Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1684/2024 27.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X9, zərərçəkmiş şəxs X5, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Masallı rayonu, Bala Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu Bala Təklə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş 27 avqust 2024-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X6 döyərək, dərəcəsi təyin olunmayan bədən xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin sahə rəisi, X11 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 18:15-də Masallı RMX-dan növbətçi həkim R.Ağayev Masallı RPŞ-nin NH-yə məlumat verərək, Masallı rayonu Bala Təklə kənd sakini 1983-cü il təvəllüdlü X1 qulaq seyvanın əziyi diaqnozu ilə RMX-na daxil olması barədə məlumat vermişdir. Deməsinə görə qonşusu tərəfindən döyülüb. Eyni zamanda X8 xx.xx.2024 cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 17 radələrində yaşadığı Masallı rayonu Bala Təklə kəndi ərazisində yerləşən küçədə onunla qonşuluqda yaşayan Şəxs adlı şəxs tərəfindən döyüldüyünü göstərmişdir. Bundan başqa X12 xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 18 radələrində yaşadığı Masallı rayonu Bala Təklə kəndi ərazisində olduğu vaxtda qaynı X15, X8 və onun azyaşlı oğlu Coşqun Fərəcov onu öldürmək hədəsi ilə hədələmişdir. Onun döyülmədiyi üçün və bədəni üzərində hər hansı bir xəsarət olmadığından məhkəmə tibbi ekspertizasından keçməkdən imtina edərək, Müşviq Fərəcov və arvadı Xatəmə Fərəcovanın cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X3 qonşusu Şəxs ilə arasında mübahisə davam etməkdədir. Ona görə də sonuncular arasında gələcəkdə baş verə biləcək hüquq pozmaların əvvəlcədən qarşısının alınmasından ötrü onlarla profilaktiki söhbətlərin aparılması üçün və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılmasından ötrü və gələcəkdə baş verə biləcək hüquq pozmaların qarşısının alması məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTBnə verilməsinə göstəriş verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasındakı izahatında göstərdi ki, Masallı rayonu, Bala Təklə kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə qeyd olunan ünvanda yaşayır. Masallı rayonu Bala Təklə kənd sakini X8 onun qohumudur və onunla qonşuluqda yaşayır. X17 ilə aralarında narazılıqların yaranmasına səbəb Xatəmə Fərəcovanın heç bir səbəb olmadan ailə üzvləri ilə narazılıqlar yaratması olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evin qarşısında olan küçədə olduğu vaxtda qonşusu azyaşlı Həsən adlı şəxsin küçədə velosiped sürməsini gördükdə o, Həsənə iradlar bildirərək, velosipedi yolda sürməməsini və “köpək oğlu avtomobil vurar” deyərək, yaşadığı evinə getməsini bildirmişdir. Həmin vaxt Xatəmə Fərəcova onun dediyi sözləri eşidib, dediyi sözlərə görə ona irad bildirib, nalayiq ifadələrlə onu söyüb təhqir etmişdir. O, səbəbdən Xatəmə Fərəcova ilə aralarında mübahisə yaranmışdır. Aralarında yaranmış mübahisə zamanı o, bərk əsəbləşdiyi üçün Xatəmə Fərəcovaya yaxınlaşaraq, Xatəmə Fərəcovanın sifət nahiyəsinə yumruq ilə bir dəfə vurmuşdur. Ondan sonra o, olduğu yeri tərk edərək, getmişdir. Hazırda qarşı tərəflə barışmışdır. Sonda Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, Masallı rayonu Həsənli kəndində qeydiyyatda olmaqla Bala Təklə kəndində ailəsi ilə birlikdə yaşayır. Masallı rayonu Bala Təklə kənd sakini İsa kimi tanınan Şəxs onunla qonşuluqda yaşayır. Onun Şəxs ilə aralarında ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Masallı rayonu, Bala Təklə kəndi ərazisində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu vaxt onunla qonşuluqda yaşayan İsa kimi tanınan Şəxs onun qaynının azyaşlı oğlunu söyüb təhqir etdiyi üçün o, qonşusu Şəxs iradlar bildirmişdir. Həmin vaxt İsa kimi tanınan Şəxs kənardan onunla mübahisə edərək, onun üzərinə qaçıb gələrək, yumruq ilə onun baş nahiyəsinə qəsdən 2 dəfə vuraraq, onu döymüşdür. Aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlu X7 çıxaraq, hadisə yerinə gəldikdə onunla qonşuluqda yaşayan Şəxs onun olduğu ərazidən qaçıb getmişdir. xx.xx.2024- cü il tarixdə saat 17 radələrində onunla qonşuluqda yaşayan İsa kimi tanınan Şəxs tərəfindən döyülmüşdür. Hazırda qarşı tərəflə barışmışdır. Sonda X.F.Fərəcova iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Bununla bağlı Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X11 tərəfindən xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin xx.xx.2024-cü il tarixli, 660 nömrəli ekspertiza rəyindən görünür ki, X2 qulaqarxası nahiyənin qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törəmə müddəti törəmə müddəti qərarda qeyd olunan 21 iyul 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməmişdir. Zərərçəkmiş şəxs X10 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, barışmaqlarını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X5 döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, ekspertiza rəyi, barəsində inzibati icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1684/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1684/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver