Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1679/2025 21.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Yardımlı rayonu Hamarkənd kəndində doğulmuş, Yardımlı rayonu Hamarkənd kəndində qeydiyyatda olmaqla Masallı rayonu Stansiya Təklə kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:57 radələrində “VAZ 21099” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu Təklə kəndi ərazisində hərəkətdə olan zaman saxlanılmış, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, həmçinin sərxoş vəziyyətdə avtomobili idarə etdiyi aşkar edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında idarə etdiyi avtomobillə Masallı rayonu Təklə kəndində yerləşən yaşadığı ünvana gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə olduğu zaman alkotestr müayinəsindən keçirilmiş və onun sərxoş olduğu müəyyən edilmişdir. Belə ki, o, həmin günü spirtli içki olan pivə içmişdir. Eləcədə onun sürücülük hüququ yoxdur. Altı uşağı vardır, həmin uşaqlardan ikisi azyaşlıdır. Ailəsini o, dolandırır. Məhkəmədən barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş etdi. Şəxs barəsində Masallı RPŞ-nin YPX-nin inspektoru polis serjantı X2 tərəfindən xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixdə saat 00:17 radələrində tərtib edilmiş alkotestr aktından görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmuşdur (alkoqolun miqdarı 4,177%). İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Şəxs generaliza olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, generaliza olunmuş toniko kloniki qıcolma tutmaları (ayda 4-6 dəfə), üzvi mənşəli emosional labil pozuntu. Böyrək və sidik axarının daş ilə tutulmuş hidronefrozu, sağ böyrək axarının anadangəlmə anomaliyasına görə aparılmış stentləşmədən (2019) sonrakı vəziyyət, sağ böyrəyin hidronefrozu İİ dərəcə. pielonefrit remissiya fazası, OU Qarışı qastiqmatizm. Pteriqium diaqnozu ilə üçüncü dərəcəli əlildir (təyinat tarixi xx.xx.2022-ci il, bitmə tarixi xx.xx.2027-ci il). İşdə olan xx.xx.2025-ci il tarixli 022180 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:10-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə azad edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə təyin edilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1679/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1679/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver