Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1681/2025 23.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1957-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İş materiallarına əsasən Şəxs 18 iyun 2025-ci il tarixdə saat 17 radələrində ailə daxili mübahisə zamanı qızı Zərərçəkmiş şəxs ağac parcası ilə vuraraq xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından Masallı rayon Polis şöbəsinin təhqiqatçısı Əli Sadıqov tərəfindən 10 iyul 2025-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X3 tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirdi ki, 20 iyun 2025-ci il tarixdə Masallı şəhəri, Talışxanov küçəsində yaşayan Zərərçəkmiş şəxs Masallı RPŞ-nə ərizə ilə müraciət edərək 18 iyun 2025-ci il tarixdə anası Şəxs onu döyməsini göstərmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, Türkiyədən yeni qayıtmış və qızı Zərərçəkmiş şəxs 18 iyun 2025-ci il tarixdə onun yanına evinə gəlmişdir. Lakin qızı dava salaraq evin pəncərələrini qırmış, sonradan da, çıxıb getmişdir. Xəsarətlə bağlı onu deyə bilər ki, o, Türkiyədə olarkən nəvəsi ona zəng edərək Zərərçəkmiş şəxs inək vurduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs vurmamışdır. Təqsirinin olmadığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, anası Şəxs 23 mayda qızının yanına Türkiyəyə getmişdir. Onun qızını da, aparmağı təklif etmiş, o, da razı olmuşdur. Sonradan anasının onun uşağını Türkiyəyə satmağa apardığını bilib anasının yanına getmiş və evin pəncərələrini sındırmışdır. Uşağını tələb etdikdən sonra anası ona zərbələr endirmişdir. Həmin vaxt həyətdə qohumları olmuşdur. Anası pilləkəndən onu itələmiş və o, arxa tərəfi üstə yıxılmışdır. Həmin vaxt özündən getmiş, ayılanda anası əlində olan paya ilə sol ayağının diz hissəsinin yuxarı hissəsindən və belindən vurmuşdur. Həmçinin anası onu itələyərkən dizləri üstə yerə yıxılmışdır. Aralarında barışıq ola bilməz, uşağı qayıtmayanadək anası ilə barışmayacaqdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını və təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Masallı rayon Polis şöbəsinin təhqiqatçısı Əli Sadıqovun «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 10 iyul 2025-ci il tarixli qərarından görünür ki, Şəxs izahatında qeyd etmişdir ki, qızı Gülnar həyətdən çıxan zaman özünü qəsdən yerə yıxmışdır. O, qızını ağac ilə döyməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs ifadəsində anasının onu pilləkəndən itələdiyini və arxa tərəfi üstə yıxıldığını, daha sonra anasının onu itələdiyini və dizi üstə yıxıldığını bildirməsi ilə bağlı dəlilinə tənqidi yanaşır və ifadəsi həmin hissələrdə həqiqəti əks etdirmədiyindən sübut kimi qəbul etmir. Belə ki, zərərçəkmiş şəxs polis şöbəsində izahatında yalnız anasının onu ağac parçası ilə 3-4 dəfə ayaqlarından vurduğunu bildirmişdir. Məhkəmə iclasında da, anasının onu ağacla hansı hissələrindən xəsarət yetirməsi soruşulmuş, o isə anasının əlində olan paya ilə onun sol ayağının diz hissəsinin yuxarı hissəsindən və belindən vurduğunu bildirmişdir. Lakin məhkəmədə elan olunmuş məhkəmə-tibb ekspertizasının 20 iyun 2025-ci il tarixli, 558 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ və sol diz nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, ağac parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 18 iyun 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları dərəcəsi təyin edilmir. Göründüyü kimi Zərərçəkmiş şəxs anasının onu pilləkəndən itələdiyini və arxa tərəfi üstə yıxıldığını, həmçinin anasının onu paya ilə sol ayağının diz hissəsinin yuxarı hissəsindən və belindən vurduğunu bildirsə də, ekspert rəyində qeyd olunan hissələrdə xəsarətlər olması öz əksini tapmamışdır. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən və onun təqsirli olması məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1681/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1681/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver