi bu səlahiyyətə istinad edərək X3 yayımladığı reklamla bağlı müvafiq yazılı göstəriş vermiş, sonuncu isə müvafiq icazəni almadan reklam yayımını davam etdirmişdir. Bununla da, X5 Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, X5 həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. X5 (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi fəaliyyət göstərdiyindən və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs X2 ilk dəfə inzibati xəta törətməsini, şəhid atası olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında X2 əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, X2 şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1665/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1665/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver