Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1668/2024 02.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozaraq yol hərəkəti qaydalarının əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanunu qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə inzibati xəta törədən şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o, hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şəxs həmin inzibati xətanı törətməsi xx.xx.2024-cü il tarixdə tərtib olunmuş EQ20589886 saylı inzibati xəta haqqında protokol, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilinib cərimə edilməsinə dair EQ20589886 nömrəli inzibati xəta haqqında işlə bağlı qərara dair mərkəzi məlumat bazasından çıxarışın surəti, habelə iş materialları ilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi qanuna uyğundur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib 6 (alltı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə hazırkı qərarı qəbul etmiş hakim vasitəsi ilə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ellara Abbasova MƏHKƏMƏİCLASİNİN PROTOKOLU Masallı Rayon Məhkəməsi İş № 3(050)-1668/2024 02 sentyabr 2024-cü il Masallı şəhəri Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1 ikatibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 17:40-da başladı. Sədrlik edən məhkəmə iclasını açıb baxılacaq işi elan edir və məhkəmə iclasında iştirak edən şəxslərin məhkəmə iclasına gəlmələri barədə məruzə etmək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə iclasında iştirak etmədiyini bildirdi. Sədrlik edən yerində müşavirə edərək q ə r a r a a l d ı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən iş materiallarını araşdırıraraq göstərir. İşə əlavə olunmuş EQ20589886 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozaraq yol hərəkəti qaydalarının əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanunu qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində xx.xx.2024-cü il tarixdə tərtib olunmuş EQ20589886 saylı inzibati xəta haqqında protokol, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilinib cərimə edilməsinə dair EQ20589886 nömrəli inzibati xəta haqqında işlə bağlı qərara dair mərkəzi məlumat bazasından çıxarışın surəti, habelə iş materialları ilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Sədrlik edən müşavirə elan edib, müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra qərarı elan edir, qərardan apellyasiya şikayəti vermək, habelə protokolla tanış olub protokola qeydlər vermək qaydasını izah edir. Məhkəmə iclası 02 sentyabr 2024-cü il tarixdə saat 17:50-də bağlı elan olundu. Məhkəmə iclas protokolu 02 sentyabr 2024-cü il tarixdə tətib olunmuşdur. Hakim: Abbasova Ellara Həsən qızı Katib: X2
Məhkəmə qərarları › İş №3(050)-1668/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1668/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver