Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1679/2024 04.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektor polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 16 avqust 2024-cü il tarixli, TP- 6688825 nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 16 avqust 2024-cü il tarixli, TP-6688825 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X5 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində “VAZ 21061” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Masallı RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılaraq, sənədləri yoxlanılmış, müəyyən olunmuşdur ki, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmişdir. Onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığına görə və digər qayda pozuntularına yol verməsi əsası ilə protokol tərtib edilmişdir. Şikayət vermiş şəxs bildirmişdir ki, onun sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsindən xəbəri olmamış, polis əməkdaşları sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsini bildirdikdə həmin gün yəni xx.xx.2024-cü il tarixdə gedib özünə yeni sürücülük vəsiqəsi götürmüşdür. Sonda T.M.Kazımov məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayətə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 16 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 09:40-da “VAZ 21061” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “müvafiq icra hakimiyyətinin orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlama tələbinin yerinə yetirilməsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə” qaydaları tələblərinin pozulması əsası ilə DİN-in Masallı RPŞ-in DYPB-nin Yol Patrul xidməti baş inspektor polis baş leytenantı X4, X2 Azərbaycan Respublikası İXM-nin 327.3-cü, 332.2-ci və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 manat məbləğində inzibati cərimə olunması barədə qərar qəbul etmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, X3 BC seriyalı, 376585 nömrəli sürücülük vəsiqəsi xx.xx.2024-cü tarixdə verilmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında dindirlən şəxs özü etiraf etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:40-da o, VAZ 21061” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman sürücülük vəsiqəsinin etibarlılıq müddəti qurtarmışdır. Polis əməkdaşları tərəfindən onun barəsində inzibati qaydada protokol tərtib edildikdən sonra həmin gün yəni xx.xx.2024-cü il tarixdə aidiyyəti orqana müraciət edərək, sürücülük vəsiqəsini dəyişdirmişdir. Həmçinin iş materiallarında olan elektron çıxarışdan göründüyü kimi X1 vəsiqəsinin verilmə tarixinin xx.xx.2024-cü il qeyd edilməsi onun ifadəsinin inandırıcı olmasına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-in 135.1.1-135.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İXM-in 332.2-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, DİN-in Masallı RPŞ-in DYPB-nin əməkdaşının inzibatı tənbeh vermə haqqında qərarı hadisənin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmişdir. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, inzibati xəta haqqında qərar qanuna uyğun olduğundan şikayət təmin edilməməlidir. Qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.1-135.1.6-cı maddələrində göstərilən əsaslar müəyyən edilməmişdir. Ona görə də şikayət verilmiş qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və İXM-in 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 tərəfindən verilmiş Masallı RPŞ-nin DYPB-nin YPX baş inspektor polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 16 avqust 2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət təmin edilməsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1679/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1679/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver