Məhkəmə qərarları › İş №3(050)-1672/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1672/2024

21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1672/2024 21.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-ci tağımının yol patrul xidmətinin inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1995-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334- 1.1-ci maddələri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-ci tağımından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-ci tağımının yol patrul xidmətinin inspektoru, polis baş serjantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsi ilə inzibati xəta haqqında 21 avqust 2024-cü il tarixli, İPX ******* saylı protokol tərtib edilərək baxılması üşün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs 20 avqust 2024-cü il tarixdə, saat 18:23 radələrində köhnə Ələt-Astara yolunun 178-ci km idarə etdiyi “X5 816” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr qaydalarını pozduğuna görə nəzarət qaydasında saxlanıldıqda avtomobili sürücülük hüququ olmadan narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində “X5 816” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomaşınla köhnə Ələt-Astara yolunun 178-ci km hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğundan YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşları onun sərxoş olmasından şübhələndikləri üçün müayinəyə aparılmış və müayinə zamanı onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunmuşdur. Avtomobili idarə edərkən narkotik vasitənin təsiri altında olmamışdır. O, narkotik vasitəsini təxminən bir ay bundan əvvəl qəbul etmişdir. Hazırda etdiyi əməldən səmimi peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Protokolu tərtib etmiş yol patrul xidmətinin inspektoru, polis baş serjantı X3 məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 18:23 radələrində köhnə Ələt-Astara yolunun 178-ci kilometrliyində “X5 816” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sürücü manevr qaydalarını pozduğu üçün onun tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini narkotik vasitə istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Lənkəran Rayonlararası Narkoloji Xəstəxanası tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli, 262 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs narkotik vasitə qəbulundan yaranmış sərxoşluq vəziyyəti müəyyən edilmişdir. İş materiallarında olan 21 avqust 2024-cü il tarixli portaldan çıxarışdan görünür ki, Şəxs sürücülük hüququ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.27-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə 6 ay müddətə məhdudlaşdırılmışdır. Məhkəmə prosses iştirakçılarını dinləyib, işdə olan sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, Şəxs inzibati xəta törətməsi özünün etirafedici izahatı, inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edilməsi barədə müayinə aktı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 333-1.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 22 avqust 2022-ci il tarixdə 6 ay müddətinə məhdudlaşdırılmış, lakin üzərindən 1 il 6 ay keşməsinə baxmayaraq icra edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Göründüyü kimi Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən hal-hazıradək icra olunmamasına baxmayaraq səlahiyyətli şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 11-ci maddəsi nəzərə alınmadan Şəxs məsuliyyəti ağırlaşdırılmaqla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 11-ci maddəsinə əsasən (İXM-nin 11.1 maddəsi) Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. (İXM-nin 11.2. maddəsi) İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. (İXM-nin 11.3. maddəsi) İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta əməli tövsif edilərkən, onun törətmiş olduğu konkret əməlin cəhətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin dizpozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən hal əməlindən səmimi peşman olmasıdır. Onun əməlində inzibati tənbehi ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona qeyd edilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddəyə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 114-115, 117, 128-130, 146 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar