Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1682/2024 28.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Masallı rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərmişdir ki, Masallı rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə yaşadığı Masallı rayonu Təzəkənd kəndi ərazisində fərdi yaşayış evinin həyətində olduğu vaxt əri Şəxs tərəfindən döydüyünü göstərmişdir. Aparılmış araşdırma zamanı toplanmış materialdan müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 rədlərində Masallı rayonu Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs yaşadığı evinin həyətində olduğu vaxtda arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəmnində mübahisə yaranmışdır. Aralarında yaranmış mübahisə zamanı Şəxs arvadı Zərərçəkmiş şəxs sol baldır nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirərək onu döymüşdür. Təhqiqat araşdırması zamanı Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi faktı öz təsdiqini tapmışdır. Araşdırma zamanı toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Lakin, İsgəndərov Şəxs Aidə Anar qızını döyərək ona qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi təsdiq edildiyindən əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Bu səbəbdən Şəxsnın barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla valideyinləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun arvadıdır. O, Zərərçəkmiş şəxs ilə 2022-ci il tarixdə ailə qurmuş, birgə nigahdan bir övladı vardır. Hal hazırda arvadı Zərərçəkmiş şəxs atasına məxsus olan Masallı rayonu, Şıxlar kəndində yerləşən evdə valideyinləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində yaşadığı evin həyətinə olduğu vaxt arvadı Zərərçəkmiş şəxs onun yaşadığı evin həyətinə daxil olmuş, Zərərçəkmiş şəxs haradan gəldiyin soruşduqda, sonuncu ona bibisi gildən gəldiyini bildirmişdir. Həmin vaxt o, arvadı Aidədən İsgəndərovadan kimdən icazə alıb getdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs ona cavab olaraq qaynatası Şahid icazə alıb getdiyini bildirmişdir. Bu səbəbdən aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs ona kinayə ilə “sən kişisən ki, səndən icazə alıb gedim” demişdir. Həmin vaxt atası Şahid arvadı Aidə İsgənorovaya iradlar bildirərək, onu yaşadıqları evin birnci mərtəbəsində olan dəhlizə salmışdır. Təxminən 20 dəqiqə sonra o, yaşadığı evin həyətində əl üz yuyanın yanında olduğu vaxtda orada olan stəkana öz ehtiyatsızlığından toxunduğu üçün stəkan yerə düşərək sınmışdır. Həmin vaxt o, yaşadığı evdən çıxaraq Masallı rayonu Təzəkənd kəndi ərazisinə getmişdir. Həmin vaxt o, və atası arvadı Şahid Zərərçəkmiş şəxs döyməmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı evdə olduğu vaxt arvadı Zərərçəkmiş şəxs ailə üzvləri onun yaşadığı evin həyətinə daxil olmuşlar. Həmin vaxt o, arvadı Aidənin valideyinləri ilə görüşərək, qayınatasına qızı Aidənin onun valideynlərinə cavab qaytarmasını və təhqir etməsini bildirmişdir. Qaynatası qızını aparmaq istədiyini və qızının onun tərəfindən döyüldüyünü bildirmişdir. Həmin vaxt o, qaynatasına qızı Zərərçəkmiş şəxs onun tərəfindən döyülmədiyini demişdir. Buna baxmayaraq, Aidə azyaşlı uşağını da götürüb valideynlərinin evinə getmişdir. Sonda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla valideynləri ilə birlikdə Masallı rayonu Şıxlar kəndində yaşayır. Şəxs onun əridir. O, əri Şəxs ilə 2022-ci ildə ailə həyatı qurmuş, birgə nigahdan bir övladı vardır. X2 ilə aralarında mütəmadi olaraq ailə münasibətləri zəmnində mübahisələr yaranmışdır. Aralarında yaranmış mübahisələrin və narazılıqların səbəbi qayınanasının onunla hər gün narazılıqlar yaratması ailəsinə müdaxilələr etməsi olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində qohumlarından yaşadığı ev gələrək həyətə daxil olduğu vaxt əri Məhərrəmli İsgəndərov maşınla evin həyətinə gəlmiş, ondan haradan gəldiyin soruşduqda, o, bibisi gildən gəldiyini bildirmişdir. Həmin vaxt Məhərrəməli ondan kimdən icazə alıb getdiyini soruşmuş, o da cavab olaraq qaynatası Şahid icazə alıb getdiyini bildirmişdir. Bu səbəbdən aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı kinayə ilə “sən kişisən ki, səndən icazə alıb gedim” demişdir. Bundan sonra Məhərrəməli İgəndərov əlində olan 2 ədəd stəkanı onun sol ayaq nahiyəsinə ataraq ayağına xəsarət yetirmiş, daha sonra yaşadığı evin həyətində olan ağac parçası ilə onu vurmaq istəmiş, qaynatası Nuriddin onu vurmasına imkan verməmiş, aparıb evin dəhlizində döyməsini bildirmişdir. Bundan sonra Məhərrəməli onu yaşadığı evin birnci mərtəbəsində dəhlizə salaraq orada yumruq ilə boyununun arxa nahiyəsinə bir dəfə qəsdən vuraraq onu döymüşdür. Aralarında yaranmış mübahisə 15-20 dəqiqə davam etmişdir. Aralarında yaranmış mübahisə zamanı orada qaynatası Şahid hadisə yerində olmuşdur. X3 dəfələrlə onu döysə də o, Masallı RPŞ-nə ərizə ilə müraciət etməmişdir. Hazırda əri Məhərrəməli ilə barışmaq istəmir, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid izahatında göstərmişdir ki, Şəxs oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir. Oğlu Şəxs arvadı Zərərçəkmiş şəxs ilə 2022-ci ildə ailə həyatı qurmuş, birgə nigahdan bir uaqları doğulmuşdur. Hazırda gəlini Zərərçəkmiş şəxs valideyinlərinə məxsus olan Masallı rayonu Şıxlar kəndində yerləşən evdə yaşayır. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olduğu vaxt gəlini Zərərçəkmiş şəxs ona yaxınlaşaraq icazə alaraq qonşuluqda yaşayan qohumlarıgilə getməsi üçün icazə istəmiş, Aidəyə qonşuya getməsinə icazə verərək tez gəlməsini bildirmişdir. Həmin vaxt oğlu yaşadığı evə gələrək gəlini Zərərçəkmiş şəxs ondan nə üçün icazəsiz getdiyinə görə irad bildirmiş, gəlini Zərərçəkmiş şəxs oğluna kinayə ilə “sən kişisən ki, səndən icazə alıb gedim” sözlərini demişdir. Həmin vaxt oğlu Məhərrəməli gəlini Aidəyə iradlar bildirərək, səsini kəsib evə girməsini bildirmişdir. O da gəlini Aidə İsgənorovaya iradlar bildirərək yaşadığı evin birinci mərtəbəsində olan dəhlizə salmışdır. Təxminən 20 dəqiqə sonra yaşadığı evin həyətində əl üz yuyanın yanında olduğu vaxtda orada olan stəkanları öz ehtiyatsızlığından toxunduğu vaxtda stəkan yerə düşərək sınmışdır. Bundan sonra oğlu yaşadığı evdən çıxaraq Masallı rayonu Təzəkənd kəndi ərazisinə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs heç kim döyməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş, baxış zamanı xx.xx.2024-cü il tarixdə Şahid məxsus Masallı rayonu, Təzəkənd kəndinə yerləşən fərdi yaşayış evinin həyətində tərəflər arasında bir-biri ilə kobud əl-qol hərəkətləri ilə danışıqları görünür, lakin şəxslərin birbirinə qarşı zor tətbiq edilməsi halları aşkar edilmir. Cinayət işinin rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati icraatın açılmasında ötrü material üzrə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X1 X4 məhkəmə tibbi ekspertinin xx.xx.2024-cü il tarixli, 712 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol baldır nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 28 iyul 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024 il tarixdə arvadı Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Şəxs əməlini etiraf etməyərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməməsini bildirməklə, məsuliyyətdən yaxa qurtarmağa cəhd etmiş, onun dediklərini yaxın qohumu olan atasından başqa heç kim təsdiq etməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs onun ayaq nahiyəsinə istəkanın atılaraq vurulduğunu, həmin vaxt istəkanın qırılaraq qırıntılarının həyətə səpələndiyini göstərmiş, Məhərrəməli istəkanların həqiqətən də qırıldığını bildirmiş, lakin arvadına atmadığını, ehtiyatsızlığından əlindən düşərək qırıldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, əgər həqiqətən də istəkanlar Şəxs əlindən ehtiyatsızlıqdan düşərək qırılmış olsa idi, sınmış istəkan hissələri kiçik bir hissəyə səpələnmiş olardı, lakin diskə baxış keçirildiyi zaman Aidənin süpürgə ilə istəkanların yığıldığı hissədən bir neçə metr kənarda şüşə qırıntılarını süpürərək təmizlədiyi görünür. Videoçəkilişdə Aidənin əlindəki süpürgə ilə həqiqətən də həyətə səpələnmiş şüşə qırıntılarını təmizləməsini Məhərrəməli və atası izahatlarında təsdiq etmişdilər. Bütün bunlar göstərir ki, baş vermiş hadisə Zərərçəkmiş şəxs göstərdiyi cərəyanda baş vermiş, yəni Məhərrəməli özündən bir neçə metr məsafədə olan arvadına istəkanı ataraq vurmuş, nəticədə istəkanların qırıntıları ətrafa yayılmışdır. Lakin, Məhərrəməli baş verənləri təkzib etməyə çalışmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində onun məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yuxarıda məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növünün hədləri daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1682/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1682/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver