Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1677/2024 26.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yol-Patrul Xidməti Alayının Xİ tağımın YPX-nin inspektoru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Göyçay rayonu, 2-ci Ərəb kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. 25 avqust 2024-cü il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yol-Patrul Xidməti Alayının Xİ Tağımın YPX-nin inspektoru Nümayəndə məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:20 radələrində Köhnə Ələt-Astara avtomobil yolunun 153-cü km-də “ZAZ 968 M” minik markalı, ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməsi müəyyən edilmiş, onun alkoqol sərxoşluğu şübhəsi olduğundan tibbi müayinədən keçirilmiş, nəticədə onun nəqliyyat vasitəsini alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Qeyd edilən inzibati xətaya görə Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, “ZAZ 968 M” minik markalı, ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Köhnə Ələt-Astara avtomobil yolunun 153-cü km-də “ZAZ 968 M” minik markalı, ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən YPX-nin əməkdaşı ona saxlama işarə vermiş, YPX əməkdaşının əmrinə tabe olaraq avtomaşını yolun kənarına çəkib saxamışdır. Yoxlama zamanı avtomaşını sürücülük vəsiqəsi olmadan idarə etməsi müəyyən edilmiş, tibbi müayinədən yəni alkotesterdən keçirilmiş onda yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar olunmuş, bir müddət spirtli içki qəbul etdiyini etiraf etmişdir. Etdiyi əməldən peşmandır. Bir də belə hallara yol verməyəcəkdir. Sonda Şəxs yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yol-Patrul Xidməti Alayının Xİ Tağımın YPX-nin inspektoru Abıyev kamal İsrafil oğlu tərəfindən tərtib olunmuş 25 avqust 2024-cü il tarixli, İXP 64306505 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25.082024-cü il tarixdə saat 18:20 radələrində Köhnı Ələt-Astara avtomobil yolunun 153-cü km-dən keçən hissəsində “ZAZ 968 M” minik markalı, ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün sürücülük vəsiqəsi olmadan spirtli içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli 279 saylı tibbi müayinə protokolundan görünür ki, yoxlama zamanı Şəxs 0,37 promildə (yüngül dərəcəli) alkoqol sərxoşluğu müəyyən olunmuş, Şəxs “razıyam.” qeydlərini aparmaqla imzası ilə təsdiq etmişdir. Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, protokolu tərtib etmiş şəxsin izahatı inzibati xəta haqqında protokolla, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 334.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək, səmimi peşmançılıq çəkməsini, İİ dərəcəli əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1677/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1677/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver