Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1682/2025 24.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu Böyük Kolatan kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 8(050)-24/2025 saylı, 27 fevral 2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 31 yanvar 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.521 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 8(050)-24/2025 saylı, 27 fevral 2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 31 yanvar 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.521 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlakının olmadığı müəyyən edilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. Borclu əvvəllər borcunu ödəmişdir. Bu ildə müəyyən ödənişlər etmişdir. Lakin borclunun yığılıb qalmış borcu vardır ki, borclu həmin borcu ödəmir. Borclunun hazırda icra sənədi üzrə 1360 manat ödənilməmiş borcu vardır. Tələbkar borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu isə maddi imkanının yaranmış borcu ödəməyə imkan vermədiyini bildirir. Qeyd edilənlərə əsas barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, aliment kəsilən zaman nə qədər kəsilməsinə etirazı olmamışdır. İşlədiyi müddətdədə ödənişlərini etmişdir, mart ayınadəkdə heç bir problem olmamışdır. Lakin sonradan iş olmadığına görə 3 ay işsiz qalmışdır. Bu ayın əvvəlindən isə Bakı şəhərində fəhləlik işi tapmışdır. İmkan daxilində 400 manat ödəmişdir. Hazırdada gündəlik fəhləlik edir. Maddi cəhətdən ödəmək qabiliyyəti olmadığına görə borcu bu qədər yığılmışdır. Bu gün 150 manat borc edib gətirmişdir ki, ödəsin. Ondan artıq ödəyə bilmir. İmkanı yoxdur. İş olmadığı üçün ödəyə bilmir. Dünən də 400 manat ödəniş etmişdir. Uşaqları saxlaya bilmirsə versin ona o, saxlayacaqdır ondan alimentdə tələb etməyəcəkdir. Eləcədə tələbkar ingilis dili müəlliməsidir və onunla birlikdə yaşadığı zaman repititr fəaliyyəti ilə məşğul olmuşdur. Əgər bir cinayət etmişdirsə tutulsun, əgər tutulması qarşı tərəfi qane edərsə tutulsun. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, ata olan şəxs bir dəfədə olsuniki, qız uşağı ilə maraqlanmamışdır. Özü tək qadındır, atası rəhmətə getmiş, anası isə xəstədir və pensiya arılr, aldığı pensiyasını isə heç bir şeyə çatdıra bilmir. İki uşaqla xəstəxanaları gəzir, məktəb oxutdurur, uşaqların min bir tələbatı var, o, isə tək qadındır. Borclu əvvəlcədən alimenti ödəməyəcəyini bildirmiş və ödəmir. Ödənişləri isə hər dəfə icra məmuru onu axtarışa verir, aliment pulu yığılır, o, əziyyət çəkir. Uşaqlar ata sevgisi görməyiblər. Borclu Bakı şəhərində işləyir qazanc əldə edir. O, isə heç bir yerdə işləmir. Şikayətçidir. Hər ayda alimentini vaxtı vaxtınıda ödəsin. Uşaqlar xəstə olduğunda borc etmiş, borcun tam şəkildə ödənilməsini tələb edir. Məhkəmədən qanunu qərar qəbul edib onun tutulmasını xahiş edir. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 24 iyul 2025-ci il tarixdən, saat 12:10-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1682/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1682/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver