Məhkəmə qərarları › İş №3(050)-1680/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1680/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1680/2025 22.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1981-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Masallı rayonu, Masallı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 22 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Abasov X4 Rayon Məhkəməsinin 2(050)-62/2015 nömrəli, 23 yanvar 2015-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X8 izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-62/2015 nömrəli, 23 yanvar 2015-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 10 noyabr 2008-ci il təvəllüdlü X2 və 26 iyun 2011-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment X7 xeyrinə tutulmalıdır. İcraata başlama haqqında qərar ilə bildiriş borclu Şəxs tərəfindən 23 yanvar 2015-ci il tarixdə qəbul edilmişdir. Borclu icra sənədini icra etməkdən boyun qaçırmış, bununla bağlı Masallı Rayon Məhkəməsinin 8(050)-229/2017 nömrəli 13 aprel 2017-ci il tarixli qərarı ilə borclunun ölkədən getmək hüququ 1 (bir) il müddətinə müvəqqəti məhdudlaşdırılmışdır. Masallı Rayon Məhkəməsinin 3(050)-257/2017 nömrəli 07 mart 2017-ci il tarixli qərarına əsasən inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi lə 10 (on) gün müddətə, Masallı Rayon Məhkəməsinin 3(050)-307/2020 nömrəli 08 may 2020-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi lə 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Borclunun icra sənədi üzrə cəmi 18670 manat məbləğində borcu təşkil edir, həmin icra sənədi üzrə bu günədək hər-hansı ödəniş eməmişdir. Borclu öz hərəkətləri ilə icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 2020-ci ildən hal-hazıradək işləməmişdir. Təxminən 10 gün olar ki, fəhləliklə məşğul olur. Maddi cəhətdən imkanı olacağı halda alimentdən ödəniş aparacaqdır. İşləmədiyi üçün cərimə ödəmək iqtidarında deyildir. Ona görə də, barəsində aşağı həddə həbs növündə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı Rayon Məhkəməsinin 2(050)-62/2015 nömrəli, 23 yanvar 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 10 noyabr 2008-ci il təvəllüdlü X2 və 26 iyun 2011-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment X7 xeyrinə tutulmalıdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 23 yanvar 2015-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-62/2015 nömrəli, 23 yanvar 2015-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında 04 mart 2015-ci il tarixli bildirişindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-62/2015 nömrəli, 23 yanvar 2015-ci il tarixli icra sənədi üzrə tələbin borclu Şəxs könüllü qaydada icrası tələb olunmuş, bildirişə borclu öz imzası ilə qəbul etmişdir. - Şəxs 08 may 2020-ci il tarixli izahatından görünür ki, 2(050)-62/2015 nömrəli, 23 yanvar 2015-ci il tarixli icra sənədi barədə xəbəri vardır, 8750 manat məbləğində aliment borcu var, imkanı olmadığı üçün ödəyə bilmir. Bununla əlaqədar əvvəl inzibati sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona məlumat verilmişdir. - Şəxs 22 iyul 2025-ci il tarixli izahatından görünür ki, 2(050)-62/2015 nömrəli, 23 yanvar 2015-ci il tarixli icra sənədi barədə xəbəri vardır, 18670 manat məbləğində aliment borcu var, imkanı olmadığı üçün ödəyə bilmir. Bununla əlaqədar əvvəl inzibati sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona məlumat verilmişdir. - Masallı Rayon Məhkəməsinin 8(050)-229/2017 nömrəli 13 aprel 2017-ci il tarixli qərardadının surətindən görünür ki, xx xxxxxxx 1981-ci ildə Masallı rayonu, Mollahəsənli kəndində anadan olmuş Şəxs ölkədən getmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. - Masallı Rayon Məhkəməsinin 3(050)-257/2017 nömrəli 07 mart 2017-ci il qərardan görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi lə 10 (on) gün müddətə inzibati həbs edilmişdir. - Masallı Rayon Məhkəməsinin 3(050)-307/2020 nömrəli 08 may 2020-ci il qərardan görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi lə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən və İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, yəni onun hazırda tələbkara olan borcundan ödəniş aparmaq niyyətində olmadığını, hazırda özünün də, bildirdiyi kimi işləmədiyi üçün cərimə ödəmək iqtidarında olmadığını, maddi cəhətdən imkanı olacağı halda ödəniş aparacağını bildirməsini, yəni qeyd olunan icra sənədindəki tələbi üzürlü səbəb olmadan qərəzli olaraq icra etməməsini nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 22 iyul 2025-ci il tarixdən, saat 17:40-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 22 iyul 2025-ci il tarixdən, saat 17:40-dan hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abasov X6 rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar